Mənalı Hekayə

 
Mənalı Hekayə

Bir gün okeanda yol alan bir gəmi qəzaya düşərək batır. Gəmidən sağ xilas olan adamı, dalğalar kiçik, kimsəsiz bir adaya qədər sürüyür.

Adam ilk günlər özünü qurtarmasını üçün ALLAHa yalvardı və kömək taparam ümidiylə üfüqə baxdı. Amma nə gələn oldu, nə gedən…

Daha sonra küləkdən, yağışdan və zərərli heyvanlardan qorunmaq üçün ağac budaqlarından və yarpaqlardan bir daxma etdi. Sahildə tapdığı, gəmidən arta qalan konserv, kompas kimi əşyaları bu daxmaya qoydu.

Günlər həmişə eyni şəkildə keçirdi. Balıq ovlayır, bişirib yeyir və üfüqü müşahidə edir, özünü qurtarması üçün ALLAHa dua edirdi. Bir gün şirin su gətirmək üçün yürüyüşə çixdı və geri döndüyündə daxmasının alovlar içində yandığını gördü. Tüstü, rəqs edə edə göyə yüksəlirdi. Başına gələ biləcək ən pis şey idi bu.
Kədər və hirs içində dondu qaldı. İndi bu kimsəsiz adada, başını soxa biləcəyi bir daxma belə qalmamışdı. "ALLAHım, bunu mənə necə edə bildin?" deyə fəryad etdi. O gecəni kədər və üzüntü içində keçirdi. O qədər dua etdiyi halda, başına bu hadisə gəldiyi üçün ALLAHa sitəm etdi.
Ertəsi səhər erkən saatlarda, adaya yaxınlaşmaqda olan bir gəminin fit səsiylə oyandı!
Əldən düşmüş adam özünü qurtaranlardan soruşdu

"Mənim burada olduğumu necə anladınız?"
Cavab onu həm çaşdırdı, həm də utandırdı:
"Tüstülə verdiyiniz işarəni gördük!"

Bəzən başımıza gələn pis hadisələr ALLAHın bizə bir lütfü ola bilər..
Odur ki,hər şeyə səbr edib, şükr etmək lazımdır..Hər işdə bir xeyir var..
Bizim üçün ən yaxşısın ALLAH bilir..


Geri dön

LoVe_LiFe

  • 20 aprel 2012 22:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
dogurdanda cooc meali hekayedirrr beyendimmmmmmmmm

EnD of TiMe

  • 30 mart 2012 17:26
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Xebere gore tesekkurler..........

enigmatic_girl

  • 30 mart 2012 01:47
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler..maraqlidir....

--------------------

Su Perisi

  • 29 mart 2012 23:13
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Bəzən başımıza gələn pis hadisələr ALLAHın bizə bir lütfü ola bilər..
Odur ki,hər şeyə səbr edib, şükr etmək lazımdır..Hər işdə bir xeyir var..
Bizim üçün ən yaxşısın ALLAH bilir..

Çox maraqlı idi.Təşəkkürlər.

--------------------

.♣.Chrysalis.♣.

  • 29 mart 2012 22:32
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
cox maraqli idi canim

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Priya

  • 29 mart 2012 22:30
  • Məqalə: 115
  • Şərh: 1945
  • Bal:
{awards}
Çox maraqlı idi.Təşəkkürlər.Həqiqətən də "Hər şey göründüyü kimi deyil."Gərək başımıza nə gəlirsə gəlsin,Allahın təqdirinə boyun əyib,səbr etməliyik.Allah sevərək yaratdığı bəndəsinin hər zaman yaxşılığını istər.Hər pis hadisənin arxasında yaxşı nəsə gizlidir,mütləq.

Allah razı olsun,sizdən.

--------------------




_LALE_

  • 29 mart 2012 22:30
  • Məqalə: 3
  • Şərh: 281
  • Bal:
{awards}
cox gozel ve tesirli idi tesekkurler

✰GlaMurKa✰

  • 29 mart 2012 22:25
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
maraqli idi tesekkurlerrr

C.I

  • 29 mart 2012 18:53
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah razi olsun......)))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}