Uşağa ev tapşırıqlarını necə sevdirməli?

 
Uşağa ev tapşırıqlarını necə sevdirməli?

Valideynlərin böyük hissəsi "Uşağım axşamlar televiziya başından ayrılıb ev tapşırıqlarının başına keçmir, nə etməliyəm?",
"Ev tapşırıqlarına nifrət edir, sevmədiyi bir şeyi etmək ona həqiqətən faydalı ola bilərmi?" kimi bir çox problemin cavabını tapmağa çalışır.

Ancaq uşağı məktəb təhsilinə yönəltmək ilk əvvəl olduqca çətin olur. Ayrıca, o günə qədər yeməyi yedirilmiş, yatağı toplanmış, bütün paltarları yığışdırılmış uşaq bir gün ev tapşırıqları ilə qarşılaşdığı zaman bunun yalnız özünə aid vəzifə olduğunu anlamaqda çətinlik çəkər. Tapşırıqlar məsələsində valideynlər uşağı dəstəkləməli, bu ilk müsbət təcrübələrinin nə qədər qiymətli olduğunu ona hiss etdirməli, bununla da cəsarətlənən uşaq özünə güvənir və yavaş-yavaş bu vərdişi qazanmağa başlayır.

Uşaqlara ev tapşırıqlarını sevdirmək üçün bir sıra məsləhətlərə baxaq:

Ev tapşırıqlarını yerinə yetirməsi məsələsində ona təzyiq etməyin. Əhəmiyyətli olan uşağın dərs çalışarkən kef ala bilməsi, dəstəyinizlə edə biləcəyinin ən yaxşısını ortaya qoya bilməsidir. Valideynlər uşağa pis qiymət alsa belə, onu sevəcəklərini ifadə etməlidirlər. Əhəmiyyətli olan uşağın tapşırıqların özünə aid məsuliyyət olduğunu hiss etməsidir. Evdəkilərin "Tapşırığını et" dediyi üçün deyil, etməsi lazım olduğu üçün tapşırıqlarını etməlidir.

Ev tapşırığı üçün hər gün nizamlı "tapşırıq saatı" yaradın. Bu saatı ailənizə xas şərtlərə görə təyin edə bilərsiniz. Uzun və yorucu bir günün ardınca uşağın istirahət etmək istəməsi təbiidir və haqqıdır. Uşağın bütün gün boyunca yaşadığı gərginlikdən xilas olmaq üçün özünə aid olan zamandan faydalanmağa ehtiyacı vardır. Məsələn, bəzi uşaqlar bir saat oynadıqdan sonra daha məhsuldar olur, bəziləri üçün günün ən məhsuldar saatı axşam yeməyindən sonrakı zamandır.

Müəyyən bir saata qədər tapşırığın həll edilib bitirilməsi mövzusunda birliyə varın. Istisnalar xaricində uşağa müəyyən edilmiş zamana sadiq qalması üçün xəbərdarlıq edin.

Valideynlər adətən uşağın öz otağında tək və səssiz bir şəkildə dərslərini yerinə yetirməsini istəyirlər. Ancaq bu vəziyyətdə uşaq özünü tərk edilmiş sayaraq dərslərlə arasında mənfi əlaqə qurar. Tapşırıqları edərkən valideynlərin uşağın yanında olması (məsələn, mətbəx masasında) uşağa inam verər. Sizin varlığınız, bir baxışınız, bir sözünüz onun yanında oturmanıza gərək qalmadan uşağa dəstək olmaq üçün kifayət edəcək.

Ev tapşırığı ilə əlaqədar sizə yönəldilən sualları cavablayın. Amma uşağınızla birlikdə masaya oturub, tapşırığını bütünlüklə etməyin.

Uşağın diqqətini ən yaxşı verə bildiyi müddət 20 dəqiqə olduğundan hər 20 dəqiqə sonra 10 dəqiqəlik aralar vermək məqsədəuyğundur. Əgər uşaq tapşırığın hamısını etməkdə çətinlik çəkirsə, tapşırığı kiçik parçalara ayırın. Məsələn, on tapşırıq etməsi yerinə "Beş problemi həll et, gətir mənə göstər" deyin. Uşaq beş tapşırıq edib gətirdiyi zaman səy göstərdiyi üçün onu tərifləyin. “İndi beşini də et, sonra mənə göstər” deyin.

