Niyə Özünü Aldadırsan?: 6. Səmimi insanlar şeytana itaət etməzlər

 
Niyə Özünü Aldadırsan?: 6. Səmimi insanlar şeytana itaət etməzlər

İnsanların böyük əksəriyyəti şeytanın əsl xüsusiyyətlərini tanımır, onu ətrafdan eşitdikləri və ya filmlərdə gördükləri kimi, "xəyali varlıq" olaraq canlandırırlar. Buna görə, bəzi insanlar şeytanın müstəqil gücə sahib olduğunu düşünürlər. (Allahı tənzih edirik). Bəzi insanlar da şeytanın varlığına şübhə ilə yanaşaraq ona əhəmiyyət vermirlər. Varlığına ehtimal versələr belə, şeytanın üzərlərində hər hansı bir təsirinin ola biləcəyini heç düşünmürlər. Bunların hər ikisi də heç bir dəlilə əsaslanmayan, əksinə, yalnız guman edilən yanlış inanclardır. Hər mövzuda olduğu kimi bu mövzuda da ən doğru və etibarlı məlumatı Allahın haqq kitabından öyrənə bilərik.

Quranda bildirildiyinə görə, şeytan sanıldığı kimi müstəqil gücə sahib deyil. Allahın yaratdığı və Onun nəzarətində olan varlıqdır. Dünyada etdiyi bütün fəaliyyətlər ancaq Allahın izni ilə reallaşır. Şeytan Allahın hüzurundan qovulduqdan sonra Allahdan qiyamətə qədər möhlət istəmişdir. Şeytanın Allahın hüzurundan qovulması və aldığı bu möhlət ayələrdə belə bildirilir:


Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!”-dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. (Allah İblisə) “Mən sənə əmr edəndə sənə nə mane oldu?”-deyə buyurdu. (İblis) “Mən ondan daha yaxşıyam, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!”-dedi. (Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə təkəbbür göstərmək yaramaz. Çıx, çünki sən alçaqlardansan!” (İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!” (İblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam!” Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!” (Allah) buyurdu: “Oradan rüsvay olmuş və kənar edilmiş halda çıx. Onlardan hər kim sənə uysa (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!”. (“Əraf” surəsi, 11-18)

Şeytan Allahın hüzurundan qovulduqdan sonra insanları da özü kimi azdıracağına and içmiş və hiyləgər fəaliyyətlərinə başlamışdır. Allah şeytanın bu fəaliyyətlərini Özünə iman və qulluq edənlərlə etməyənləri ayırd etmək üçün imtahan səbəbi etmişdir. Buna görə, şeytanın hiyləgər oyunları, tələləri və planları dünyada yaşayan, yəni imtahanı davam edən bütün insanlara aiddir. Şeytan istisnasız bir-bir hər kəsi aldatmaqla məşğuldur. Buna görə, heç kim şeytanın təsirini özündən uzaq görməməlidir. Əgər insan bu təhlükənin şüurunda olsa, diqqətli davranar və şeytanın ən kiçik hiyləsini belə anlayar. Amma əgər özündən uzaq görsə, asanlıqla şeytanın təsiri altına düşə bilər. Bu səbəbdən, şeytan Allahın səmimi qullarına təsir edə bilməz, çünki onlar şeytanın doğru yoldan azdırmağa çalışacağını heç bir zaman unutmaz və hər zaman onun təsirinə qarşı təmkinli davranarlar.

Şeytanın yanlış təlqini hər an özünü göstərə bilər. İnsan gündəlik həyatında qarşılaşdığı hər hadisədə səhv edə bilər. Əgər səmimi imana sahib deyilsə, bu təsir onun bütün həyatını əhatə edər ki, bunun nəticəsində insanı cəhənnəmə qədər aparar. Şeytanın hədəfi də budur. Şeytan insanların Allaha qarşı üsyan etmələrini və bunun nəticəsində sonsuza qədər əzab içində qalmalarını istəyir. Cəhənnəmə girənə qədər onlardan əl çəkməz. Bütün hiylələrinin, insanları davamlı olaraq müşahidə etməsinin, fürsət gözləməsinin məqsədi insanları da özü ilə birlikdə cəhənnəmə aparmaqdır. Allah bir ayəsində şeytanın bu düşmənçiliyinə qarşı insanları xəbərdar etmişdir:


Həqiqətən, Şeytan sizin düşməninizdir, onu düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır. (“Fatir” surəsi, 6)


Şübhəsiz, Allah bu ayəsi ilə böyük təhlükəyə diqqət çəkmişdir. Şeytan insanlığın başlanğıcından bu yana Allaha iman etməyən saysız-hesabsız insan üzərində bu hədəfinə çatmışdır. Bu vəziyyətə ayələrdə diqqət çəkilmişdir:


İblisin onlar haqqındakı zənni düz çıxdı. (İçərilərindən) bir dəstə mömin istisna olmaqla, hamısı ona uydu. Əslində (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inanla ona şəkk edəni ayırd edib bilmək üçün (ona bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir! (“Səba” surəsi, 20-21)

