Bir zərrə Sevgi

 
Bir zərrə Sevgi

Səndən 1 zərrə sevgi istədim...

Mən səndən 1 zərrə sevgi istədim.Demədim məni dünyalar qədər sev,demədim məni canından çox sev...Sənin 1 zərrə sevgin belə məni yaşatmağa dəyərdi.Qəlbimdə sənsizlik hökm sürür.Yaşayıram amma nəfəs ala bilmirəm.Bu anda əllərimi tutacaq,məni qucaqlayıb buraxmayacaq sənə ehtiyacım var.Sənsə ən pis günlərimdə belə yanımda yoxsan.Bu sevgidirmi?bunun sevgi olduğunu ancaq sən qəbul edərsən.Sevgi sevdiyinin pis və yaxşı günündə ona sahib çıxmaqdır.Sevgi sənin kimi parkda gəzmək,telefonla mesaj yazmaq deyildir.Qəlbim buz kimidir.Bu qəlbi sən soyutdun,bu qəlbə ümid verib sən tək buraxdın.Burda demirəm günahların hamsı sənindir əlbəttə mənim də günahım var.Ən böyük günahım sənsən.Səni sevməyimdir...
Yenə qış gəldi,yenə qarlı günlər,yenə səssizlik və sükut,yenə də sən yoxsan.Niyə yoxsan?Məni incitmək xoşuna gəlirmi?Səninlə döyünən, sənin sevincli və kədərli günlərində yanında olan insana əzab vermək xoşuna gəlirmi?Əgər belədirsə öldür məni amma o 1 zərrə sevgindən məhrum etmə.Amma indi öldürmüş kimisən sənin yoxluğun məni öldürüb.Sənin yalanların məni öldürüb.Sənin laqeydliyin məni öldürüb.
Artıq sən mənim gözümdə bir zamanlar sevdiyim dəyər verdiyim insan deyilsən.


Sən dəyişmisən.Mən indi sənin gözlərinə baxa bilmirəm,çünki bir zamanlar sevdiyim insanı o gözlərdə görə bilmirəm.Heç bir dəfə də olsun demisən bu niyə belədir?
Mənim bir zamanlar sevdiyim dəyər verdiyim insan belə deyildi.O insan həmişə sevinclə baxıb gülümsəyərdi,o insan qayğı,nəvaziş doluydu,o insan qəbi böyük qəlbində başqalarına da yer verən insan idi.O insan təkcə özünü fikirləşməzdi.O insanın sevdiyi var idi.
Amma indi o insan yoxdu daha...İndi mən sənin gözlərində qəddar qəlbi daş sevgisiz,nifrət dolu bir insan görürəm.Mən bu insanı sevmirəm.Mən bir zamanlar sevdiyimi geri istəyirəm, o sevinc dolu günləri geri istəyirəm.O məhəbbət dolu gözləri geri istəyirəm.Qəlbimi geri istəyirəm,sönmüş ümidlərimi geri istəyirəm,o təbəssümü geri istəyirəm.Bilirəm bir gün nə vaxtsa geri gələcəksən.Əllərimdən tutub məni qucalayıb buraxmayacaqsan.Yenə əvvəlki günlər kimi xoşbəxt olacayıq.Amma bunlar sadəcə kiçik sınmış ümidlərdir.


Bəzən özlüyümdə fikirləşib deyirəm.Mən ona layiqəmmi?Mən onun kimi yalnızca özünü sevən insana layiqəmmi?Əlbəttə ki,yox.Mən daha yaxşılarına layiqəm.
Amma yenə təkrara qayıdıb səni sevməyə davam edirəm.Yenə əzab çəkirəm.Bu əzablar axı nəyə görədir?Insan heç onu sevməyən birisinə görə əzab çəkər?Yenədə susub dururam zaman keçər hər şey düzələr deyirəm.Amma çətin...Çətin mən səni geri qaytara bilim.Bəlkədə sənin dediyin kimi desək biz ayrı dünyaların insanlarıyıq.Biz bir-birimizə laiq deyilik.Artıq sənin yoxluğuna uyğunlaşa bilirəm və ürəkdən bir zamanlar qəbul etmədiyim deyəmədəyim sözləri deyirəm.
XOŞBƏXT OL!

Sən bu sözə laiq olmasanda sənin xoşbəxtliyini istəyirəm çünki bir zamanlar sevdiyim insanın bədbəxt olmasını istəmərəm.Sənə nifrət edə bilərəm.Amma heç vaxt sənin pisliyini istəmərəm.Sən son sözüm Əlvida olacaq...Bağışla məni


Geri dön

RADUQA

  • 14 oktyabr 2011 21:58
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
TEWEKKUR EDIREM....GOZEL YAZIDIR...
MENCE SEVDIYININ SENSIZDE OLSA XOWBEXTLIYINI BILIRSENSE BU OZUDE XOWBEXTLIKDIR...
ALLAH HAMINI XOWBEXTLERDEN ETSIN...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

H.o.S.t _ FaNaTka

  • 12 sentyabr 2011 16:11
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
xebere görə təşəkkürlər

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

_RONALDO_

  • 12 may 2011 21:32
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
xebere gore twk

--------------------

::..ONSLAUGHT::..

  • 3 may 2011 18:48
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TESEKURLER

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 20 mart 2011 21:03
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
hmmmmmmmm ol

hmmmmmmmm ol

--------------------

Sergio Ramos

  • 19 dekabr 2010 21:07
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
oxumadım çünki, maraqlı olmadı

--------------------

belosnejka

  • 9 dekabr 2010 19:50
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
yaaaaaaaa bu hissler mene taniwdi((

Ulya

  • 1 noyabr 2010 21:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
xebere gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 28
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}