Olmaz idi

 
Olmaz idi

Olmasaydı Əli,din içrə səfa olmaz idi.
Murtəzasız nə səfa ruha qida olmaz idi.

O Əlidir bizə göstərdi həqiqət yolunu,
Yoxsa ondan savayı ragi-huda olmaz idi.

Əliyə söylədi mizani-ədalət o Nəbi,
Əli olmazsa ədalətli-qəza olmaz idi.

Rəxtixabında yatıbdır o Peyğəmbərdən ötür,
Ki Əli tək bu işə kimsə razı olmaz idi.

Zülfüqar ilə Əmr ibn Əbdəvüd başına,
Vurmasaydı Əli, küfr-əhli gəda olmaz idi.

Bir əlilə qoparıb cəngidə Xeybər qapısın,
Əlisiz kimsədə bil öylə şüca olmaz idi.

Vurduğu zərbəyə xatir o Əli şənində,
“La Fəta”kəlməsi göylərdə səda olmaz idi.

Vurmasaydı yerə yüzlərcə o aslan kürəyin,
Adı dillərdə bu gün şiri-Xuda olmaz idi.

Olmasadı Əli layiq o zaman Xaliqdən,
“Həl-Əta”surəsi Məhmudə nida olmaz idi.

Verdi ənqüştərini sailə əsnayi-namaz,
Kimsə əshabidə bir böylə səxa olmaz idi.

Danmasaydı Əlinin haqqını nadanla əgər,
İndi din içrə inan bircə xəta olmaz idi.

Uymasaydı o zaman munkiri-mövlayə çoxu,
İndi Mövlayi-Əlidən o cüda olmaz idi.

Hansı millət ki, Əlisizdi ona yox çarə,
Olara indi düçar dərdi bəla olmaz idi.

Cahida dərk edə bilsəydik Əli həqqini biz,
Əlidən qeyri zikir dildə dua olmaz idi
.

Olmaz idi


Geri dön

Nuray2012

  • 11 aprel 2012 14:32
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Cox sagol seire gore

--------------------

C.I

  • 30 mart 2012 20:20
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah razi olsun...............

--------------------

★Miss Love★

  • 30 mart 2012 18:42
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
qewengdir...тewekkurler))

EnD of TiMe

  • 30 mart 2012 18:24
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler xebere gore........

enigmatic_girl

  • 30 mart 2012 16:50
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Vurduğu zərbəyə xatir o Əli şənində,
“La Fəta”kəlməsi göylərdə səda olmaz idi.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 767
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}