Hz. Muhamməd (s.a.v.v.): kim Əlidən (ə.s.) ayrı düşsə, məndən ayrı düşmüşdür!

 
Hz. Muhamməd (s.a.v.v.): kim Əlidən (ə.s.) ayrı düşsə, məndən ayrı düşmüşdür!

Hz. Muhamməd (s.a.v.v.): kim Əlidən (ə.s.) ayrı düşsə, məndən ayrı düşmüşdür!

Peyğəmbərimizin (s.a.v.v.): “Kim Əlidən (ə.) ayrı düşsə, məndən ayrı düşmüşdür” hədisi əhli-sünnənin mötəbər mənbələrində gəlmişdirmi?
“Əhli-Beyt (ə.)” məzhəbinin haqq olduğunu, başqa din və məzhəblərin isə batil olduğunu sübut edən rəvayətlərdən biri də: “Kim Əlidən (ə.) ayrı düşsə məndən ayrı düşmüşdür” hədisidir.

Bu rəvayətə əsasən, hər kəs imam Əli ibni Əbi Taliblə (ə.) birlikdə olmasa, ondan ayrı düşsə və ona itaət etməsə, həqiqətdə Allahdan və peyğəmbərdən (s.a.v.v.) ayrı düşmüşdür.

Beləliklə, peyğəmbər (s.a.v.v.) dünyadan köçdükdən sonra onun haqq canişini olan imam Əlinin (ə.) qarşısında dayanıb başqa yolu seçənlər və onunla vuruşanların öz dini vəzifələrinə necə əməl etdikləri məlum olur.

Bu rəvayət Əbu Zərr Ğəffari, Əbdullah ibni Ömər, Bureydə və Əbu Hureyrə tərəfindən bir çox sənədlərlə nəql edilmişdir. Bu hədisi araşdıraq:
1. a) Əbu Zərr deyir: peyğəmbər (s.a.v.v.) demişdir: “Ey Əli, həqiqətən kim məndən ayrı düşsə Allah onu özündən ayrı salmışdır və kim səndən ayrı düşsə, ey Əli (ə.), məndən ayrı düşmüşdür”. (sənəd: Şeybani Əhməd ibni Hənbəl “Fəzailus-Səhabə” c.2,səh.570,Beyrut 1983)
b) Əbu Bəkr Bəzar da öz kitabında bu hədisi nəql etmişdir: Əbu Zərr deyir: peyğəmbər (s.a.v.v.) Əliyə (ə.) dedi: “ey Əli, kim məndən ayrı düşsə Allah onu özündən ayrı salmışdır və kim səndən ayrı düşsə, ey Əli (ə.), məndən ayrı düşmüşdür”. (sənəd: Əl-Bəzar “Müsnədul Bəzar” c.9,səh.455,hədis 4066, Beyrut çapı)

d) Hakim Nişapuri “Mustədrək”də nəql etmişdir:
Əbu Zərr deyir: peyğəmbər (s.a.v.v.) demişdir: “Ey Əli kim məndən ayrı düşsə, artıq Allahdan ayrı düşmüşdür və kim səndən ayrı düşmüşsə, ey Əli, artıq məndən ayrı düşmüşdür”.

Hakim Nişapuri hədisi nəql etdikdən sonra deyir ki, sənədi səhihdir, amma Buxari və Müslim öz səhihlərində nəql etməmişlər. (Mustədrək-o deməkdir ki, Buxari və Muslimin şərtlərinə əsasən hədislər düzdür, amma onlar öz səhih kitablarında nəql etməmişlər). (sənəd: Hakim Nişapuri “Müstədrək” c.3,səh.133,hədis 4624,Beyrut 1990)

İbni Ədidən başqa heç bir əhli-sünnə alimi bu hədisə irad tutmamışdır. İradı da budur ki, hədisin rəvayətçiləri arasında Davud ibni Əbi Ouf adlı şiə məzhəbindən olan şəxs var. Amma Heysəmi, Nişapuri və ibn Həbban kimi alimlərin sözlərinin qabağında ibn Ədinin yersiz təəssübkeşliyi heç bir məna ifadə etmir.
2. a) İbni Ömər deyir: peyğəmbər (s.a.v.v.) demişdir: “Kim Əlidən ayrı düşsə məndən ayrı düşmüşdür və kim məndən ayrı düşsə Allahdan ayrı düşmüşdür.” (sənəd: Təbərani “Mucəmul-Kəbir” c.12,səh.423, Mosul 1983)

b) İbni Ömər deyir: peyğəmbər (s.a.v.v.) demişdir: “Kim Əlidən ayrı düşsə məndən ayrı düşmüşdür və kim məndən ayrı düşsə Allahdan ayrı düşmüşdür”. (sənəd: Əl-İsmaili “Əl-Mucəm Fi Əsami Şuyux” c.3,səh.800,Mədinə)

