İslamı qəbul etmiş 8 nəfərin düşüncələri

 
İslamı qəbul etmiş 8 nəfərin düşüncələri

Britaniyalı gənc qadın Ketrin Hantley:
"Mən İslamı öyrənməyə başlayanda o, məni özünə çəkdi. Həmişə olduqca mənəvi insan olmuşam. Ona görə də İslam məni cəlb elədi. Yadımdadır İslam haqqında oxumağa təzə başlayanda bütün pullarımı kitablara xərcləyirdim. Valideynlərimə əvvəlcə heç nə demədim. Kitablarımı və hicablarımı gizlətdim, çünki qorxdum ki, onların məsələdən xəbərləri olar. Valideynlərimə deyəndə onlar dəhşətə gəldilər və mənə dedilər ki, 18 yaşın olanda bu haqda düşünərsən indi isə olmaz. Bu sözlər məni həvəsdən salmadı, əksinə İslama daxil olmaq üçün əlavə güc oldu. Ramazan ayında daha sadə şəkildə geyinməyə başladım. Bir müddət sonra başa düşdüm ki, mənim ailəm İslamı yaşamağım üçün maneədir. Ona görə də bir gün evdən gizlicə qaçdım. Qatarla Bornmuta getdim. Mənə elə gəlirdi ki, hamı mənə baxırdı. Hicablı olduğumdan qocalar məni acı baxışlarla sezirdilər. Mən insanların İslamı qəbul etməsinə niyə maneə yaratdıqlarını başa düşə bilmirəm. Mənim yaşıdlarım narkotik dərmanlardan atır, siqaret çəkir və oğlanlarla görüşür. Mən isə bu murdar işlərin heç birini görmürəm. Buna da səbəb İslamdır".

İsrail rejimi ərazisində yaşayan 23 yaşlı yəhudi İosif Əfraimov:
Mən müsəlman Azərbaycanında doğulmuşam. Mənim 4 yaşım olanda ailəm İsrail rejimi ərazisinə köçüb. Anam müsəlman qızıdır. Bu, məni İslamı qəbul etməyə sövq etdi. Din barədə danışarkən mən həmişə bir hadisəni xatırlayıram. Bir neçə il öncə mən ibadət etmək üçün sinaqoqa getdim, ancaq ravvin məni oradan qovdu. Ondan sonra mən qəti qərara gəldim ki, iudaizmdən imtina edim və İslamı – Tanrının mərhəmətini insanlara hiss etdirən dini qəbul edim. Mən də namaz qılmaq, Quranı sərbəst şəkildə oxumaq üçün ərəb dilini mükəmməl öyrənmək istəyirəm. Bu işdə mənə yardımçı olanların hamısına təşəkkürümü bildirirəm”.

19 yaşlı, milliyətcə rus, Aişə-Larisa:
"Mən Moskva Dövlət Universitetinin Penza şəhərindəki filialının qiyabi şöbəsinin tələbəsiyəm. Xristian ailəsində anadan olmuş və boya-başa çatmışam. 3-cü sinifdə mən çox ciddi şəkildə xəstələndim. Nəticədə isə mən əvvəlcə rəqs dərnəyini atmağa məcbur oldum. Məni ev təhsili sisteminə keçirdilər. Və onda ilk dəfə olaraq, mən özümə bəzi suallar verməyə başladım: niyə insanlar yaşayır? Həyatın mənası nədədir? Niyə bir başqası yox, məhz mən xəstələndim? Rusiya kanallarında nümayiş etdirilən «Müsəlmanlar» proqramına baxmaqdan çox xoşum gəlirdi. Özü də ki, mən müsəlmanların azan səsindən böyük bir zövq alırdım. Bir dəfə isə mən təsadüfən uşaqlıq dostlarımdan birinin öz tanışından İslam dinini necə qəbul etmə qaydası barədə soruşduğunun şahidi oldum. Və mən onlara yaxınlaşmaq qərarına gəldim. Lakin mənim «Bir qız da müsəlman ola bilərmi?» sualıma onlar qəti şəkildə «Yox!» cavabı verdilər. O zaman mən düşündüm ki, əgər bu dini qəbul etmək belə mümkün deyildirsə, onda onun mahiyyətinə varmağın da heç bir əhəmiyyəti yoxdur…

Bir müddətdən sonra mən evdə olan kitab rəfindən Quran kitabının tərcüməsini tapdım. Çox çətinliklə «Nisa» («Qadınlar») surəsini oxudum. Çox maraqlı idi. Səkkizinci sinifdə mən yenidən məktəbə getdim. Yeni sinif yoldaşlarımla tanış oldum. Və hər şey yenidən təkrarlandı. Yeniyetmələrin əksəriyyətində olduğu kimi, sinif yoldaşları ilə məclislər, spirtli içkilər və s. Mən əmin idim ki, bizə verilmiş həyat bir dənə olduğu üçün, onu gərək öz rahatlığımız və ləzzətimiz naminə yaşayaq. 16 yaşım tamam olanda məni yenə də Penzadakı xəstəxanaya yerləşdirdilər. Buradan isə məni müalicə üçün Moskvaya göndərdilər. Və elə burada mənim İslam dini ilə üçüncü və ən mühüm görüşüm baş verdi. Belə ki, mən burada qafqazlılarla, onların adətləri və mədəniyyətləri ilə tanış oldum. Vətənimə geri döndükdən sonra, internet vasitəsilə İslam barədə getdikcə daha çox şeylər öyrənməyə başladım. Sonra isə bu barədə müxtəlif kitablar almağa başladım və hətta başımı da yaylıqla bağladım. Mən özümün bütün suallarına İslamda cavab tapırdım. Və mən bu dini sevdim!

