Əhli-Beyt bağçasından bir neçə çiçək (9-cu hissə)

 
Əhli-Beyt bağçasından bir neçə çiçək (9-cu hissə)

Bağışlayan və mərhəmətli Allahın adı ilə

Həsəd və Qibtə


İmam Sadiq (ə) : ”Loğman öz oğluna buyurdu : “Həsəd edən şəxsin 3 əlamət vardır: (Yoldaşı) qeyb olan zaman onun qeybətini edər, hüzurunda ona yaltaqlanar və ona müsibət baş verən zaman şad olar (dil yarası vurar). “6-xislət mömindən deyildir : ciddi tələbkarlıq, xeyirsizlik, həsəd, inadkarlıq, yalan danışmaq və təcavüz (haqqı tapdamaq)” . “Həqiqətən mömin qibtə edər amma həsəd etməz, münafiq isə həsəd edər amma qibtə etməz (qibtə o şeydir ki, başqalarında olan şeylərə malik olmağı arzu edəsən, amma başqalarına əta olunan nemətlərin məhv olması fikrində olmayasan. Həsəd isə odur ki, başqalarının malik olduğu nemətin aradan getməsini arzu edəsən)” . ”Hər kəsin bu günü dünənindən yaxşı olarsa, qibtə olunmağa layiqdir”

İmam Əli (ə): ”Həsəd rüsvayçılıq, eyib və ağır bir paxıllıqdır. Həsəd edən şəxs həsəd etdiyi şey barəsində öz arzusuna çatmayınca aramlaşmaz” . “Həsədçi şəxs tez qəzəblənər və kin qəlbindən çox gec gedər” . “Həsədin nəticəsi ziyan və narahatçılıqdan başqa bir şey deyildir ki, qəlbi süst və bədəni xəstə edər” . “Həsəd edən şəxsin nəsihət verməsi qeyri-mümkündür” . “İnsanların qibtə olunmağa ən çox ləyaqəti olanlar o kəslərdir ki, xeyir işləri görmək üçün bir-biri ilə yarışsınlar” . Yalnız o şəxsin qibtə olunmağa ləyaqəti var ki, himməti yalnız özü olsun, yəni özündən hesab çəksin, özünü cəzalandırsın və özünü islah etmək üçün çalışsın”

Peyğəmbər (s): “Həsəddən uzaq olun, çünki həsəd yaxşılıqları yeyir, necə ki od odunları yeyir” . “Sizə elə bir qövmdən xəbər verimi ki, nə peyğəmbərdirlər, nə şəhiddirlər, amma qiyamət günündə peyğəmbərlər və şəhidlər onların Allah yanında olan mənzillərinə qibtə edəcəklər ki, onlar nurdan olan minbərlərdirlər. Deyildi: “Onlar kimdir, Ya Rəsulallah? Buyurdu: “Onlar həmin şəxslərdir ki, Allahın bəndələrini Allah dərgahında məhəbbətli edir, Allahı da bəndələrə məhəbbətli edirlər. “Dedik: “Allahı bəndələrinə necə məhəbbətli etməyi bildik, amma bəndələri Allaha necə məhəbbətli edərlər? Buyurdu: “Onları Allahın sevdiyi şeylərə əmr edir, Allahın bəyənmədiyi şeylərdən çəkindirirlər, onlar həmin şəxslərin sözlərinə itaət etdikləri zaman, Allah da onları sevər.

Allah bizləri çirkin və pis işlərdən qorusun!


Geri dön

.♣.Chrysalis.♣.

  • 29 mart 2012 01:59
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
Allah razi olsun.

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

★Azerbaijan girl★

  • 28 mart 2012 23:26
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Allah razi olsun tükler

Priya

  • 28 mart 2012 23:21
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Allah razı olsun

--------------------




EnD of TiMe

  • 28 mart 2012 21:49
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Tesekkurler xebere gore........

✰Dгeaм✰

  • 28 mart 2012 21:20
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

★Miss Love★

  • 28 mart 2012 21:07
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Allah bizleri cirkin ve pis islerden qorusun!Amin
deуerli xebere gore тewekkurler))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 14
Qonaqlar: 54
Cəmi: 80

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 68
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 716
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 38
Cəmi: 469
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}