Rəsuallahın (s.a.v) Cəhənnəmdə gördüyü qadınlar

 
  • 27.03.2012, 19:57
  • Bölmə: İslam
  • Müəllif: C.I
Rəsuallahın (s.a.v) Cəhənnəmdə gördüyü qadınlar

Rəsuallahın (s.a.v) Cəhənnəmdə gördüyü qadınlar

Merac gecəsində Rəsulallahın (s.a.v) Cəhənnəmdə gördüyü qadınlar.
(Qeyd edim ki, Cəbrail (ə.s) Peyğəmbərimizi (s.a.v) Rəcəb ayının 27-ci gecəsi göylərə apardı. Rəsulallah Meracda Cənnəti, Cəhənnəmi, saysız hesabsız şeylər görüb, Kürsi, Arş və ruh aləmini keçib, başa düşülməyən, anlatıla bilinməyən bir şəkildə məkansız, zamansız, cəhətsiz olaraq ALLAHU təalanı gördü.)
Hz. Əmirəl möminin Əlidən (a.s) belə nəql edilir:
Bir gün mən və Hz. Fatimə, Rəsuallahın (s.a.v) hüzuruna gəldiyimizdə, ALLAH Rəsulu çox ağlamışdı. Mən: Ya Rəsulallah niyə ağlayırsan? Nədir səni belə ağladan? deyə soruşdum. Belə buyurdu:
Məni Miracda göylərə aparanda Ümmətimdən bəzi qadınları şiddətli əzab içərisində gördüm. Bax onların halına ağladım.

Biri saçından asılı vəziyyətdə, beyni qaynayarkən gördüm.
Bir başqasını dilindən asılıykən, boğazına Cəhənnəmin pis qoxulu qaynar suyundan tökdüklərini gördüm.
Bir başqasını sinəsindən asıldığını, birisinin öz bədəninin ətini yediyi halda altından alovlar yüksəldiyini gördüm.
Bir digərinin əllərinin ayaqlarına bağlandığı bir vəziyyətdə, ilanların və əqrəblərin onu sancdığını gördüm.
Bir başqa qadını gördüm ki, kor, kar və dilsizdir. Eyni zamanda atəşdən bir sandığın içinə qoyulmuş, beyni burnundan tökülür və vücudu cüzam, sədəf xəstəliklərindən parça-parça olmuşdu.
Bir qadını isə alov təndirində ayaqlarından asılı bir vəziyyətdə gördüm.
Bir başqasının gördüm ki, bədəninin ətini atəşdən olan qayçılarla kəsirdilər.
Bir qadın isə, üzünü və əllərini yandırdığı halda öz bağırsaqlarını yeyirdi.
Bir digərini gördüm ki, başı donuz başı, bədəni eşşək kimiydi və cürbəcür əzabın içindəydi.
Hz. Fatimə, Ey mənim həbibim və gözümün nuru hansı səbəbə görə onlar belə əzab görürdülər? deyə soruşduqda, Peyğəmbərimiz (s.a.v) belə buyurdu:
Qızım saçından asılan qadının günahı, saçını naməhrəmlərə qarşı bağlamaması idi. Dilindən asılan qadın, diliylə ərinə əziyyət edən birisi idi. Sinəsindən asılan qadının günahı həyat yoldaşına qarşı qadınlıq borcunu yerinə yetirməkdən imtina etməsi idi. Ayaqlarından asılan qadın ərindən icazəsiz bayıra çıxıb gedən qadın idi. Öz bədənin ətini yeyən qadının günahı, başqaları üçün bəzənmək idi. Əlləri ayaqlarına bağlananın günahı isə özünü və geyimini təmiz tutmayaraq, cənabət qüsulu etməmək, nəcislərdən bədənini uzaq tutmamaq, namzının yüngülə almaq idi. Kor və dilsizin günahı bu idi ki, zinadan hamilə qalıb, yoldaşının uşağı kimi təqdim etmişdi. Vücudunun ətini qayçılayan qadın, açıq-saçıq geyinib bədənini başqalarına bəyəndirməyə çalışan qadın idi. Üzünü və bədənini yandırdıqları halda bağırsaqlarının yeyən qadın, nikahsız qadın və kişiləri bir-birinə çatdırıb günah işləməklərinə vəsilə olan qadın idi. Başı donuz başı, bədəni isə eşşək bədəni olan qadının günahı söz aparıb gətirmək və yalançılıq idi.