Amma qeyd etmək lazımdır ki, Allah Quranda şeytanın hiyləsinin zəif olduğunu da bildirmişdir. (“Nisa” surəsi, 76). Yuxarıdakı ayədə də göründüyü kimi, şeytanın insanları məcbur etməsi mümkün deyil, onun buna gücü də çatmaz. Şeytan insanları yalnız çağırar və Allaha səmimi olaraq iman etməyən, axirəti inkar edən insanlar bu çağırışa tabe olub özlərini zərərə apararlar. Axirətdə şeytanın etirafı bir ayədə belə bildirilir:


İş bitdikdə şeytan belə deyəcək: "Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənin dadıma. Mən öncə sizin məni şərik qoşmağınızı da inkar etmişdim. Həqiqətən, zalimləri şiddətli bir əzab gözləyir!" (“İbrahim” surəsi, 22)

Şeytanın hiyləsi zəifdirsə, verdiyi mənfi təlqinlərin təsirindən xilas olmaq da çox asandır. Allah insanlara bu təsirdən uzaqlaşmanın yollarını da ayələri ilə belə bildirir:


Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal görən olarlar. (“Əraf” surəsi, 200-201)

Bu ayələrdən də göründüyü kimi, şeytanın iman etmiş insanlar üzərində təsiri mümkün deyil. Şeytanın mənfi təsirindən uzaqlaşmanın yolu da əvvəlcə sonsuz qüdrət sahibi olan Allaha sığınmaq və Allahın ayələri üzərində düşünməkdir. Qəflətə qapılmadan zehin açıqlığı ilə düşünən və həqiqətləri görə bilən insan şeytanın özünü aldatmasına qarşı çox dərəcə diqqətli olar və onun tələsinə düşməz, imanı, qətiyyəti və Allaha olan sədaqəti ilə şeytanın tələsini pozar.

Amma insanların əksəriyyəti özləri üçün belə bir təhlükənin olduğunu düşünməz, buna görə şeytanın təlqinlərinə qarşı Allaha sığınmazlar. Şeytan qəflət içindəki bu insanlara hiyləgərcə yaxınlaşar və öz təlqinlərini pıçıldayar. Bəzi insanların həqiqətləri bilə-bilə özlərini aldatmalarının səbəblərindən biri də şeytanın bu təlqinlərinə və vəsvəsələrinə qulaq asmaları, ona tabe olmalarıdır.


Belə bir sual meydana çıxır: Şeytan ağıllı kimi görünən o qədər insanı bu dərəcədə ağılsız hərəkətləri etməyə necə məcbur edə bilər? Hansı yollardan istifadə edib özlərini aldatmalarına və sonu cəhənnəmlə bitən bir yola düşmələrinə səbəb ola bilər?

Növbəti səhifələrdə şeytanın təlqininə qapılıb özlərini aldadan bəzi insanların vəziyyətləri, bəhanələri, özlərini aldatma səbəbləri və bu insanların düşdükləri ibrətverici vəziyyət izah ediləcək. Şeytanın bu insanları hansı yollarla aldatdığına və əzaba sürüklədiyinə diqqət çəkiləcək və səmimi insanların bu hiyləgər metodlara qarşı təmkinli olmaları xatırladılacaq.


Geri dön

Nuray2012

  • 22 aprel 2012 11:26
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Allah razi olsun

--------------------

Priya

  • 1 aprel 2012 22:50
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Təşəkkürlər.Allah razı olsun.

--------------------




LoVe_LiFe

  • 1 aprel 2012 19:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
allah razi olsun. cox maraqli xeberdi heqiqetende. beyendim coxxx twkler

EnD of TiMe

  • 1 aprel 2012 18:28
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
mene cox maraqli geldi...bir az bilirdim..ama tam bilmeyim cox yaxsi oldu..tesekkurler xebere gore

Ku-ku

  • 1 aprel 2012 18:20
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Şeytanın yanlış təlqini hər an özünü göstərə bilər. İnsan gündəlik həyatında qarşılaşdığı hər hadisədə səhv edə bilər. Əgər səmimi imana sahib deyilsə, bu təsir onun bütün həyatını əhatə edər ki, bunun nəticəsində insanı cəhənnəmə qədər aparar. Şeytanın hədəfi də budur. Şeytan insanların Allaha qarşı üsyan etmələrini və bunun nəticəsində sonsuza qədər əzab içində qalmalarını istəyir. Cəhənnəmə girənə qədər onlardan əl çəkməz. Bütün hiylələrinin, insanları davamlı olaraq müşahidə etməsinin, fürsət gözləməsinin məqsədi insanları da özü ilə birlikdə cəhənnəmə aparmaqdır. Allah bir ayəsində şeytanın bu düşmənçiliyinə qarşı insanları xəbərdar etmişdir:

--------------------

Leyla M_va

  • 1 aprel 2012 18:06
  • Məqalə: 1
  • Şərh: 325
  • Bal:
{awards}
suppppppppperrrrrrrrrrrrrrdiiiiiiiiiiiiii wink

--------------------
Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.

✰GoLd GirL✰

  • 1 aprel 2012 17:50
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkurler deyerli xeber idi.

★Adriana★

  • 1 aprel 2012 17:22
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

C.I

  • 1 aprel 2012 16:41
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah razi olsun..............

--------------------

nar_18

  • 1 aprel 2012 16:40
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
Allah razi olsun deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Victorious

  • 1 aprel 2012 16:28
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Sebrim catmadi oxumaga.eziyete gore tesekkur

--------------------

✰Dгeaм✰

  • 1 aprel 2012 16:28
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 40

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}