Qadının ərinə sədaqəti

 
Qadının ərinə sədaqəti

Yarımçıq qalmış portret haqqında mahnı (Qadının ərinə sədaqəti...1)

Qoca professor Elmarın gözlərini müayinə edəndən sonra başını qaldırıb, həyacanla gözlərini ona zilləmiş Güllərə baxdı və qaşqabaqlı halda kabinetdən çıxdı.Professor öz otağında kreslosuna əyləşib, dərindən nəfəs aldı.Güllərin həyəcanı nə qədər qüvvətli olsa da, nəsə soruşmağa cəsarət etmirdi.Həkim onun baxışlarındakı sualı anlayıb, sözə başladı:-Neçə yaşınız var?-soruşdu.Güllər qorxu və təlaşla:-19-dedi.Qoca həkim acı-acı gülümsədi:-Ərinizin sizdən başqa kimi var?-sual etdi.Güllər başını buladı:-Heç kəsi.

Həkim Güllərin üzünə baxmadan , qəzəbli və boğuq səslə:-Təbabət ərinizin gözlərini müalicə etməkdə acizdir,-dedi.Güllər ayaq üstə dayana bilmək üçün stuldan yapışdı.Sifəti ağappaq ağardı.Güllər öz-özüylə danışırmış kimi, təkrar sakitcə etdi:-Necə yəni acizdir?...

-Bəli, acizdir-həkim qətiyyətlə təkrar etdi.Güllər göz yaşlarını silərək, ərinin olduğu otağın qapısını açdı.Ərinin hərəkətsiz gözlərinə baxaraq:-Gedək, Elmar,-dedi.Yol boyu Elmar həkimin nə dediyi haqqda heç nə soruşmadı.Güllər dilləndi:həkim dedi ki, fikir eləməsə sağalacaq.(gözləri açılacaq deməyə cəsarət etmədi).Elmar sabah konservatoriyada dərsi olub-olmadığını soruşdu.Güllər:-Var, amma getməyəcəyəm,-dedi.Elmar həyat yoldaşının etibarına nə qədər inansa da bu cavabı "minnətqoyma" kimi qəbul etdi.Elmar:-Dərsi buraxmağın nə mənası var, Güllər?-dedi.Güllər incimiş və həyəcanlı səslə:-Niyə belə deyirsən, Elmar!Sənin üçün mənası olmasa da mənim üçün var, hər kəsə öz istədiyi əziz deyimi?Bir də ki, sən əvvəllər mənə belə sözlər deməzdin...İndi nə üçün....
Göz yaşları cümləsini tamamlamağa qoymadıElmar mülayim səslə:-Niyə inciyirsən Güllər?Bir saat bundan əvvələ qədər mənim üçün ümid qığılcımı vardısa, bu axşamdan o da söndü.Elə bilirsən ki, həkimin dediyi mənə məlum deyil?Boş ümidlərlə özümüzü nə üçün aldadaq?

Güllər bir an ayaq saxlayıb, ərinə qısıldı və vahimə ilə :-Elmar, niyə belə sözlər danışırsan?Axı, mən...axı, mən sənin yanındayam!

Qeyd: Hekayə 3 hissədən ibarətdir.

...Ardı var...


Geri dön

enigmatic_girl

  • 1 aprel 2012 22:44
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
superdi ardini mutleq gozleyirem)))

--------------------

✰Dгeaм✰

  • 31 mart 2012 18:51
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesekkurler.

Priya

  • 31 mart 2012 18:46
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Əziz oxucular! Şərhlərinizi gözləyirəm.

Əziz oxucular, şərhlərinizi gözləyirəm.

--------------------




C.I

  • 31 mart 2012 18:16
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
oxudum coxxxxx maraqliydi twk edirem............

--------------------

Angel-11

  • 31 mart 2012 18:06
  • Məqalə: 0
  • Şərh: 687
  • Bal:
{awards}
oxudum coooox qewengdi

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}