3. Bureydə deyir: peyğəmbər (s.a.v.v.) Əlinin (ə.) başçılığı ilə bir qoşunu Yəmənə, Xalid ibni Vəlidi (l.ə.) isə başqa bir qoşunla Cəbələ göndərdi. Və göstəriş verdi ki, 2 qoşun bir yerdə olursa Əli bütün qoşunun başçısı olacaqdır. Qoşun yəmənə tərəf hərəkət etdi, döyüş başladı və müsəlmanlar heç bir vaxt əldə etmədikləri böyük qənimət ələ keçirdilər, yəmənlilərdən çoxlu əsir götürdülər. İmam Əli (ə.) qənimətdən xüms payı olaraq özünə bir kəniz götürdü. Xalid ibni Vəlid (l.ə.) Bureydəni yanına çağırıb dedi: gördünmü qənimətdən necə özünə pay götürdü? Tez Mədinəyə get və onun bu işini peyğəmbərə (s.a.v.v.) xəbər ver. Və mən Mədinəyə gəldim, məscidə daxil oldum. Peyğəmbər (s.a.v.v.) öz evində idi. Səhabələrdən bir dəstəsi onun evinin qapısının yanında durmuşdular. (peyğəmbərin (s.a.v.v.) evinin qapısı məscidə açılırdı). Mənə dedilər: Nə xəbər var ey Bureydə? Dedim: Xeyirdir. Allah müsəlmanlara fəth (qələbə) nəsib elədi. Dedilər: Bəs nəyə görə hamıdan qabaq bura gəlmisən? Dedim: Əli qənimətdən özünə bir kənizi xüms payı kimi götürmüşdür. Gəldim ki, peyğəmbərə (s.a.v.v.) xəbər verim. Dedilər: (tez) xəbər ver ki, Əli peyğəmbərin (s.a.v.v.) gözündən düşsün. Bu vaxtı peyğəmbər (s.a.v.v.) söhbətimizi eşitdi və qəzəbli halda evindən çıxıb dedi: “Çox təəccüblüdür ki, camaat Əlidə nöqsan tuturlar, onlar gərək bilsinlər ki, kim Əliyə noqsan tutsa, mənə noqsan tutubdur. Və kim Əlidən ayrı düşübsə məndən ayrı düşmüşdür. Və həqiqətən Əli məndəndir və Əli də məndəndir, o mənim yaradıldığım torpaqdan yaradılıb və mən də İbrahimin (ə.) yaradıldığı torpaqdan yaradılmışam. Və mən İbrahimdən (ə.) fəzilətliyəm. Allah deyir: “Biri o birisinin övladıdır və Allah eşidən və biləndir.” (Ali İmran 34). Və mənə dedi: Ey Bureydə: Bilirsənmi ki, Əli götürüyü o kənizdən daha artığına layiqdir (və özünə daha çox götürə bilər). Və həqiqətən məndən sonra sizin mövlanızdır (yəni əmr edən, qadağan edən). Mən bu sözləri eşidən kimi dedim: Ey peyğəmbər (s.a.v.v.), səni yoldaşlığımıza (sənə səhabə olmağıma) and verirəm ki, Əlini açasan və mən islamı təzədən qəbul etmək üçün sənə beyət edim. Və mən beyət etməyənə qədər peyğəmbərdən (s.a.v.v.) ayrılmadım”. (sənəd: Təbərani “Mucəmul Əvsət” c.6,səh.162,Qahirə).

4. Zəhəbi bu rəvayəti Əbu Hureyrədən nəql etmiş, amma heç bir dəlil və sübut gətirmədən hədisi batil bilmişdir. Əbu Hureyrə (l.ə.) deyir: Peyğəmbər (s.a.v.v.) demişdir: “Kim məndən ayrı düşsə artıq məndən ayrı düşmüşdür və kim onu özünə ağa saysa artıq məni özünə ağa saymışdır”.
(sənəd: Zəhəbi “Mizanul Etidal Fi Nəqdir-Rical” c.3,səh.75,Beyrut çapı 1995).

İbrət alın ey ağıl,təfəkkür və şüur sahibləri!
Allahın salamı hidayət yolunu gedənlərə olsun! Amin.


Geri dön

Nuray2012

  • 21 aprel 2012 15:21
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Cox sagol xebere gore

--------------------

...BARSA FANATI....

  • 30 mart 2012 16:05
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Sitat: rebeka
maraqlidir...тewekkurler eziууeтe gore

★Miss Love★

  • 30 mart 2012 15:28
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqlidir...тewekkurler eziууeтe gore

MELEK INSAN

  • 30 mart 2012 13:49
  • Məqalə: 1
  • Şərh: 77
  • Bal:
{awards}
TWK BU CUR MARAQLI MELUMATLARA GORE

C.I

  • 30 mart 2012 13:40
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah razi olsun cox sag olun...........


--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}