Niyə Özünü Aldadırsan?: 4. Din əxlaqını yaşamaq üçün səmimi olmaq lazımdır

 
Niyə Özünü Aldadırsan?: 4. Din əxlaqını yaşamaq üçün səmimi olmaq lazımdır

Həqiqi və səmimi imana sahib olan insanlar heç vaxt özlərini aldatmaz və həqiqətlərdən qaçmazlar. Çünki bu insanlarda güclü Allah qorxusu var, buna görə də Allahın razılığını itirməkdən çox çəkinirlər. Amma Quranda bildirilən ifadə ilə "qəlbində xəstəlik olanlar" Allaha ibadət etməkdə "ağır" davranırlar. Allah bu insanların varlığını “Nisa” surəsinin 72-ci ayəsində "Aranızda elələri də vardır ki, ağır tərpənər” şəklində bildirmişdir. Bu insanlar Qurana uyğun olan həyat və əxlaq modelini bilsələr də, dini mövzuda səmimi olmadıqları üçün istəksizdirlər. İbadətləri yerinə yetirməmək üçün daim bəhanə axtarırlar. Davamlı olaraq belə bir axtarış içində olduqları üçün də hər bir şərait və mühitdə özlərini aldadan, ya da doğru olandan uzaqlaşdıran saxta səbəblər tapırlar. Allahın bir başqa ayəsində bildirdiyi kimi, "bir ucundan dini yaşayır" və Allaha lazımi qaydada qulluq etmirlər. Halbuki onlar belə səmimiyyətsiz ibadət anlayışı ilə yalnız özlərini aldadırlar. Allah bu vəziyyəti Quranda belə açıqlayır:

İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, -deyirlər. Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar! (“Bəqərə” surəsi, 8-10)

Allahın dinində səmimiyyət əsasdır. Əgər bir insan vərdişləri səbəbindən və ya ətrafındakı insanlardan əks reaksiya görməmək üçün bəzi ibadətləri istəmədən yerinə yetirirsə, yuxarıdakı ayədə də bildirildiyi kimi, yalnız özünü aldatmış olur. Allah Quranda istəksiz edilən ibadətlərin qəbul olunmayacağını insanlara belə xəbər verir:

Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və onun Peyğəmbərini inkar etmələri, namaza təmbəl-təmbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir. (“Tövbə” surəsi, 54)

Səmimiyyətdən uzaq insanlar Allaha qarşı olan məsuliyyətlərindən qaçmaq, ömürlərini dünyəvi həvəslərə sərf etmək üçün bitib-tükənməyən bəhanələr axtarırlar. Gənc yaşlarında, məktəb illərində, iş həyatında, əylənərkən, uşaq sahibi olanda, kədərlənəndə, sevinəndə... hər vəziyyətdə ibadət etmələrinə, Allahın əmrlərinə itaət etmələrinə mane olan süni səbəblər tapırlar. Sonrakı hissələrdə insanların bəhanə olaraq qarşıya qoyduqları səbəblər gündəlik həyatdan gətirilən misallarla açıqlanacaq. Burada əhəmiyyətli olan məsələ insanların bu səbəbləri qarşıya qoyduqları zaman səmimiyyətsiz olduqlarını başa düşmələridir. Çünki dünyada bir insanın Allahın əmrlərini yerinə yetirməsinə mane ola bilən heç bir səbəb ola bilməz. Əgər insanın belə bir səbəbi varsa, bu, onun səmimiyyətsizliyi və ya iradəsizliyinin göstəricisidir.

Allahın özünə şah damarından yaxın olduğunu, hər şeyi gördüyünü, eşitdiyini, hər kəsin gizlətdiklərini də, aşkar etdiklərini də bildiyini anlayan insan Ona olan qulluğunda əsla səmimiyyətsizlik etməyə cəhd edə bilməz. Bir bəhanə gətirsə, onu qəlbindən keçirərkən və hətta hələ keçirmədən öncə Allahın biləcəyini və ya daxilən könülsüz olduğundan Allahın xəbərdar olacağını çox yaxşı bilir. Belə bir səmimiyyətsizliyə cəhd etmənin əvəzsiz qalmayacağını da düşünüb anlayır. Bu səbəbdən də özünü aldatmanın çıxış yolu olmadığının, əksinə, onu çox böyük itkilərə uğradacağının şüurundadır. Belə bir insan heç bir şəraitdə Allahın rizasından uzaqlaşmaz. Çünki Allaha qəti şəkildə iman etdiyi üçün zəifliyi yoxdur. Qeyd-şərtsiz səmimiyyətə malikdir.

Qəlbində xəstəlik olan insanlar isə Allahı açıq şəkildə inkar etməsələr də, imanlarında zəiflik vardır. Yəni inancları müəyyən şərtlərə bağlıdır. Mənfəətlərinə zidd olan anda Quran əxlaqını yaşamaqdan imtina edə bilərlər. Özlərinə asan gələn ibadətləri yerinə yetirərək vicdanlarını rahatlaşdırmağa çalışarlar.

Bu insanlar özlərini açıq şəkildə aldadaraq bunun şüurunda olmazlar. Siz də bu insanların Allah qatında düşdüyü səmimiyyətsiz vəziyyətə düşmək istəmirsinizsə, diqqət edin və əsla özünüzü aldatmayın. Əgər bilginiz azdırsa, Rəbbimizi Quranı oxuyaraq tanıya bilərsiniz. Çünki Allah Özünü qullarına endirdiyi kitabında tanıtmışdır. Beləliklə, Allahın qədrini haqqı ilə təqdir edə bilər, kamil imanlı, səmimi dindar ola bilərsiniz. Amma Allahı və dinini cahiliyyə cəmiyyətinin dünyagörüşü ilə qiymətləndirsəniz, bərpası mümkün olmayan böyük səhvlər edərsiniz. Unutmayın! Ancaq Allaha qəti şəkildə iman etdiyinizdə və səmimi qulluq etdiyinizdə qurtula bilərsiniz.


Geri dön

Nuray2012

  • 21 aprel 2012 15:26
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
Cox sagol xebere gore Allah razi olsun

--------------------

✰Dгeaм✰

  • 31 mart 2012 17:19
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Tunar sen hemise bele gozel meqaleler yazirsan.Allah razi olsun senden.

_TUNAR_MAMEDOV_

  • 30 mart 2012 21:03
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
rebeka,cox sag olun... twk edirem...

her birinize tek tek twkler...ALLAH HEMISHE SIZLERI IMANLI etsin..INSHALLAH

--------------------

C.I

  • 30 mart 2012 20:20
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
cox sag olun Allah razi olsun............!!!!!!!!!!

--------------------

★Miss Love★

  • 30 mart 2012 18:37
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
men bu уazini dogurdanda cox beуendim bu xeberi bizimle aуlawdiqina gore sene cooooooox тewekkur edirem Тunar))

EnD of TiMe

  • 30 mart 2012 18:25
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Tesekkurler.........

✿Victoria✿

  • 30 mart 2012 18:09
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COX GOZEL IDI

--------------------

enigmatic_girl

  • 30 mart 2012 16:54
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Tesekkurler...

--------------------

_RiHanNa_

  • 30 mart 2012 16:39
  • Məqalə: 84
  • Şərh: 1610
  • Bal:
{awards}
Thanksss)))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 39
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 42
Cəmi: 73
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}