ATA!!!!

 
ATA!!!!

QOCALMA ATA!!!

Bu gün hiss etdim, bu gerçəyi damarlarıma qədər bu gün duydum!
Hər gün yanından yüz dəfə keçdiyim, hər keçdiyimdə diqqətlə baxdığım rəsmi bu gün görürdüm sanki!
Atamla anamın, qucaqlarında mənimlə birlikdə iyirmi yeddi il bundan qabaq xatirələrə saldıqları bir rəsim! Rəsmi əlimə alıb salona doğru addımladım!
Atam nəvəsi ilə, mənim iki yaşlı oğlumla oynayırdı.
Bir rəsmə, bir də atama baxdım. Aman Allahım! İki ayrı-ayrı insan idilər sanki!
Bir zamanlar qucağında oğlunu alıb bağrına basan atam, indi onu nəvəsi ilə əvəz edib....
Yaxşı bəs bundan iyirmi yeddi il sonra necə?! O zaman damı atam aynımda olacaq?! Yoxsa onda mən onun yerinə keçib öz nəvəmi qucağıma...
Al!!! Al bu da sənə zamanın başqa bir oyunu! Hər kəsin gözləri önündə oynadığı, amma heç kəsim fərqinə varmadığı bir oyun!!! Gözümüzü açıb bu oyunun içində olduğumuzu dərk etdiyimizdə çox gec olur! Gec olduğunu da anladığımızda ya ürək getməsindən ölər, ya da qalan ömrümüzü ah vayla keçirərik ki, əgər bunu vaxtında anlamadıysaq...
Üzünə diqqətlə baxdım atamın!
Tükətmişdi, yormuşdu Atamı bu iyirmi yeddi il! Lənət olsun, Yoxsa atam qocalırmı?!
Qocalma ATA, Yalvarıram sənə ata qocalma!
Onunla birlikdə keçirdiyimiz hər gün film kimi gəlib keçdi beynimin dərinliklərindən.
Əlimdən yapışıb yeridiyim gündən taa bu günə kimi... məktəbə aparardın, əynimə paltar alardın, mənasını hələ indi bildiyim axmaq axmaq suallarıma bezmədən, yorulmadan, səbirlə, həvəslə cavab verərdin.
Elə gecələri olardı ki, evə gəlməzdin... Anamdan soruşardım Atam niyə hələ gəlməyib deyə.
- Işdədi oğlum, işləyir ki, sənə istədiyin o qırmızı velosipedi alsın - deyərdi anam.
Ata sən necə də fədakar insansan. Bu qədər gecələrini indi mənim axmaq sandığım arzularım uğrunda fəda etmisən! Ata sən necə də qəhrəman insansanmış, bu qədər vaxt heç yorulmadan, sinəni qabağa verib hey işləmiş, çalışmısanmış!
Bağışla məni ATA! Bağışla məni, hələ indi anlayır, indi başa düşürəm.
Yuxusuz keçirdiyin gecələrin hər dəqiqəsinə saniyələr qədər qurban olum ATA!
Qarşına qoyub məsləhətlər verirdin.
- Oğlum bu yol sənin üçün daha uğurlu olar - deyirdin!
Mənsə, mənsə üzümü digər yana tutub – Əşşi sən nə tanıyırsan filankəsi, behmankəsi? Mən bilirəm bu yolun işıq gələn tərəfini də, səs gələnini də!
Bağışla ATA! Indi anlayıram ki, mənim qanmaz-qanmaz düşünərək məcburi davranış adı verdiyim, sənin bu gül ətri gələn məsləhətlərin olmasaydı indi uçurum kənarnda olardım mən!
Verdiyin məsləhətlərin hər kəliməsinə həriflərin sayı qədər qurban olum ATA!
Sən olmasaydın bu dəqiqə sənin qarşında məğrur şəkildə dura bilməzdim!
Zəhmətinin hər anına qurbanam ATA!
Saçların, saçların mənim yolumda ağardı! Üzündəki cizgilər mənim cəfamla çoxaldı!
Hər telinə saçlarının sayı qədər qurbanam ATA!
Bağışlayarsanmı məni?! İndi boynuna sarılsam, qarşında diz çöksəm, ağlayıb yalvarsam, bağışlayarsanmı ATA?! Səni incitdiyim günləri, sənə qarşı səhv düşündüklərimi, dediklərinin gizlicə əksini etdiklərimi bağışalayarsanmı ATA?!
Bilirəm... Bilirəm ki, bağışlayarsan.. Sənin qəlbin, sənin hisslərin buna malikdir!
Birdən... Birdən Bağışlamasan?!.. Aman Allahım!! Bu yükün altından necə çıxaram, bu vicdanı necə yuyub təmizləyərəm ATA!
Hər zaman deyirdin atalar bağışlamağa malikdir! Bağışlayacağından əminəm ATA!
Bağışla məni ATA! Qocalma! Yalvarıram sənə, qocalma ATA! Qocalma!


Geri dön

_RONALDO_

  • 19 mart 2011 11:21
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
twk muellife ve xebere

--------------------

Ulya

  • 7 noyabr 2010 00:49
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

Kisa_Kiss

  • 6 noyabr 2010 13:45
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
спасибо

--------------------

sevgi yalandir

  • 6 noyabr 2010 12:52
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
SERH YAZAN HER KESE TWK

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Yusif

  • 6 noyabr 2010 11:14
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
TeWWekkurLer

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}