Ağarmayın, a saçlarım, amandır

 
Ağarmayın, a saçlarım, amandır

Cavanlığın, məhəbbətin eşqinə,
Ağarmayın, a saçlarım, amandır.
Düz ilqarın, sədaqətin eşqinə,
Ağarmayın, a saçlarım, amandır.

Haqq aşığı yaranıbdır qəm çəkə,
Ürəyimə saldım qara xal, ləkə,
And verirəm saf vicdana, məsləkə,
Ağarmayın ,a saçlarım, amandır.

Elə bildim dağ başını qar alıb,
Ayaz vurub, çiçəkləri saralıb,
Görən deyir aşıq daha qocalıb,
Ağarmayın, a saçlarım, amandır.

Baş titrəyər, əl uçunar, zar ağlar,
Ney inildər, saz sızıldar, tar ağlar,
Həsrət-həsrət baxar, baxar, yar ağlar,
Ağarmayın, a saçlarım, amandır.

Azaflıyam, ağ saqqalım bir yana,
Gənclik getdi, oldum dəli-divana,
Deyəcəklər - dözəmmədi hicrana,
Ağarmayın, a saçlarım, amandır.


Geri dön

Nuray2012

  • 11 aprel 2012 14:31
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
Cox sagol........

--------------------

C.I

  • 31 mart 2012 13:40
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
cox sag ol menali seirdi twk edirem...........

--------------------

al yazmalim:))

  • 31 mart 2012 12:09
  • Məqalə: 37
  • Şərh: 1144
  • Bal:
{awards}
tesekkurlerrrrrrr

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

.♣.Chrysalis.♣.

  • 31 mart 2012 03:25
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
Elə bildim dağ başını qar alıb,
Ayaz vurub, çiçəkləri saralıb,
Görən deyir aşıq daha qocalıb,
Ağarmayın, a saçlarım, amandır.

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

VIPTOZ

  • 31 mart 2012 00:21
  • Məqalə: 1
  • Şərh: 4302
  • Bal:
{awards}
bunu cox esitmisem asiq mahnisinin sozleridirtsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

★Miss Love★

  • 30 mart 2012 22:54
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
qeweng weirdir тewekkurler beуendim))

enigmatic_girl

  • 30 mart 2012 22:32
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
ne qesengdi)))

--------------------

EnD of TiMe

  • 30 mart 2012 21:47
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
tesekkurler seire gore...

_favorit_arkadas

  • 30 mart 2012 21:37
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
maraqli werdir,tewekkurler...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 52

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 724
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}