"Arsız"

 
"Arsız"


Gənclikdə çox qızın qəlbini ovsunlayan mənalı baxışlarını, hündür qamətini, gülər üzünü sönük baxışlar, əyilmiş qədd, kədərli sima əvəz etmişdi.O qədər də yaşlanmamışdı əslində.Dəyişməsinə səbəb yaşıyla əlaqəli deyildi.Kimsə bilmirdi dərdini.Əksinə, çox insan onu dərdsiz-qəmsiz, “arsız” biri hesab edirdi.Ən yaxın qohumları da onun haqqında belə düşünürdü.Son günlərdə tamamən özünə qapılıb, kimsəyə qarışmayanda arxasınca deyirdilər:”Gör, özünü necə dartır?Uşaqlarını evləndirdi, canı rahatdır artıq.Kimsəni də saymır.Özündən başqa heç kimi fikirləşmir.Eqoistin biridir o.”Bəlkə də haqlıydılar.Gəncliyində istədiyi hər arzusuna çatmış, bu dünyada bir istəyi qalmamışdı.İndi də öz həyatını yaşayırdı.Günlər keçir, adam daha çox özünə qapanır.Yaxınları isə ona baş çəkmək haqda düşünmürlər də.Əksinə, gəncliyindəki kimi indi də onun gəlməsini, yaxınlarını ziyarət etməsini gözləyirlər.O gəlməyincə isə yenə də ardınca deyinirdilər.Sanki söz-söhbətləri bitmişdi hər kəsin.Bir neçə ay keçdi. Cümə günü idi.Adam qəfil vəfat etdi.Həmin gün səhər bütün qohumlarına baş çəkmiş, sonra evinə gəlmiş, nahar edib yatağına uzanmışdı ki, bir az dincini alsın.Az sonra yuxuya getdi və...bir daha oyanmadı..

Adamın övladları uzaq yerdə yaşadıqları üçün dəfni bir gün gözlətdilər.Səhəri dəfn edib evə qayıdanda, yalnız o zaman yaxın qohumları onun həyatında baş verənləri öyrəndilər.Uzun müddət onlardan niyə uzaqlaşdığını, heç kimi “saymamasının”, ailəsindən başqa kimsəylə ünsiyyətdə olmamasının səbəbini...


Bir neçə il əvvəl müayinə olunarkən həkimdən xərçəng xəstəsi olduğunu eşidəndə inanmaq istəməmişdi.Bu barədə ailə üzvlərinə də demədi.Əvvəlcə özünü alışdırmalıydı onu sarsıdan bu xəbərə.Özünü alışdıra-alışdıra gizlicə müalicəsini davam etdirdi.Təəssüf ki, beynindəki şiş bədxassəli idi.Gizlətməyə ha çalışsa da rəftarındakı qəribəliklər özünü tezliklə göstərdi.Ailəsi də artıq bundan xəbər tutdu.”Heç olmasa qohumlar bilməsin.Ana əvəzi bacım, qardaşlarım bilməsinlər.Mənə görə üzülmələrini istəmirəm.Onsuz da hərənin dərdi özü üçün bir dağ boydadır.Bir yandan da məni dərd etməsinlər.”-deyib həyat yoldaşından xahiş etdi ki, xəstəliyi haqda kimsəyə bir söz deməsin.Övladları belə ölümündən bir neçə ay əvvələdək xəbər tutmadı.

Hər kəsin, xüsusən də bacı-qardaşın gözündə uzun illər “arsız” kimi tanınan bu adam sən demə onların düşünə bilməyəcəyi qədər həssas, anlayışlı, qarışqanı belə incitməyə qıymayan qəlbə sahib imiş.Nə yazıq ki, doğma bacı-qardaşı belə onu sağlığında deyil, dəfn günü tanıdılar...

Ağrılardan qıvrılsa da, üzündə təbəssüm yarada bilirdi.Xəstəlik ömrünü günbəgün azaltsa da yanında xəstəlikdən şikayətlənib həyatından gileylənən olanda onlara təsəlli verməyə, bir yolla əhvalını açmağa çalışardı.Lənətə gəlmiş xəstəliyi üzündən ömrü anbaan qısalsa da son günədək nikbin görünməyi bacardı.Əvəzindəsə “arsız adam“ dedilər ona.”Arsızdır bu adam, nə xəstəlik bilər, nə xəstəni anlar.Dünya vecinə deyil.Kim ölə, kim qala.Bu qədər də vecsiz insan olar?”