Bütün bunları danışdıqdan sonra Peyğəmbərimiz (s.a.v) belə buyurdu:
Çox yazıqlar olsun o qadına ki, ərini narazı salır. Nə xoşbəxt o qadına ki, əri ondan razıdır.


Geri dön

EnD of TiMe

  • 28 mart 2012 15:12
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
Coxuna ders olsun..Kim pislik etse duzgunluyu secmese sonu ele olacaq..Allah bizi hemise oz duzgunluk yolunda aparsin...tesekkurler

Su Perisi

  • 28 mart 2012 12:57
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
ALLAH bize rehm elesin. AMIN

--------------------

★Miss Love★

  • 28 mart 2012 12:44
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
bezi xanimlar bu xeberi muтleq oxusunlar ozlerini aciq saciq geуinmekle numaуiw eтdiren qadinlar,ALLAH onlara hidaуeт versin ve hamini cehennnem ezabindan qorusun,deуerli xebere gore sagol

ANGEL LOVE

  • 28 mart 2012 11:42
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twk xebere gore.......................

--------------------

nuriya

  • 28 mart 2012 04:37
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
cox beyendim belke bezi xanimlar baxib utanarlar no

enigmatic_girl

  • 28 mart 2012 01:41
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
sekili gorende qorxdum no

--------------------

Nazlı xanım

  • 28 mart 2012 00:11
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
Nə xoşbəxt o qadına ki, əri ondan razıdır.

GERI DONME

  • 27 mart 2012 23:26
  • Məqalə: 0
  • Şərh: 549
  • Bal:
{awards}
bunu kas ehtiyaci olan xanimlar oxusun geyimini unudub ozunu numayis etdirenler pxusun ......allah her kesi cehennem ezabindan qorusun amin sad

✰Dгeaм✰

  • 27 mart 2012 21:37
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.Allah her birimizi cehennem ezabindan qorusun.Amin.

mirsaab

  • 27 mart 2012 20:48
  • Məqalə: 0
  • Şərh: 377
  • Bal:
{awards}
ALLAH HAMINI CEHENNEM EZABINDAN UZAQ ELESIN QORUSUN BIZDE ONUN ICINDE INSALLAH.
tesekkurler cox qesenqdi.

cox maraqli ve deyerli xeberdi
tesekkur

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...

_TUNAR_MAMEDOV_

  • 27 mart 2012 20:44
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI XEBER UCUN.

--------------------

allahin adi ile

  • 27 mart 2012 20:44
  • Məqalə: 14
  • Şərh: 489
  • Bal:
{awards}
Allah sizden razi olsun qoy bele qadinlar ozlerine ornek goturub bu yoldan uzaq olsunlar Allah bu cur qadinlara hidayet versin amin birde eziz momin bacilar ve qardawlarim sizi H.Zeyneb (e) movludu gunu munasibeti ile urekden tebrik edirem.

--------------------
...BIR SEY ISTEYENDE INSANDAN ISTEME, VERSE MINNETDIR, VERMESE ZILLET... ISTEYENDE ALLAHDAN ISTE VERSE NEMETDIR, VERMESE HIKMET...

★Azerbaijan girl★

  • 27 mart 2012 20:41
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
thanksssssssssssssssssssssss

nar_18

  • 27 mart 2012 20:21
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
cox maraqli idi teshekkur edirem Allah razi olsun ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 47
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 471
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}