"Qurani Kərim bəzək əşyası deyil"

 
"Qurani Kərim bəzək əşyası deyil"

Ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlunun Qurani Kərimlə bağlı açıqlamasına sərt reaksiya verən R.TƏrdoğan deyib: "Dünən Türkiyə Böyük Millət Məclisində yeni bir tarixə imza atıldı, 28 fevralın ən əhəmiyyətli izi millətin azad iradəsi ilə ortadan qaldırılıb. TBMM iclasında faşist təzyiqi deyil, təhdid deyil, millətin iradəsi, demokratiya qalib gəldi və millətin suverenliyi bir daha qazandı. Ana müxalifət partiyası aylardır bu layihəyə qarşı çıxırdı. Niyə qarşı çıxırlar izah edə bilmirlər. "İmam hatib" məktəblərini bağlamağı, Quran kurslarını bağlamağı yaxşı bilirlər. Ancaq hicab geyindiyi üçün məktəb qapısından geri gönən qızın əzablarını bilmirlər, uşaqlarını istədiyi kursa göndərə bilməyən bir ananın, atanın ürək ağrısını bilmirlər.

Kılıçdaroğlu "Quran-i Kərim müqəddəs kitabımızdır, hamımızın baş tacıdır, onu evimizin gözəl yerlərinə asırıq" deyir. Quran bir bəzək əşyası deyil. Quran bir ilham qaynağıdır. Onların Quran anlayışı budur. Onlar bu kitabın oxunmasından, oxudulmasından və başa düşülməsindən qorxurlar. Onlar Quranın evin divarlarından asılan bəzək əşyası olaraq görmək istəyirlər. Biz ana, ataların önünə variantlar qoyuruq hara istəyirsən ora göndər".

Onun sözlərinə görə, Qurani Kərimin orta məktəblərdə və liseydə icbari olmaması şərti ilə tədris edilməsi ilə bağlı təklif verilməsindən CHP çox narahatdır. Bundan niyə o qədər narahat olursunuz? İcbari deyil. Kamal əfəndi, sənin nəvəni oraya göndərmək ehtiyacın yoxdur, istəyinə bağlıdır. İstəsən göndərirsən, istəməsən göndərməzsən rahat ol. Bütün ətrafındakılar da rahat olsunlar
".


Geri dön

Online

İstifadəçilər: 2
Qonaqlar: 25
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}