Peyğəmbərimizdən (s.a.v) qızıl tövsiyyələr

 
Peyğəmbərimizdən (s.a.v) qızıl tövsiyyələr

Bir gün, bir adam Peyğəmbər Əfəndimizin (S.A.V) yanına gələrək, "Sizə dünya və axirətlə əlaqəli soruşacaq suallarım var." deyər.

Bunun üstündən Peyğəmbərimiz (S.A.V) o kimsəyə, "nə istəyirsənsə soruş." buyurarlar. Ardından o adam ilə Peyğəmbər Əfəndimiz (S.A.V) arasında bizim də bir çox dərslər çıxara biləcəyimiz bu dialoq yaşanar:

İnsanların ən zəngini olmaq istəyirəm. Nə etməliyəm?

Qənaətkar olsan insanların ən zəngini olarsan.

İnsanların ən xeyirlisi olmaq istəyirəm.

İnsanların ən xeyirlisi, insanlara faydalı olandır. Sən də insanlara faydalı ol.

İnsanların ən ədalətlisi olmaq istəyirəm.

Özün üçün istədiyini başqa insanlar üçün də istəsən insanların ən ədalətlisi olarsan.

İnsanlar içində ALLAHa ən yaxın, ONUN ən xas qullarından olmaq istəyirəm.

ALLAHı çox zikr edib xatırlayar və xatırlasan o zaman ALLAHın ən xas qulu olarsan.

Yaxşılıq edənlərdən olmaq istəyirəm.

ALLAHa, ONU görür kimi ibadət et, hər nə qədər sən ONU görməsənsə də O səni görür.

İmanımı kamil etmək istəyirəm.

Gözəl əxlaqlı olsan imanın kamil olar.

Qiyamət günü nur içində dirilmək istəyirəm.

Heç kimə zülm etmə, qiyamət günü nur içində dirilərsən. Əvvəl özünə və insanlara mərhəmət et ki, ALLAH da sənə mərhəmət etsin.

Günahlarımın azalmasını istəyirəm.

İstiğfar (Tövbə və bağışlanma) edərək günahlarının bağışlanması üçün ALLAHa yalvarsan günahların azalar.

İnsanların ən kərimi (böyüyü) olmaq istəyirəm.

ALLAHa qullarını şikayət etməzsənsə insanların kərimi olarsan.

Ruzimin bol olmasını istəyirəm.

Təmizliyə davam etsən ruzinin bol olar.

ALLAH və Elçisi tərəfindən sevilmək istəyirəm.

O zaman ALLAH və Rəsulunun sevdiklərini sev, sevmədiklərini də sevmə.

ALLAHın mənə qəzəbindən özümü qorumaq istəyirəm.

Kimsəyə hirslənməsən ALLAHın qəzəbindən xilas olarsan.

Duamın qəbul edilməsini istəyirəm.

Haramlardan çəkinsən duaların qəbul olar.

ALLAHın məni başqalarının yanında alçaq etməməsini istəyirəm.

Namusunu qoruyub iffətli ol ki, insanlar yanında alçaq olmayasan.

ALLAHın ayıblarımı, qüsurlarımı örtməsini istəyirəm.

Müsəlman qardaşlarının ayıblarını örtsən ALLAH da sənin ayıblarını örtər.

Mənim günahlarımı nə silər?

Gözyaşların, hududun (hörmətlə ALLAHa qulluğun) və xəstəliklər.

ALLAH yanında hansı xüsusiyyətlər daha fəzilətlidir?

Gözəl əxlaq, təvazökarlıq, bəlalara səbir və taleyinə razılıq.

ALLAH yanında ən böyük günah hansıdır?

Pis əxlaq və ALLAHın əmrlərinə qarşı göstərilən xəsislik.

Rəhman ALLAHın rəhmətini nə coşdurar?

Gizlidən gizliyə sədəqə vermək və qohumları ziyarət.

Cəhənnəm atəşini nə söndürər?

Oruc tutmaq.

Allah bizləri də bu tövsiyyələrə əməl edən qullarından etsin İnşallah. Amin


Geri dön

Nuray2012

  • 21 aprel 2012 15:17
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Cox sagol xebere gore Allah raazi olsun

--------------------

ANGEL LOVE

  • 1 aprel 2012 12:09
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun..............

--------------------

.♣.Chrysalis.♣.

  • 1 aprel 2012 03:00
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
ALLAHı çox zikr edib xatırlayar və xatırlasan o zaman ALLAHın ən xas qulu olarsan.twk

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

EnD of TiMe

  • 31 mart 2012 22:15
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler deyerli xebere gore.....

tek dileyim

  • 31 mart 2012 20:40
  • Məqalə: 36
  • Şərh: 516
  • Bal:
{awards}
Cəhənnəm atəşini nə söndürər?

Oruc tutmaq.

Allahima qurban olum, İnşallah

--------------------
.♥De: O Allah birdir
Allah möhtac deyildir!
O, nə doğmuş, nə də doğulmuşdur!
Onun heç bir tayı-bərabəri də yoxdur...♥

✰Dгeaм✰

  • 31 mart 2012 20:27
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}