Tək bir həyatınız var

 
Tək bir həyatınız var

Dərdsiz bir həyatmı?
Yoxsa talehsiz hadisələr qarşısında mənəvi gücümüzü qorumaqmı?
Xəyallar qurub xoşbəxtliyi tapacağımız günü gözləməkmi?
Yoxsa kiçik şeylərdən gözəlliklər süzməkmi?
Həyatı davamlı sorğulamaqmı?
Yoxsa olduğu kimi qəbul etməkmi?
Bütün həsrətlərə qovuşmaqmı?
Darıxmanın içindəki gizli xoşbəxtliyi kəşf edə bilməkmi?
Hər dilədiyimizə sahib olmaqmı?
Yoxsa sahib olduqlarımızla kifayətlənməkmi?
İnsan niyə xoşbəxt ola bilməz ...
Çox vaxt bir əl uzatmaq qədər yaxınkən
Saysız nemətlərə sahibkən
Bir yerdə səhv etmirikmi?
Çoxmu gələcək qayğısı daşıyırıq
Görəsən çox şey istədiyimiz üçünmü bizdən uzaqlaşır
Niyə "təşəkkür edirəm, bu mənim üçün kafi" deyə bilmirik
Başqalarında olmayıb bizdə var olan şeyləri düşünmürük
Və əlimizdən itkin getmədən qiymətini bilmirik
Əgər bədbəxt isək bizim heçmi günahımız yoxdur?

Tək bir həyatınız var

Bir varmış, bir yoxmuş kimi yaşanan həyatda
Heç bir yerə sığmırıq, həmişə axtarış içindəyik, dayanıb nəfəs almırıq
Ən böyük uduzmalarımızı ehtiraslarımıza, arzularımıza qarşı yaşayırıq
Yəni bu həyatda
Sevincdən ürəyimizin daşdığı günlər də olacaq
Tərifsiz çətinliklərimiz də…
Təbəssüm də olacaq, gözyaşı da…
Onsuz da davamlı bir xoşbəxtlik səncə də çox qəribə deyilmi ?
Həyatın sətir aralarında hüznlər paylaşılmasa xoşbəxtliyi necə kəşf edəcəyik

Tək bir həyatınız var

Hansı şərtlərdə və necə bir həyat sürərsək sürək
Önümüzdə həmişə iki variant olacaq
Yaxşıya yorma - pisə yorma, yıxılıb qalmaq - ayaqda dayanmaq, kədərlənmək - dərs çıxarmaq, üsyan etmək - səbr edib dua etmək,
Seçimimizi bizi xoşbəxt edəcək yaxşıdab yana istifadə edə bilməzikmi?
Oturub gözləmək, asançılığa qaçmaq insanlardan və yaradıcıdan əvəzsiz xoşbəxtliklər gözləmək xəyalçılıq deyilmi?
Xoşbəxtlik əməyin mükafatıdır.
Bəziləri bu mükafata asan çatar bəziləri çətin…
Əgər sənin də payına çətin olan düşmüşsə kədərlənmə!
Əvəzi artığıyla ödənmiş xoşbəxtliklərin dadı bir başqa olmazmı ?

Tək bir həyatınız var

Həyatın asan olmadığını,
Bəzilərinə ögey övlad rəftarı etdiyini bilirəm
Xəzanda ümid yaşıllaşdırmanın çətinliyini də bilirəm
Amma nə edəcəksən
Mən oynamıram deyə kənara çəkilə bilməzsən ki
Çəkilsən belə həyat sənin bu qərarından heç təsirlənməz
Bu həyat sənindir! Sahiblənməkdən başqa şansın yoxdur!

Tək bir həyatınız var

Böyük ömrü, xoşbəxtliyi axtararaq keçirdin
"Ey xoşbəxtlik haradasan" deyə illərcə giley etdin
Və köhnəldin artıq
Heç olmasa qalan ömrü ziyan etmə
Xoşbəxtlik itkin bir mal deyil
O, nə göydə nə də yerdə
İçində, baxışında, şərhin də
Nə zamanki
İstəklərini məqbul səviyyədə tutub doyumsuzluğa nöqtə qoysan
Bir az səy göstərib əmək versən
Verdiyi nemətlər üçün Yaradıcıya təşəkkür etsən
Həlli çətin hadisələr, əziyyətlər, xəstəliklər qarşısında
Səbr edib ümidi qoruyaraq dua etsən
Xoşbəxtliyi taparsan demirəm
Bu elə xoşbəxtsən deməkdir .

Tək bir həyatınız var

Çox vaxt buğulu bir şüşənin gerisində
Xoşbəxtliyi tapacağımı düşündüyüm
Çox uzaqlara getməyi mən də arzulayıram.
Belə bir yerin olmadığını bilə-bilə…
İqlimləri xoşbəxtliyə dayanan bir şəhər yoxdur!
Bu sevdadan imtina et!
Həyatın içinə dön!
Xoşbəxtlik həyatın hər anında və hər şərtində var
Yetər ki gör və yetər ki istə

Tək bir həyatınız var

Hər kəsin arzuladığı və getməyi arzuladığı
Mütləq xoşbəxtliyin olacağı
Əlbəttə ki bir yer var
"CƏNNƏT"
Səbrli ol
Heybənə bir şeylər əlavə etməyə bax!
Ora da çox uzaq deyil bizə !

Tək bir həyatınız var

P.S Hər birinizə gözəl və anlamlı həyat arzu edirəm =)


Geri dön

Deniz

  • 4 aprel 2012 16:23
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
♥Princess♥,
Deymez canim, beyendinse cox sevindim.... winked

enigmatic_girl

  • 1 aprel 2012 23:51
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler cox beyendim)))

--------------------

gun gun gunew

  • 1 aprel 2012 17:00
  • Məqalə: 10
  • Şərh: 334
  • Bal:
{awards}
cox xowma geldi maraqli idi.

Dodaqdan Qəlbə

  • 1 aprel 2012 14:20
  • Məqalə: 6
  • Şərh: 291
  • Bal:
{awards}
Çox uzaqlara getməyi mən də arzulayıram.
Belə bir yerin olmadığını bilə-bilə…

--------------------
♥ღHər ürəyin sevgisi fərqlidir, mənimkidə mənə görə gözəl və qiymətli..♥ღ

EnD of TiMe

  • 1 aprel 2012 14:06
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Cox xosuma geldi...demek olar hamsini oxudum..tesekkurler

C.I

  • 1 aprel 2012 10:53
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
P.S Hər birinizə gözəl və anlamlı həyat arzu edirəm =)



twk edirem coxxxxxxxxxx beyendim superrrrrrrrrr

--------------------

ANGEL LOVE

  • 1 aprel 2012 10:44
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk xebere gore............

--------------------

✰Dгeaм✰

  • 1 aprel 2012 10:35
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqlidi.Ellerine sagliq.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 30
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}