O isə sonadək dərdini kimsəyə anlatmadı.Arsız adam olmadığını sübut etməyə çalışmadı.Yaxınlarının həyatından sakitcə getdi...

Təəssüf ki, çoxumuz beləyik.Son sözümüzü əvvəldə deyirik.İnsanı tanımağa, onun dünyasına girməyə çalışmırıq.Zahirinə baxıb qiymət verərik.Ağrılarından, həyatından daim şikayətçi olan insanın acısına tez inanırıq, dünyaca dərdi olsa da sonadək ayaqda durmağı bacaran, pis gününə “ağlamayan”, nikbin görünməyə çalışan insanısa qınayarıq.Sanki ətrafındakı insanların uğursuzluğunda odur günahkar.Axı niyə başqalarını mühakimə edərkən ən sərt hakim, özümüzə bəraət qazandırırkənsə ən "ədalətli" vəkil oluruq?Niyə üç-beş günlük dünyada öz əməllərimizə nəzarət edib haqq dünyaya savablarla getmək haqda düşünməyə vaxtımız olmur, ətrafımızdakı insanların həyatını müzakirə etməyə, başqalarının işinə qarışmağa isə həvəslə vaxt tapırıq?Niyə biz beləyik?Səhvlərimizi gördüyümüz zaman belə "düzəlməyə" çalışmırıq.Ölümü yalnız qəfil rəhmətə gedən yaxınımız olanda xatırlayırıq.O da bir günlük..Ölüm bizim üçün adiləşib.Sanki biz onu heç dadmayacaqmışıq kimi.Onun haqda düşünməyə vaxtımız belə yoxdur.Həyat o qədər uzunmu?
.


Muellif: Gulshen Qarashova (qadin.net)


Geri dön

LoVe_LiFe

  • 20 aprel 2012 23:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
maraqli hekayeye gore tekler minnetdaram beyendimmmm

enigmatic_girl

  • 29 mart 2012 02:08
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Axı niyə başqalarını mühakimə edərkən ən sərt hakim, özümüzə bəraət qazandırırkənsə ən "ədalətli" vəkil oluruq?Niyə üç-beş günlük dünyada öz əməllərimizə nəzarət edib haqq dünyaya savablarla getmək haqda düşünməyə vaxtımız olmur, ətrafımızdakı insanların həyatını müzakirə etməyə, başqalarının işinə qarışmağa isə həvəslə vaxt tapırıq?Niyə biz beləyik?Səhvlərimizi gördüyümüz zaman belə "düzəlməyə" çalışmırıq.Ölümü yalnız qəfil rəhmətə gedən yaxınımız olanda xatırlayırıq.O da bir günlük..Ölüm bizim üçün adiləşib.Sanki biz onu heç dadmayacaqmışıq kimi.Onun haqda düşünməyə vaxtımız belə yoxdur.Həyat o qədər uzunmu?.

--------------------

Victorious

  • 28 mart 2012 23:16
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
tesekkurler

--------------------

EnD of TiMe

  • 28 mart 2012 21:05
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler........

✰Dгeaм✰

  • 28 mart 2012 18:45
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesekkurler.

★Miss Love★

  • 28 mart 2012 18:41
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox gozel ve menali xeber idi sebebini bilmeden hec kimi evvelceden muhakime elemek olmaz maraqli meqale ucun тewekkurler=)

Broken_Heart

  • 28 mart 2012 18:18
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
Tesekkur :)

Nako92

  • 28 mart 2012 18:16
  • Məqalə: 12
  • Şərh: 354
  • Bal:
{awards}
XEBERIMI QEBUL ELIYIN

--------------------

SEVIMLI_2012

  • 28 mart 2012 17:48
  • Məqalə: 0
  • Şərh: 58
  • Bal:
{awards}
maraqliydi twk

--------------------
Hərşey səbəbsiz yaranır, davam edir və təsadüfən tükənir. Mənasız olan odur ki, biz dünyaya gəlirik və dünyadan köçürük:

faithful

  • 28 mart 2012 17:22
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
teshekkur :))))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 58
Cəmi: 71

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}