Qış

 
Qış

Heç xoşum gəlməyir qış aylarından,
Kədərli oluram qar yağan kimi.
Ağarır hər tərəf, ağarır hər yan,
Başımda saçlarım ağaran kimi.


İtir təbiətin bütün rəngləri,
Artırır qəmimi şaxtalı külək.
Həvəslə yığdığım gül çələngləri,
Hələ yaza qədər görünməyəcək.


Ağaclar soyuqdan büzüşüb yaman,
Budaqlar şaxtadan donub, ağarmış.
Yaşıl təbiəti bozardıb zaman,
Zamanın necə də sərt üzü varmış.

Yoxdur əvvəlkitək daha təmtəraq,
Sanki, təbiət də qışda qocalır.
Külək həzin-həzin vıyıldayaraq,
Yadıma qəmli bir nəğməni salır.


"Bax gəlib ilk bahar, çağlayır sular,
Gör nələr söyləyir quşların səsi.
Ürəyimdə coşur ən xoş arzular,
Dilimdən düşməyir sevgi nəğməsi"


Düşməyir dilimdən sevgi nəğməsi,
Yaxşı ki, həyatda məhəbbət varmış.
Əgər sevməsəydim sevdiyim kəsi,
Görəsən taleyim necə olarmış?!


Şaxtalı günlərin görünmür sonu,
Həsrətdən könlümdə tonqaldır yanan.
Qasırğa,çovğun da söndürməz onu,
Tükənməz sevgindir məni yaşadan.


Vüsal həsrətinə dözəcəyəm mən,
Nə qədər eşqinlə yaşayır bu can.
Hicranın özü də gözəldir bəzən,
Əgər gələcəksə gözlədiyin an!!!


Geri dön

Nuray2012

  • 11 aprel 2012 14:56
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
Cox sagol .........

--------------------

enigmatic_girl

  • 28 mart 2012 23:28
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
tesekkurler..

--------------------

EnD of TiMe

  • 28 mart 2012 15:28
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
yaz gelir ne qis wink ..tesekkurler

★Miss Love★

  • 28 mart 2012 12:30
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
cox qeweng weirdir cox beуendim baciw ellerine sagliq))

Niqul

  • 28 mart 2012 11:49
  • Məqalə: 5
  • Şərh: 675
  • Bal:
{awards}
"Bax gəlib ilk bahar, çağlayır sular,
Gör nələr söyləyir quşların səsi.
Ürəyimdə coşur ən xoş arzular,
Dilimdən düşməyir sevgi nəğməsi"

Düşməyir dilimdən sevgi nəğməsi,
Yaxşı ki, həyatda məhəbbət varmış.
Əgər sevməsəydim sevdiyim kəsi,
Görəsən taleyim necə olarmış?!

Şaxtalı günlərin görünmür sonu,
Həsrətdən könlümdə tonqaldır yanan.
Qasırğa,çovğun da söndürməz onu,
Tükənməz sevgindir məni yaşadan.

Vüsal həsrətinə dözəcəyəm mən,
Nə qədər eşqinlə yaşayır bu can.
Hicranın özü də gözəldir bəzən,
Əgər gələcəksə gözlədiyin an!!!
SUPER SEIRDI smile

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

ANGEL LOVE

  • 28 mart 2012 11:32
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twk weire gore........

--------------------

nar_18

  • 28 mart 2012 11:03
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
menimde qishdan xoshum gelmir ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

LoVe_LiFe

  • 28 mart 2012 10:36
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
"Bax gəlib ilk bahar, çağlayır sular,
Gör nələr söyləyir quşların səsi.
Ürəyimdə coşur ən xoş arzular,
Dilimdən düşməyir sevgi nəğməsi"
ela seirdir coxxx twkler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 46

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}