ABT Sportsline alman emalatxanasından Audi QS3

 
ABT Sportsline alman emalatxanasından Audi QS3

Yeni Audi Q3 krossoveri işıq üzü gördüyü andan cansıxıcı maşın kimi tanınıb və müxtəlif test-drayv və baxışlarda bu dəfələrlə qeyd edilib. ABT Sportsline emalatxanasının ustaları bu vəziyyəti dəyişdirməyi təklif edirlər. Alman mütəxəssislərin satış sonrası yeni kompleks tüninq dəsti avtomobilin hərəkət xüsusiyyətlərini yaxşılaşdırmağa kömək edəcək, mühərrikin səmərəliliyini artıracaq və həmçinin gövdənin və salonun dizaynını yeniləyəcək. Artıq indidən tüninqi sifariş etmək mümkündür.

ABT Sportsline alman emalatxanasından Audi QS3

Hər şey krossoverə nəinki daha idmançı görkəm verən, həm də onun aerodinamik göstəricilərini də yaxşılaşdıran yeni gövdə detallarından başlıayır. Burun hissədə iri hava çəpərləri və aşağı splitterli yenidən işlənmiş qabaq bamper yerləşdirilib. Zavod barmaqlığı şaquli çubuqlar və üzərində ABT rəmzi olan yenisi ilə əvəz edilib.Yanlara ətəklər, yük yeri qapısı üstündəki şüşəyə spoyler bərkidilib. Arxa bamperə heykəltaraşlıq elementi formasında yeni taxmanın hər iki başında bir cüt qoşa dairəvi qaz xaricetmə borusu inteqrasiya edilib. Yolla təmas məsafəsinin azalmasına səbəb olmuş qısaldılmış yaylar və 18-21 düym ölçülü çox milli disklər daha çox idmançı görünüşünə nail olmağa kömək edəcək. Gövdənin, disklərin və əyləc supportlarının rənglənməsi üçün müxtəlif boya və çalarlar, o cümlədən eksklüziv kombinasiyalar təklif edilir.

ABT Sportsline alman emalatxanasından Audi QS3

Daxili tüninq dəstinə dekorativ karbon aksessuarlar, alüminium pedallar, qapı kandarları və ABT Sportsline döşəmə xalçaları daxildir. Bunlardan başqa müştəriyə salonu dəri və ya alkantara ilə üzləmək və həmçinin cihazlar lövhəsini təzələmək də təklif edilir.

Daha yaddaqalan dinamikliyə nail olmağa mühərrik üçün işlənmiş tamamlama proqramı imkan verəcək. 2,0 litrli turbodizelin verimini mühəndislər 177 -dən 205 a.g. -dək artıra biliblər, hansı ki, 2,0 litrli TFSI benzin turbo mühərriki mühəndislərin işə qarışmasından sonra gücünü 211-dən 270 a.g. -dək artırıb.
Həmişə olduğu kimi tüninqin bütün detallarını həm ayrı, həm də birlikdə sifariş etmək olar. Qiymətlər hələ açıqlanmayıb.


Geri dön

LoVe_LiFe

  • 21 aprel 2012 15:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
ela masindi twkler xebere gore

EnD of TiMe

  • 1 aprel 2012 14:01
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Audi nin bir modeli xosuma gelib..tesekkurler

gun gun gunew

  • 1 aprel 2012 13:07
  • Məqalə: 10
  • Şərh: 323
  • Bal:
{awards}
beyendim cox gozeldi winked

Nako92

  • 1 aprel 2012 11:08
  • Məqalə: 12
  • Şərh: 343
  • Bal:
{awards}
bundan biri alan olsaydi eeeeeh

--------------------

C.I

  • 1 aprel 2012 10:58
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
superrrrrrrrrr masindi ...............twk edirem dosi.......

--------------------

ANGEL LOVE

  • 1 aprel 2012 10:46
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twk....................

--------------------

✰Dгeaм✰

  • 1 aprel 2012 10:33
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Cox full masindi.Ellerine sagliq.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 81

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 44
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 115
 
MiSS HaPPy)
Xəbərləri: 22
Cəmi: 31
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 424
 
ஐ Payiz ஐ
Xəbərləri: 12
Cəmi: 13
 
AyliN BunyaminovA
Xəbərləri: 11
Cəmi: 402
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
Arzu_zadeh
Xəbərləri: 6
Cəmi: 135
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}