Qadının ərinə sədaqəti-2

 
Qadının ərinə sədaqəti-2

Yarımçıq qalmış portret haqqında mahnı (Qadının ərinə olan sədaqəti...2)

Elmar dinmədi və onlar evə qədər sükut içində getdilər.Yolda rast gəldikləri adamlar taleyin qıydığı bu gözəl gənclərə təəssüflə baxmadan keçmirdilər.
Mənzilləri 4 otaq və bir mətbəxdən ibarət idi.Evin qərb tərəfində kiçik bir bağça vardı.Otaqların ikisinin pəncərəsi bu bağçaya baxırdı.Bunlardan biri Elmarın iş otağı idi, digərində isə, Güllərin pianosu qoyulmuşdu.Vaxt var idi ki, o bu otaqda sevgi nəğmələri bəstələyər, gənc rəssam Elmar isə yorulmadan işləyərdi.Güllər pəncərəyə doğru addım atıb dayandı, öz-özünə pıçıldadı:-Dorudanmı, onun gözlərinə çökmüş qaranlığın sonu yoxdur?Doğrudanmı, hər şey bitmişdi?
Çevrilib Elmarın otağına getdi.Ağ parça üzərində rəsm edilən gənc qadın ona baxaraq gülümsəyirdi.Bu, onun öz rəsmi idi.Lakin portret tamamlanmamış, Elmarın müharibəyə getməsi ilə yarımçıq qalmışdı.

Elmar əllərini başının altında çarpazlayaraq divanda uzanmışdı.Nəsə ciddi bir şey haqqda düşünürdü.Güllər gəlib, Elmarın sinəsinə qısıldı.Üzünü ərinin yumşaq saçları arasında gizlətdi.Elmarın üzündəki tutqunluq mehribanlıqla əvəz olundu.

Güllər nə düşünürdü?Kor olmuş ərinin varlığına hansı hisslər hakim idi? Bunu demək çətin idi.Elmar başını Güllərə azca çevirib:-İndi isə, mən sənin işinə mane olmamaq üçün korlar evinə gedəcəyəm, bəlkə orda görə biləcəyim bir iş də tapdım.Sən də gözəl mahnılar yaz.Mən radioda qulaq asacağam...
Həkimin sözündən sonra bu, Güllərin ürəyinə endirilən ikinci zərbə idi.O, bir an özünü Elmardan həmişəlik ayrılmış hiss etdi.Vücudunu elə soyuq, elə ümidsiz tənhalıq hissi sardı ki, dəhşətlə titrəyib ayağa qalxdı və Elmara yaxınlaşıb, ərinin əlini öz balaca əlləri arasında bərk-bərk sıxaraq:-Bu mümkün deyil, Elmar!-dedi
Güllər bütün gücünü sərf edərək, ərinin könlünü ovutmağa çalışırdı.Hər axşam birlikdə gəzməyə çıxırlar.Ərini hər zamankından daha gözəl geyindirir, ona təzə qalustuklar alır, onun dərdini unutdurmaq üçün yeni vasitələr düşünürdü.O, ərinin gözlərində sönmüş işığı öz qayğısı ilə onun qəlbində yandırmaq istəyirdi.
O, Gülləri sevmişdi, həm də çox sevmişdi.Müharibələrin ən qızğın zamanında qəlbinə qüvvət vermişdi bu sevgi ona.Lakin, indi bu sevgi, bu məhəbbət ona əzab verirdi.

...Ardı var...


Geri dön

enigmatic_girl

  • 1 aprel 2012 23:22
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
cox tesekkur canim beyendim)))

--------------------

ANGEL LOVE

  • 1 aprel 2012 12:00
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twk oxudum..................

--------------------

AySeLLiM

  • 1 aprel 2012 03:51
  • Məqalə: 0
  • Şərh: 387
  • Bal:
{awards}
EVVELINI BILMIREM DEYE ARDINI OXUMAGA SEBRIM CATMADI COX UZR ISTEYIREM AMMA YENEDE XEBERE GORE TESEKKURLER

--------------------
Nə qədər bilirsən bil,söylədiklərin qarşındakının anladığı qədərdir".

Priya

  • 31 mart 2012 22:16
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Şərhləriniz için təşəkkürlər.Ardı inşaallah gələcək.

--------------------




EnD of TiMe

  • 31 mart 2012 22:03
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
To Be Continued wink ..tesekkurler xebere gore

Sensiz_Yarim

  • 31 mart 2012 21:23
  • Məqalə: 1
  • Şərh: 13
  • Bal:
{awards}
Ardini yazin zehmet olmasa gozdurem bully bully bully love

✰Dгeaм✰

  • 31 mart 2012 21:09
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Tesekkurler.Ardini gozleyirem.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 48

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}