Nə qədər dəniz var, sən mənimləsən!

 
Nə qədər dəniz var, sən mənimləsən!

Dəniz, göy, məhəbbət

- Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə,
- Mən ise göyləri verirəm, - dedin...

Ayrıldıq
Qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə,
Ağ ləpələrlə,
Necə aparasan?... Dəniz dənizdir!

Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyin sahilə gələsən bir də.
Məni görməyənde - o mənəm – deyə,
Mənimlə danışıb güləsən bir də.

Əgər görüşməsək bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!

Düşündüm, ayrılıq gələndən bəri
Sən mənim eşqimə çıraq olasan.
Onuncun verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!

Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin sahillərinə.

Əsil mehəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım xatirələrdir,
Burda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayaram çölü, çəməni.
Mənim dalğalarım xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.

İstəsən yuxuna gələrəm sənin,
Gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
Çilərəm dəniz kimi.

Yoluna şəfəqlər səpərəm hərdən,
Səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
Öpərəm dəniz kimi.

Adını qəlbimin sahillərinə
Yazaram dəniz kimi.
"Sevmirəm" söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi...

Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
Səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.

Atla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Atla ağ yoluyla kəhkəşanların,
Parlasın hər ulduz xatirə kimi.

Gəl qış gecəsində, Yaz sellərində
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində
Sən görüş vaxtını şimşəklərlə yaz!

Mən gərək nəğmə tək səni dinləyəm.
Sən mənim eşqimlə, ürəyimləsən.
Nə qədər göylər var, mən səninləyəm!
Nə qədər dəniz var, sən mənimləsən!


Geri dön

C.I

  • 31 mart 2012 14:09
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
super seirdi cox beyendim menaliydi twk edirem...........

--------------------

Dodaqdan Qəlbə

  • 30 mart 2012 23:25
  • Məqalə: 6
  • Şərh: 291
  • Bal:
{awards}
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyin sahilə gələsən bir də.

--------------------
♥ღHər ürəyin sevgisi fərqlidir, mənimkidə mənə görə gözəl və qiymətli..♥ღ

Dalga

  • 30 mart 2012 21:23
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Cox beyendim tewekkur edirem

--------------------

enigmatic_girl

  • 30 mart 2012 01:20
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler maraqlidir

--------------------

C.I

  • 29 mart 2012 19:00
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
super cox beyendim twkler............

--------------------

Kucuk kiz

  • 29 mart 2012 17:32
  • Məqalə: 0
  • Şərh: 106
  • Bal:
{awards}
cok guzelmis yaaa ben ilk once sunu soyleyimki su seiri ben sevgilimden buldum
ben seni seviyorum.....

Prank girl

  • 29 mart 2012 17:17
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Nuray2012

  • 29 mart 2012 17:15
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol...........

--------------------

✰Dгeaм✰

  • 29 mart 2012 16:35
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli xeberdi.Elleine sagliq.

YaLnIz_OgLaN

  • 29 mart 2012 16:25
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 52

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}