Niyə Özünü Aldadırsan?: 5. Axirət inancının güclü olması ilə səmimi dindar olmaq mümkündür

 
Niyə Özünü Aldadırsan?: 5. Axirət inancının güclü olması ilə səmimi dindar olmaq mümkündür

Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi, yaradılış məqsədini unudaraq öz istək və arzuları istiqamətində dəyərsiz işlərin arxasınca qaçaraq həyatını Allahın əmr və qadağalarını tanımadan keçirən bir insan ölümdən sonra diriləcəyini, etdiklərinin bir-bir hesabını verəcəyini və buna uyğun qarşılıq görəcəyini düşünmək istəmir. Axirətin varlığını bilsə də, vicdanını susduraraq özünü aldadır. Sırf bu həqiqətdən qaçmaq üçün bəzi azğın inanclara belə əl atır. Məsələn, xüsusilə son zamanlarda yayılan, öldükdən sonra dəfələrlə dirilərək fərqli yerlərdə və zamanlarda yenidən dünyaya gəlmə şəklində açıqlanan reinkarnasiya inancının insanlar tərəfindən mənimsənməsinin səbəblərindən biri də budur. Dünyada etdiklərinin əvəzini axirətdə cəhənnəm kimi bir cəzanın özlərini gözlədiyini bilən və ya heç olmasa bunu ehtimal edən insanlar öldükdən sonra axirətə gedəcəkləri həqiqətindən narahat olurlar. Buna görə də heç bir dəlil və əsasının olmamasına baxmayaraq, bu azğın inancı və ya bu tərz inancları tez qəbul edirlər.
Bu şəkildə özlərini axirətin olmadığına inandıraraq ovutmağa çalışan insanlar hər dövrdə yaşamışdır. Allah Quranda bu insanların sırf axirəti qəbul etməmək və bu həqiqətlə üz-üzə gəlməmək üçün ağıl və məntiqdən necə uzaqlaşdıqlarını bizlərə ibrət olaraq anlatmışdır. Bu ayələrdən biri belədir:


Deyirlər: “Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” Onlar deyirlər: “Elə isə bu ziyanlı dönüşdür. (“Naziat” surəsi, 10-12)

Yuxarıdakı ayələrin sonunda da göründüyü kimi, axirəti və dirilişi inkar edən bu insanlar yenidən dirildiləcəklərinin öz zərərlərinə olacağını vicdani olaraq bilirlər. Buna görə, bu həqiqəti mümkün olduqca ağıllarına gətirməməyə, azğın düşüncələrlə unutmağa və unutdurmağa çalışırlar. Cavabını çox yaxşı bildikləri halda sırf həqiqətlərdən qaçmaq üçün bu sualları verirlər:

Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! (“Yasin” surəsi, 78-79)


Axirət mövzusunda bu şəkildə özlərini aldatma yolunu seçən insanların bu məntiqləri bütün düşüncə və davranışlarında əks olunur. Əgər bir insan özünü ölümdən sonra hesab gününün olmayacağına, cənnət və ya cəhənnəm həyatının olmadığına inandırsa, hər cür azğınlığı etməyə qadir olar. Çünki insanı qorxub-çəkindirən səbəblərdən biri axirətdə etdiklərinə uyğun əvəz görəcəyi inancıdır. Amma əgər əks düşüncədədirsə, məsuliyyətlərinə əhəmiyyət verməməyə və göz ardı etməyə başlayar. Çünki ancaq axirətə inanan insanlar bu dünyada özlərini aldadaraq reallıqdan qaçmanın axirətdə çox böyük acı və hüsranla nəticələnəcəyini bilirlər.
Siz də bir az düşündüyünüzdə özünüz də daxil olaraq ətrafınızdakı heç bir şeyin təsadüfən olmadığını, hər şeyin Allahın sonsuz gücü, bilgisi, istəyi və idarəsi ilə reallaşdığını asanlıqla görə bilərsiniz. Bundan başqa, axirəti yaratmanın da yuxarıdakı ayələrdə xəbər verildiyi kimi, Rəbbimiz üçün çox asan olduğunu, İlahi ədalətə ən uyğun olduğunu qavraya bilərsiniz. Diqqət edin! Anlamazlıqdan gələrək özünüzü aldatmayın. Çünki bu mövzuda özünü aldadanlar və axirət həqiqətindən uzaq yaşayanlar axirətdə etdikləri səhvləri bərpa edə bilməmənin sonsuz acısını yaşayacaqlar.


Geri dön

Nuray2012

  • 21 aprel 2012 15:24
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Cox sagol xebere gore

--------------------

✰Dгeaм✰

  • 31 mart 2012 16:46
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

ANGEL LOVE

  • 31 mart 2012 15:44
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler..................

--------------------

...BARSA FANATI....

  • 31 mart 2012 13:41
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
.......tskkkkkkkkkkkk.........

C.I

  • 31 mart 2012 13:18
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah razi olsun twkler..........

--------------------

Priya

  • 31 mart 2012 12:22
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Həqiqətən maraqlı və dəyərli idi.Təşəkkürlər.

--------------------




nar_18

  • 31 mart 2012 12:08
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

EnD of TiMe

  • 31 mart 2012 11:03
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurelr xebere gore....

ay seven ulduz

  • 31 mart 2012 10:56
  • Məqalə: 3
  • Şərh: 1318
  • Bal:
{awards}
Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 31

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}