Etibarınızı sarsıdan 5 səbəb

 
Etibarınızı sarsıdan 5 səbəb

Özünə inamınızı nələrin sarsıtdığını heç düşündünüzmü?

Qadın jurnalı "Essence" son sayında qız dostların etibarınızı sarsıda biləcəyi vəziyyətləri oxucusuyla paylaşdı.

Çox sevdiyi kişi dostundan ayrılan qadın ürəyindəkiləri demək üçün qız yoldaşlarının yanında vaxt keçirər. Dostuyla edilən pis bir mübahisənin acı dadı qız dostlarla içilən qəhvədə əriyib gedər. "Essence" jurnalı redaktorları ən yaxınınız olaraq gördüyünüz dostunuza bəzən də inanmamalı olduğunuzu xatırladaraq onun etibarınızı sarsıda biləcəyi vəziyyətləri bildirdi:

DEDİ-QODUYA MEYLLİ
"Bilirəm mənə heç kimə dedin amma ona söyləmək məcburiyyətində qaldım çünki..." Bu cümlə sizə tanış gəldimi? Sizin bir sirrinizi səbəb hər nə olursa olsun sizin dostunuz olmayan biriylə paylaşan qıza inanmayın. Şəxsi həyatınız dostlarınızla onun dostları arasında dedi-qodu mövzusu olursa bu vəziyyət heç yaxşı deyil.

SEVGİLİNİZLƏ YAXINLIĞI ŞİŞİRTDİ
Bu qadınlar arasında yazılı olmayan bir razılaşma kimidir. Sevgiliniz rəfiqənizin yaxınları siyahısına içinə girə bilməz. Rəfiqəniz sevdiyiniz insanla yaxınlıq limitini keçirsə, deməli dostluğunuz üçün təhlükə zəngləri çalınır.

XOŞBƏXTLİYİNİZİ PAYLAŞMIR
Dostlar yalnız pis gün üçün yanınızda olmamalıdır. Ən əyləncəli gecənizdə sizinlə əylənə bilməli, müvəffəqiyyətlərinizi sizinlə qeyd edə bilməlidir. Sizin xoşbəxt olduğunuz anlarda enerjisi aşağıdırsa və sizi də bu çətinliyə sürüyürsə onun dostluğuna nəzər yetirmək vaxtı gəlmişdir.

SÖZLƏRİYLƏ ÜRƏYİNİZİ QIRIR
Yaxşı dostlar danışarkən bir-birilərinə, içində sevginin müxtəlif mənalarının keçdiyi müsbət sözlərlə xitab edərlər. O sizinlə danışarkən tez-tez kobud sözlər istifadə edirsə, ən yaxşısı uzaq dayanmaqdır.

XÜSUSİ ƏŞYALARINIZA ÇOX BAĞLIDIR
Yaxşı dostlar əlbəttə ki, paltarlarını, makiyaj vəsaitlərini hətta xüsusi günlərdə ləl-cəvahiratlarını belə paylaşa bilərlər. Lakin bunun da bir sərhədi olmalıdır. Ondan bir şey gizləməmək uğruna Facebook şifrənizi verir, sizin yerinizə mesajlarınızı oxumasına icazə verirsiniz. Bu bir müddət sonra onun üçün bir vərdiş olursa onda istər istəməz ağlınıza "Axtardığı bir şey var?" sualı gəlir.

P.S. Qız dostlarınızla bu problemləri yaşamısınızmı?


Geri dön

enigmatic_girl

  • 1 aprel 2012 22:56
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
tesekkurler

--------------------

.♣.Chrysalis.♣.

  • 1 aprel 2012 03:04
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
refiqem var amaki yaxin dosdum sirdasim yoxdu belke sirr vermediyime goredi.cox sag ol maraqli xeber idi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

✰Dгeaм✰

  • 31 mart 2012 19:52
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 27
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}