Bulud və ulduz

 
Bulud və ulduz

Bir zamanlar səmada bir-birlərini həqiqətən çox sevən bir Buludla Ulduz varmış... Bulud, səmanın ən şəkər, ən çəhrayı buludu, ulduzsa; ən parlaq, ümidi ən çox əks etdirən ulduzuymuş.

Səmadakı hər varlıq onların sevgisi qısqanarmış. Şirin bir
qısqanclıqmış təbii ki onlarınki... Amma biri varmış ki, bulud və ulduzun ayrılmalarını ürəkdən istəyirmiş. Həm də ulduzun ən yaxın yoldaşı olmasına baxmayaraq...

Bulud bir az safmış, kimsəni incidə bilməzmiş. Ulduzsa 'bulud' u üçün əlindən gələn hər şeyi edə bilər, hər kəsə meydan oxuya bilərmiş. Onsuz da onun üçün bir buludu, bir də çox sevdiyi dostu pəri varmış..Haradan belə bilərmiş ki, pərinin bir gün bunların hamısını ulduzla buludun ayrılmaları üçün istifadə edəcəyini?.

Bir gün nəzər dəymiş, buludla ulduza. Heç yoxdan bir səbəbdən
mübahisə et/müzakirə etmişlər. Bulud, getmiş, səhvli olmasına baxmayaraq..Ulduzsa "Necəsə buludum məni sevir, dönəcək." deyə düşünmüş. Lakin heç bir şey gözlədiyi kimi getməmiş. Və bulud dönməmiş..Kim bilər, bəlkə də cəsarət edə bilməmişdir dönməyə. Amma tək bir gerçək varmış ki: O da ikisinin də çox kədərli olduqlarıymış.

Səmadakı yaxşılıq mələkləri belə ağlamışlar onların vəziyyətlərinə amma nə fayda.

Sabahısı gün ulduz olanları ən yaxın dostu pəriyə izah etmiş. Pəridirsə saxta bir hüzünə bürünmüş. Çünki əlinə böyük bir fürsət keçmiş. Pəri buludun yanına getmiş və ulduzun artıq onu sevmədiyini söyləmiş. Buludsa kədərlənmiş, boynunu bükmüş, amma əlindən heç bir şey gəlməyəcəyini düşünmüş.
Çünki ulduz inadkar imiş. Bir dəfə olmaz dedisə, bir daha olar deməzmiş.

Pəri də buludun bu kədərli vəziyyətindən faydalanıb, ona olan sevgisini etiraf etmiş... Bulud da kimsəni qıra bilmədiyi üçün pərinin, ulduzun yerinə keçməsinəicazə vermiş.

Ulduz, günlərlə buludun dönməsini, ondan üzr istəməsini gözləmiş. Amma bulud gəlməmiş. Bir gün ulduz, buludun yanına gedib, danışmağa qərar vermiş. Gecə yola çıxmış.

Bulud, dostu, sandığı pəriylə birlikdə ayda əl ələymiş. Mələklər dözə bilməyib, bütün olan bitəni izah etmişlər ulduza. Ulduz, çox kədərlənmiş və çarəsiz dönmüş geri və getmiş..Və yavaş yavaş sönməyə başlamış.

O gündən sonra ulduz sönmüş, işıq verə bilməz olmuş. Buludsa artıq nə o qədər çəhrayı, nə də o qədər məxmərmiş.

Ulduz, ilk zamanlar hər şeydən imtina etmiş, həyata küsmüş..Amma asan bəs etməmiş. Qısa bir müddət sonra həyatıyla əlaqədar o əhəmiyyətli qərarı vermiş.

O günə qədər heç görmədiyi günəşin yanına gedəcəkmiş və bir az daha işıq istəyəcəkmiş ondan. Çox keçmədən daha əvvəl heç görmədiyi günəşin yanına getmiş..Ondan əks etdirməsi üçün bir az daha işıq istəmiş. Günəş işıq yerinə sevgisini vermiş ulduza.

O gün bu gündür ulduz, dünyaya günəşin sevgisini əks etdirər... Buludsa; həmişə gözyaşlarını axıdar dünyaya. Bir də ürəyində qopan fırtınaları.


Geri dön

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:17
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
tewekur xeber ucun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 18 mart 2011 13:59
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tewekur xeber ucun

--------------------

nilayka

  • 19 fevral 2011 20:51
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sagol xebere gore

--------------------

Ulya

  • 10 noyabr 2010 21:47
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

Yusif

  • 10 noyabr 2010 20:56
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler maraqli xeberdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 27
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}