Qəlbim unudub amma ruhum yox!

 
Qəlbim unudub amma ruhum yox!

Yenə sənsiz səssiz bir gecədə yağış var bu şəhərdə. Gözlərinin içinə baxarkən gülən gözlərim gecənin bu kor vaxtında boşluğu seyr edir. Gözlərim hələ gedişini seyr edərkən geyindiyi rəftarı davam etdirir. hələ buğlu, hələ təlaşlı, hələ çarəsiz, hələ başıboş... Həyat işığının yandığı gözlərim bu günlərdə olduqca sönük. Yanırlar bitanəm, ağrıyırlar, ağlayırlar... Yanaqlarımdan yenə damlalar süzülür. Üzümdə qəribə bir hüzn,qarşımda gülümsəyən şəkilin...Yanaqlarım yaş, gözlərim dolu dolu... Gözyaşlarımı yenə azad buraxdım sevimli, yağışın yuduğu bu şəhərdə.

Sənsizliyi düşündüm bir an, sənsiz keçən 21 həftəni. Nə də mərhəmətsizmiş məgər həyat. Nə qədər də əziyyət maraqlısıymış eşq. Nə çox hüzünbazmış sevənlər,sevdalılar. Heçmi darıxmadın məni, heçmi maraqlanmırsan, heçmi düşünmürsən, heçmi, heçmi?... Sonsuzluğa uçub getmək istəyərdim balam. Yalnız səninlə olacağam sonsuzluğa. Sənin və mənim olmadığı yalnız və yalnız bizim olduğumuz bir yerə...

Yağışın bu şəhəri islatdığı kimi gözyaşlarım yanaqlarımı isladır. Yavaş yavaş, incitmədən endirir damlalarını.Yağış şəhəri təmizlədiyi kimi,göz yaşlarımda qəlbimdəki səni təmizləyir.Amma sən yenədə tükənmək bilmirsən.Ağladıqca daha çox xatırlayıram səni.Mən sənə olan sevgimi gecələrcə göz yaşlarımla yudum.Hələdə yumaqdayam...Gözlərim yanır bitanəm, içim aldanır...Əvvəllər canım sıxıldığı zaman, başımı dinləmək istədiyimdə, tək qalmağa ehtiyacım olduğunda gəzməyə çıxardım. Gedərdim gedərdim..... Saatlarla gedərdim. istirahət etmədən, nəfəslənmədən gedərdim və düşünərdim. Atdığım hər addım-addım içimdəki çətinlikdən bir parça qoparar kimi gəlir idi mənə. Artıq elə uzun gedişlərə çıxmıram.Artıq böyümüşəm bilirəmki hara getsəm yenədə içimsə sən varsan. Artıq insanlar arasında çox gəzmirəm. Artıq bu şəhərin küçələrini gəzmirəm.Mənə baxan maraqlı gözlərlə göz-gözə gəlmirəm. Artıq çöldə bir yerlərdə oturub yoldaş söhbətlərinə qatılmaq məni sıxır, köhnəsi qədər həzz vermir. Artıq işimi də sevmirəm, peşəmi də... Lənət edirəm bu şəhərə, bu şəhərin küçələrinə, parklarına. Lənət edirəm bu şəhərin bezmiş eşqlərinə, aşiqlərinə. Lənət edirəm bu şəhərin qaranlığına... Sənə son dəfə sarıldığım, səni son dəfə doya doya öpdüyüm, sənə son dəfə baxdığım qaranlığa...

Bu günlərdə özümü ölmüş hiss edirəm. Ölmüşüm ya da ağır xəstəyəm və ya bir qəzaya düşmüşüm ağır yaralıyam. Sevənlərim, ailəm başımda toplanmış çarəsiz gözlərlə mənə baxırlar. Əllərindən bir şey gəlməməsinin hüznüylə baxırlar mənə. Dodaqlarımdan çətinliklə bir iki söz tökülür. Tökülən hər sözdə sən varsan. Gözlərimi çətinliklə aralayıram. Yanımdasan, əllərimi tutursan.Bitanəm,gəlmək üçün ölümümümü gözləyirsən? Əgər onu gözləyirsənsə bilirsən ki o çox yaxın...