Bir gün institutda mənə bir qız yaxınlaşdı və soruşdu: «Sən müsəlmansanmı?». Mən ona cavab verdim ki, xeyr, amma ki, istəyirəm müsəlman olum. Onda o təəccüblə mənim nə səbəbə başıma yaylıq bağlamağımı soruşdu. «Ona görə ki, özümün xoşuna gəlir», - deyə mən cavab verdim.
Allaha həmd olsun ki, həmin gündən mənim müsəlman olan rəfiqəm meydana gəldi. Və bu hadisə mübarək Ramazan ayında oldu. Rəfiqəm məni mədrəsəyə dəvət etdi və başqa müsəlman qızlarla taniş etdi. Və mən həyatımda ilk dəfə olaraq, bütün hərəkətləri təkrar edərək hamı ilə birlikdə namaz qıldım".
43 yaşındakı dünyada tanınmış musiqi kanalı MTV-nin müsəlman olan məşhur spikeri Kristian Baker: "İşimə görə İslamı araşdırdım. Dünyanın müxtəlif yerlərinə səfər etdim. Müsəlman ölkələri Qərb ölkələrindən çox fərqli idi. Stressdən uzaq, hər şeyi Allah üçün etmək lazım olduğunu anladım. Pakistanlı məşhur kriketçi İmran Khanla müsahibə alan zaman İslamı qəbul etdim
".

Britaniyalı xanım 32 yaşlı Cəmilə Leyland:
"Yoga müəllimu idim. Eyni zamanda sülh tərəfdarı jurnalist kimi müsəlman ölkələrinə səfər edirdim. İslamın çox fərqli mənəvi duyğularını kəşf etdim və İslamı qəbul etdim."

Lynne Əli:
"Mən indi namaz qılıram. Müsəlmanların maraqlı və mənalı həyatı mənə təsir etdi"
19 yaşlı bir yəhudi qızı Maru Davidiu Biçi: “Mən çox yaxşı bilirəm və etiraf edirəm ki, mənim müsəlman olmağım sionistlərin qəzəbinə səbəb olacaq, onları qəmgin və narahat edəcəkdir. Mən dünyaya yəhudi gəlmişəm, ona görə də müsəlman olmağımı çoxları xainlik adlandırırlar. Onlar belə fikirləşirlər ki, mənim gördüyüm iş dəlilikdir, hətta bəziləri soruşurlar ki, bu işi niyə gördün? Öz yəhudilik əcdadlarını necə yaddan çıxarda bilərsən? 13 yaşımdan Qurani-Kərim diqqətimi cəlb etmişdi, ona görə də ona əhmiyyət verirdim. O zamandan bir çox sullarım yaranmışdı ki, onların cavabını axtarırdım. Ancaq onların cavabını yəhudilikdə tapmadım. İlk dəfə məscidə gedəndən sonra hiss etdim ki, qəlbim pak, saf və təmiz oldu. Ona görə də rahatlıq hissi məni əhatə etdi. O zaman başa düşdüm ki, bütün cavabları İslam dinində tapa biləcəyəm
”.

Malayziyada keşiş Yohanis (Məhəmməd Fərahan):
Atam Katolik kilsəsinin tanınmış rahiblərindən idi. Mənim də uşaqlığımın böyük bir hissəsi kilsədə keçib. Yeddi il ərzində xristianlığa dair xüsusi dərslər almışam. Daha sonra insanları xristianlaşdırmaq üçün missionerlik fəaliyyətinə başladım. Liseydə müəllim işlədiyim zaman bir dəfə müsəlman həmkarımla aramızda dini mövzuda mübahisə düşdü. Bundan sonra Quranı oxumağa başladım. Bu kitabı oxuduqca İslama olan marağım artdı. Mən 10 il ərzində İslamı araşdırdıqdan sonra onun haqq din olduğunu başa düşdüm və müsəlman oldum


Geri dön

EnD of TiMe

  • 28 mart 2012 22:08
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
Tesekkurlerrrrrr.....

Prank girl

  • 28 mart 2012 20:05
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

★Miss Love★

  • 28 mart 2012 19:48
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Inwallah bir gun hami islam dinini haqq уolu oldugunu qebul edib muselman olacaq!xebere gore sagol ALLAH razi olsun

★Adriana★

  • 28 mart 2012 19:28
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✰Dгeaм✰

  • 28 mart 2012 19:26
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 29

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}