Hidayət olmaq istəyən nə etsin? (İkinci Hissə)

 
Hidayət olmaq istəyən nə etsin? (İkinci Hissə)

Hidayət olmaq istəyən nə etsin? (İkinci Hissə)

Peyğəmbər (s.a.v.v.) tərəfindən ümmətinin nicat tapıb qurtulan dəstəsi təyin edilmişdir. Peyğəmbərimiz (s.a.v.v.) kimi dahi bir insan 23 il müddətində insanları Allah yoluna səsləmişdi, özündən sonra ümmətinin taleyinin nə cür olacağı barədə laqeyd qala bilməzdi. Ona görə də dəfələrlə müsəlmanlara vəsiyyət etmişdir ki, ümməti ondan sonra azğınlığa düçar olmasınlar. Mümkün ola bilməz ki, Peyğəmbər (s.a.v.v.) özündən sonra baş verəcək hərc-mərclikdən və qarışılıqdan - hər cür anarxiyadan xəbərdar olsun, amma ümmətini öz başına buraxıb dünyadan köçsün. Quranda deyilir: “Artıq sizin içinizdən bir Peyğəmbər gəldi ki, sizin məşəqqətə düşməyiniz onun üçün ağırdır. Sizin hidayət olmağınız üçün çox hərisdir, möminlərə şəfqətli və mehribandır”
(Tövbə, ayə 128 ).

Buna əsasən , Peyğəmbər (s.a.v.v.) özü nicat tapan dəstənin məhz hansı dəstə olması haqqında olan həqiqəti öz ümmətinə bildirmiş və onların nələri əldə rəhbər tutacaqları barədə göstəriş vermişdir. Peyğəmbər (s.a.v.v.) özü buyurmuşdur: “Mən sizin aranızda 2 ağır əmanət qoyub gedirəm: Allahın kitabı olan Quranı və itrətim olan Ev-əhlimi (Əhli-beytimi ). Nə qədər ki, siz bu ikisindən yapışıb onları əlinizdə rəhbər tutacaqsınızsa heç vaxt məndən sonra azğınlığa düşməyəcəksiniz. Bu ikisi heç vaxt bir-birindən ayrılmazlar. Sonda “Kövsər hovuzunun” kənarında mənə qovuşacaqlar (mənə tərəf qaytarılacaqlar).

1) Müslim “Səhih” c. 7, səh.122, hədis 2408-2409
2) Tirmizi “Sünən” c. 2, səh. 307
3) Darəmi “Sünən” c. 2, səh. 432
4) Müttəqi Hindi “Kənzul –ummal” c. 1, səh. 44
5) Əhməd ibni Hənbəl “Müsnəd” c. 3, səh. 14, 17, 26, 59; c. 4, səh. 59, 366, 371; c. 5, səh. 182, 189
6) Nəsai “Əl-Xəsais” səh. 20
7) Hakim “Müstərəkus-səhiheyn” c. 3, səh. 109, 148


Baxaq görək bu hədis bizə nəyi açıqlayır:

Brincisi : Bu hədis bizə deyir ki, gərək Quranın və Peyğəmbərin (s.a.v.v.) sevimli Əhli-beytinin (ə.) arxasınca gedəsən və onlardan möhkəm yapışasan və onları heç vaxt bir-birindən ayırmayasan.

İkincisi : Bu hədis bizə deyir ki, xilas olmaq ancaq və ancaq Quran və Peyğəmbərimizin (s.a.v.v.) sevimli Əhli-beyti (ə) vasitəsilədir.

Üçüncüsü : Bu hədis bizə deyir ki , Peyğəmbərin (s.a.v.v.) Əhli-beyti (ə.) qüsursuz, nöqsansızdır və hər bir işdə onların dediklərini əsas götürməliyik. Çünki peyğəmbər (s.a.v.v.) öz Əhli-beytini (ə) Quranla tutuşdurub müqayisə edir. Quran isə özü barədə deyir: “Nə qabaqdan (öndən), nə də ki arxadan batil (yalan, qüsur) ona yol tapa bilməz. O hikmət sahibi və həmd edilməyə layiq olan Allah tərəfindən nazil edilmişdir”( Fussilət surəsi, ayə 42).

Dördüncüsü : Bu hədis bizə deyir ki , Peyğəmbərimizin (s.a.v.v.) sevimli Əhli-beyti (ə) insanların ən biliklisi və iş bacaranıdır, çünki Peyğəmbər (s.a.v.v.) onların adını Quranla yanaşı çəkir və onları bir-birilə müqayisə edir. Eyni zamanda Quran da elə bir kitabdır ki, əvvəlin və axırın elmi həmin bu müqəddəs kitabda cəm olmuşdur.

Beşincisi : Bu hədis bizə deyir ki, Quran və Peyğəmbərimizin (s.a.v.v.) sevimli Əhli-beyti (ə) Allahla insanlar arasında olan bir vasitəçidir və bu vasitəçilik Qiyamət gününə qədər davam edəcəkdir. Necə ki hədis özü belə deyir: “bu ikisi heç vaxt bir-birindən ayrılmazlar, sonda “Kövsər hovuzunun” kənarında mənə qovuşacaqlar ”.

Altıncısı : Bu hədis bizə deyir ki, əgər Peyğəmbərimizin (s.a.v.v.) Əhli-beyti (ə) hər bir nöqsandan qüsursuzdurlarsa və hər kəsdən də biliklidirlərsə, onda Peyğəmbərdən (s.a.v.v.) sonra müsəlmanların rəhbərliyinə ən ləyaqətli namizədlərdir.
Ardı var İnşAllah..


Geri dön

Nuray2012

  • 21 aprel 2012 15:15
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Cox sagol xebere gore

--------------------

EnD of TiMe

  • 1 aprel 2012 14:02
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
cox tesekkurler xebere gore....

C.I

  • 1 aprel 2012 10:55
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
coxxxxx sag olun cox beyendim twk edirem

ALLAH RAZI OLSUN........!!!!!!!!!

--------------------

ANGEL LOVE

  • 1 aprel 2012 10:45
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun.......

--------------------

✰Dгeaм✰

  • 1 aprel 2012 10:26
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

DEMET_AKALIN

  • 1 aprel 2012 10:10
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
ellerine sagliq...

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}