Dürüstlük
Bir kəndli dərə kənarında əlində baltası ağac budamağa gedirmiş. Baltasını dərəyə düşürmüş.
"Ah, əfsus indi mən nə edəcəyəm" deyərkən, tanrı görünmüş birdən.
"Nə oldu, nə var, niyə sızlanırsan?" deyə soruşmuş adama.
Adam da:
"Aman tanrım, mən indi nə edəcəyəm, baltamı dərəyə saldım, yeni bir balta alacam pulum da yox, ağacları necə budayacağam?"
Tanrı:
"Dayan baxaq." deyərək dərəyə getmiş. Əlində bir qızıl balta ilə dönmüş.
"Söylə baxaq sənin baltan bumu?"
Adam: "Xeyr tanrım" demiş.
Tanrı yenə dərəyə. Əlində gümüş bir balta ilə dönmüş. Soruşmuş:
"Sənin baltan bumu?"
Adam: "Xeyr tanrım " demiş. Tanrı yenə dərəyə getmiş. Əlində köhnə bir dəmir balta ilə dönmüş. Soruşmuş:
"Sənin baltan bumu?"
Adam sevinclə:
"Bəli tanrım" demiş.
Tanrı:
"Oğulum sən çox dürüst bir insansan, bu baltaların hər üçünü də sənə verirəm, gülə gülə istifadə et." demiş. Adam xoşbəxt, tanrı xoşbəxt ayrılmışlar. Aradan bir müddət keçmiş. Bizim adam dərə sahilində arvadı ilə birlikdə gedirlərmiş. Birdən necə oldusa olmuş, qadın dərəyə düşmüş, gözdən itmiş. Adam təəssüf fəryad, fəğan. O sırada tanrı gəlmiş. Soruşmuş nə olduğunu adama. Adam:
"Ah tanrım, qırx illik arvadım, can yoldaşım dərədə itdi. Mən onsuz nə edəcəyəm indi?" demiş.
Tanrı dərəyə getmiş. Yanında dəniz qızı ilə dönmüş.
"Sənin arvadın bumu?" demiş. Adam atılmış.
"Bəli, bəli!" Tanrının qaşları çatılmış.
"Sən mənə yalan danışdın. Bu sənin arvadın deyil!"
Adam boyunu bükmüş:
"Haqlısan tanrım. Ancaq, mən kasıb bir adamım. Deyil desəm, sən bu 3dəfə gedib uç arvad gətirəcəksən. Və sonunda üçünü də mənə hədiyyə edəcəksən. Mən bu kasıb halımla üçünə birdən necə baxaram!"