Bu şəhərə yağış yağır. Biz gedə bilmirik. Səninlə yağışda getməyi darıxdım balam. İslanmağı, başımdan aşağıya doğru sürətlə enən yağış damlalarını, köynəyimin bədənimə yapışmasını darıxdım.Səninlə yağışda gəzməyimiz üçün darıxdım.Səninlə oldugum hər an üçün darıxdım balam.

Ulduzsuz kimsəsiz bir gecədə,
Yağış var bu şəhərdə.
Mənimdə içimdə sən varsan...


Geri dön

bitti artik

  • 31 mart 2012 13:31
  • Məqalə: 0
  • Şərh: 279
  • Bal:
Yağışın bu şəhəri islatdığı kimi gözyaşlarım yanaqlarımı isladır. super

--------------------
Aglinda olsun sevgilim sen meni aldatmadin men sene inanmagi secdim.....
Sen doğulanda hami sevinmişdi,sen ise ağlamışdın.Ele yaşaki,öldüyünde hamı ağlasın sen ise sevinesen..

Dodaqdan Qəlbə

  • 30 mart 2012 23:14
  • Məqalə: 6
  • Şərh: 291
  • Bal:
{awards}
Lənət edirəm bu şəhərin bezmiş eşqlərinə, aşiqlərinə. Lənət edirəm bu şəhərin qaranlığına...

--------------------
♥ღHər ürəyin sevgisi fərqlidir, mənimkidə mənə görə gözəl və qiymətli..♥ღ

i see you

  • 30 mart 2012 22:52
  • Məqalə: 8
  • Şərh: 798
  • Bal:
{awards}
Yenə sənsiz səssiz bir gecədə yağış var bu şəhərdə. Gözlərinin içinə baxarkən gülən gözlərim gecənin bu kor vaxtında boşluğu seyr edir. Gözlərim hələ gedişini seyr edərkən geyindiyi rəftarı davam etdirir. hələ buğlu, hələ təlaşlı, hələ çarəsiz, hələ başıboş... Həyat işığının yandığı gözlərim bu günlərdə olduqca sönük. Yanırlar bitanəm, ağrıyırlar, ağlayırlar... Yanaqlarımdan yenə damlalar süzülür. Üzümdə qəribə bir hüzn,qarşımda gülümsəyən şəkilin...Yanaqlarım yaş, gözlərim dolu dolu... Gözyaşlarımı yenə azad buraxdım sevimli, yağışın yuduğu bu şəhərdə.

twk.super heyat hadisesidi

--------------------

enigmatic_girl

  • 30 mart 2012 21:38
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tesekkurler... maraqlidir

--------------------

Dalga

  • 30 mart 2012 21:25
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Beyendim tewekkur edirem

--------------------

Delya_91

  • 30 mart 2012 20:32
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Bu günlərdə özümü ölmüş hiss edirəm. Ölmüşüm ya da ağır xəstəyəm və ya bir qəzaya düşmüşüm ağır yaralıyam. Sevənlərim, ailəm başımda toplanmış çarəsiz gözlərlə mənə baxırlar. Əllərindən bir şey gəlməməsinin hüznüylə baxırlar mənə. Dodaqlarımdan çətinliklə bir iki söz tökülür. Tökülən hər sözdə sən varsan. Gözlərimi çətinliklə aralayıram. Yanımdasan, əllərimi tutursan.Bitanəm,gəlmək üçün ölümümümü gözləyirsən? Əgər onu gözləyirsənsə bilirsən ki o çox yaxın...

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Narka E-ZaDe

  • 30 mart 2012 19:56
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Ulduzsuz kimsəsiz bir gecədə,
Yağış var bu şəhərdə.
Mənimdə içimdə sən varsan...
ela

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

C.I

  • 30 mart 2012 19:37
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
cox beyendim superrrrrrrrrrrrrrrrr

--------------------

Niqul

  • 30 mart 2012 19:34
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
Ulduzsuz kimsəsiz bir gecədə,
Yağış var bu şəhərdə.
Mənimdə içimdə sən varsan...
SUPER winked

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 58
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}