Tapşırıq saatı sona çatarkən, uşağın etdiyi tapşırıqlara nəzarət etmənizdə fayda vardır. Ancaq uşağınızın ev tapşırığını qiymətləndirmək sizin vəzifəniz deyil. Yalnız bir səhv gördüyünüzdə xəbərdarlıq edin. Lakin uşağın məktəbə tapşırığını düzəldilməmiş formada aparmasına icazə verin. Çünki müəllimlər uşağın harada problem yaşadığını bilmək istər.

Vaxtında tamamlanan tapşırıqlardan sonra birlikdə etməkdən xoşlandığınız ortaq bir işi görün (puzzle düzəltmək, film izləmək kimi).

Məktəbdə öyrəndiklərinə və etdiklərinə maraq göstərin. Əlinizdən gəldiyi qədər onunla birlikdə oxuyun. Uşağınız sizi oxuyub-yazarkən görsə, daha yaxşı motivasiya olacaq.

Son olaraq: bəzən valideynlər uşaqların tapşırıqlarına nə dərəcədə qarışdıqlarının fərqinə varmadan, tapşırıqları demək olar ki, tamamilə boynuna götürdükləri üçün uşaqlarının anlama və diqqət pozğunluğu içərisində olduğunu hiss etməyə bilərlər. Ayrıca, "Aman, uşaq yoldaşlarından geri qalmasın" düşüncəsiylə tapşırıqlara gərəyindən çox müdaxilə edə bilərlər. Bu cür müdaxilələr bəlkə uşağın məktəbdə daha yaxşı qiymət almasını təmin edə bilər, amma bunun onun zehni və fərdi inkişafına daha çox zərər verəcəyi unudulmamalıdır.


Geri dön

LoVe_LiFe

  • 20 aprel 2012 22:16
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
men ev tapsiriqlarini hamsini ozum etmisemmm esasende az dilini inglis dilini twkler xebere gore ))))))))

firuzka

  • 5 aprel 2012 23:31
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Xəbəri digər saytdan oğurlayanda heç olmasa cümlələri bir qədər dəyişdirərdiz. Kiminsə əziyyətini öz adına çıxmaq yaramaz. Heyf...

_favorit_arkadas

  • 1 aprel 2012 12:48
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Serhleriniz ucun tewekkurler...

--------------------

ANGEL LOVE

  • 1 aprel 2012 12:04
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twkler...............

--------------------

AySeLLiM

  • 1 aprel 2012 04:13
  • Məqalə: 0
  • Şərh: 387
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
Nə qədər bilirsən bil,söylədiklərin qarşındakının anladığı qədərdir".

VIPTOZ

  • 1 aprel 2012 00:15
  • Məqalə: 1
  • Şərh: 4302
  • Bal:
{awards}
mene hec kim mecbur etmeyibki ev tapsiriqlarini etmek lazimdi.ozum sevev seve hamisin etmisem.xususilede biologiya fenninden ev tapsiriqlarini tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

tural_sukurlu

  • 31 mart 2012 23:52
  • Məqalə: 1
  • Şərh: 41
  • Bal:
{awards}
mene maraqsiz geldi

--------------------
Tural

MenimleSen

  • 31 mart 2012 23:51
  • Məqalə: 60
  • Şərh: 1233
  • Bal:
{awards}
ev tapsirigini sevmesemde oxumusam.ancaq azerbaycan dilini seve seve

--------------------

EnD of TiMe

  • 31 mart 2012 22:07
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
ev tapsirigini sevmesemde oxumusam...Riyaziyyati cox sevmisem..hevesele eliyrdim...tesekkurler

✰Dгeaм✰

  • 31 mart 2012 21:05
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 60
Cəmi: 80

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 67
Cəmi: 733
 
The Shield
Xəbərləri: 66
Cəmi: 83
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 47
Cəmi: 476
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 207
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}