"Qurani Kərim" Ali-İmran 1

 
"Qurani Kərim" Ali-İmran 1

"Qurani Kərim" Ali-İmran 1

BİLİRƏM BUNU ÇOX AZİNİZ OXUYACAQSİNİZ ŞƏRHLƏRDƏ AZ OLACAQ (ÇÜNKİ ŞOU BİZNES XBƏRİ DEYİL)AMA ÇALİSİN ŞEYTANA QALİB GƏLİN VƏ AXİRA KİMİ OXUYUN.ALLAH SİZİ İMAN GƏTİRƏNLƏRDƏN ETSİN


"İmranın ailəsi" surəsi, 200 ayə,Mədinədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. Əlif. Ləm. Mim.

2. Allah, Ondan baŞqa ibadətə layiq olan məbud yoxdur, əbədi YaŞayandır, bütün yaradılanların Qəyyumudur.

3. O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi –

4. daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün Şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.

5. Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir Şey Allahdan gizli qalmaz.

6. Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan baŞqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir.

7. Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düŞərlər. Onun yozumunu isə Allahdan baŞqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir". Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.

8. Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxŞ et. Həqiqətən, Sən BəxŞedənsən.

9. Ey Rəbbimiz! Həqiqətən, gerçəkləŞəcəyinə Şübhə edilməyən bir gündə insanları bir yerə Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz!

10. Kafir olanların nə malları, nə də övladları onlara Allahın hüzurunda heç bir Şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar.

11. Onların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah Şiddətli cəza verəndir.

12. Kafirlərə de: "Siz məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!"

13. QarŞı-qarŞıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruŞurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.

14. Qadınların, uŞaqların, yığın-yığın qızıl-gümüŞün, yaxŞı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmiŞdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdıŞ yeri isə Allah yanındadır.

15. De: "Sizə bunlardan daha yaxŞısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır". Allah qullarını görür.

16 .O kəslər ki: "Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağıŞla və bizi Od əzabından qoru!"– deyirlər;

17. onlar səbir edən, doğru danıŞan, müti olan, malından Allah yolunda xərcləyən və sübh çağına yaxın bağıŞlanma diləyən kimsələrdir.

18. Allah Özündən baŞqa ibadətə layiq olan məbudun olmadığına Şahidlik etdi, mələklər və elm sahibləri də Şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan baŞqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir.

19. Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düŞdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir.

20. Əgər onlar səninlə mübahisə edərlərsə, de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmiŞəm!" Kitab verilənlərə və savadsızlara isə de: "Siz də təslim oldunuzmu?" Əgər təslim olsalar, doğru yola yönəlmiŞ olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düŞən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür.

21. Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri ağrılı-acılı bir əzabla müjdələ.

22. Onların əməlləri həm bu dünyada, həm də axirətdə heç olacaq, onların yardımçıları da olmayacaqdır.

23. Kitabdan özlərinə bir pay verilmiŞ kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə haqdan üz çevirir.

24. Bu, onların: "Od bizə ancaq bir neçə gün toxunar!"– demələrinə görədir. Onları uydurduqları Şeylər öz dinlərində aldadıb yoldan çıxartdı.

25. BaŞ verəcəyinə Şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq?

26. De: "Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqətən, Sən hər Şeyə qadirsən.

27. Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən".

28. Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. DönüŞ də ancaq Allahadır.

29. De: "Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər Şeyə qadirdir.

30. O gün ki, hər kəs etdiyi yaxŞı və pis əməlləri qarŞısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir".

31. De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağıŞlasın. Allah BağıŞlayandır, Rəhmlidir".

32. De: "Allaha və göndərdiyi Elçiyə itaət edin!" Əgər üz döndərərlərsə, Şübhəsiz ki, Allah kafirləri sevməz.

33. Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi.

34. Onlar biri digərindən olan hənif bir nəsil idilər. Allah EŞidəndir, Biləndir.

35. Bir zaman İmranın arvadı demiŞdi: "Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən EŞidənsən, Bilənsən".

36. Ondan azad olduğu zaman demiŞdi: "Ey Rəbbim! Mənim qızım oldu" – Allah onun nə doğduğunu daha yaxŞı bilirdi, – "axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiŞ Şeytandan qorunmağı Sənə həvalə edirəm".

37. Rəbbi onu yaxŞı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetiŞdirdi və onu Zəkəriyyaya həvalə etdi. Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: "Ey Məryəm! Bu, sənin üçün haradandır?" Məryəm dedi: "Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir"

38. Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxŞ et! Şübhəsiz ki, Sən duaları EŞidənsən".

39. O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: "Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir".


40. O dedi: "Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?" Allah dedi: "Allah beləcə istədiyini edər".

41. O dedi: "Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et". Allah dedi: "Sənin əlamətin, üç gün insanlarla ancaq iŞarə ilə danıŞmaq olacaqdır. Həmin vaxtda Rəbbini çox yad et və səhər-axŞam Onun Şəninə təriflər de!"

42. Bir zaman mələklər dedilər: "Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi.

43. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!"

44. Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini püŞk atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin.

45. O zaman mələklər dedilər: "Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə Şan-Şöhrətli və Allaha yaxınlaŞdırılmıŞlardan olacaqdır.

46. O, həm beŞikdə ikən, həm də yetkin çağında insanlarla danıŞacaqdır və salehlərdən olacaqdır".

47. Məryəm dedi: "Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?" Allah dedi: "Allah beləcə istədiyini yaradır. O, bir iŞin olmasını istədikdə ona ancaq "Ol!"– deyir, o da olur".

48. Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.

49. Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: "Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quŞa bənzər bir Şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quŞ olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız Şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, Şübhəsiz ki, bunda sizin üçün dəlil vardır.

50. Məndən əvvəl nazil olmuŞ Tövratı təsdiqləyici kimi və sizə haram edilmiŞ bəzi Şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin.

51. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Çünki bu, düz yoldur".


(Ardı var)

"Qurani Kərim" Ali-İmran 1


Geri dön

★Miss Love★

  • 29 mart 2012 14:46
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
Men hemiwe bele xeberleri axira kimi oxuуuram bu xeberide ele axira kimi oxudum cox maraqlidir...eziууeт cekmisiniz тewekkurler

✰Dгeaм✰

  • 29 mart 2012 13:55
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Secilmislere elave etdim.Allah razi olsun.

EnD of TiMe

  • 29 mart 2012 13:32
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Cox maraqlidir...tesekkurler deyerli xebere gore........

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 64

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}