Sarkozi ən böyük səhvini etiraf etdi

 
Sarkozi ən böyük səhvini etiraf etdi

Fransa prezidenti Nikola Sarkozi “Paris Match” jurnalına verdiyi müsahibəsində növbəti dəfə prezident seçilərsə, görəcəyi işlərdən danışıb.

Sarkozi müsahibəsində deyib ki, o, növbəti dəfə prezident seçilərsə, meneralarını dəyişəcək və tamamilə “başqa prezident” olacaq.

Prezident etiraf edib ki, 1-ci hakimiyyəti dövründə onun ən böyük səhvi həddindən artıq coşğun olmağı olub. Amma Sarkozi 5 ildə xeyli təcrübə yığdığını və səhvlərini bir daha təkrar etməyəcəyini deyib.

Bundan başqa, Sarkozi prezident seçilərsə, konstitusiyanı dəyişəcəyini də deyib, belə olduğu təqdirdə o özü də iki dəfədən artıq prezident seçilə bilməyəcək.

Sarkozinin prezident seçkilərində əsas rəqibi olan Fransua Holland da seçicilərinə bir sıra vədlər verib. O, prezident seçilərsə, ölkənin təhlükəsizlik qüvvələrinin (polis) və daxili kəşfiyyat qurumlarının rəhbərlərini işdən qovacağını deyib.

Fransada prezident seçkilərinin ilk turu 22 apreldə, ikinci turu isə 6 mayda keçiriləcək. Prezident postu uğrunda hal-hazırda 10 namizəd mübarizə aparır.

Sonuncu dəfə keçirilən sosial sorğuların nəticələrinə görə, Sarkoziyə əhalinin 23-30 faizi, Fransua Hollanda isə 27-33 faizi səs verəcəyini deyib.


Geri dön

Online

İstifadəçilər: 3
Qonaqlar: 30
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}