110 Ayə işığında Hz. Əli (ə.s.) - 1-10 Ayələr

 
110 Ayə işığında Hz. Əli (ə.s.) - 1-10 Ayələr

110 Ayə işığında Hz. Əli (ə.s.) - 1-10 Ayələr

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).


Möminlərin əmiri İmam Əli (ə.) haqqında peyğəmbərimiz (s.a.v.v.) buyurub ki: “Ya Əli, sənin üzündən 2 dəstə həlak olar. Birincisi: sənin haqqında güluv edən (səni ilahiləşdirən); İkincisi: sənə düşmənçilik edib haqq olmadığını gizləyənlər.”
Bu yazımızda imam Əlinin (ə.) fəzilətlərini və kimliyini Qurani-Kərim ayələrinin aşığında araşdıracağıq.
Hədəfimiz, tərəfdarlarının qorxudan, düşmənlərinin isə ona qarşı olan həsəd və nifrətləri səbəbindən gizlətdikləri həqiqətləri gün işığına çıxarıb, aşiqlərinin qəlblərinə sevinc və fərəh bəxş etməkdir. İnşAllah yazımızda Seyyid Sadiq Şirazinin “Quranda həzrət Əli” adlı 2 cildlik kitabından istifadə etmişik.

1. Bismilləhir Rahmənir Rahim.
Hafiz Süleyman ibni İbrahim Qunduzinin rəvayətinə görə ibni Təlhə Əl-Hələbi Şafii “Durrul-Mənsur” kitabında belə rəvayət etmişdir: “Bilin ki, bütün səmavi kitabların sirləri Qurandadır və Quranda olan bütün sirlər Fatihə surəsindədir. Fatihə surəsində olan bütün sirlər isə bismilləhdədir. Və bismilləhdə olan bütün sirlər bismilləhdəki bə hərfindədir. Bə hərfində olan sirlər isə bə hərfinin altındakı nöqtədədir.” Daha sonra İmam Əlinin (ə.) belə buyurduğunu rəvayət etmişdir: “Mən bə hərfinin altındakı nöqtəyəm.” (Qunduzi: “Yənabiul-Məvəddə” səh.69)
Hafiz Qunduzinin başqa rəvayətində isə Hakim Tirmizi, İbni Abbasın bu ayənin təfsirində belə dediyini rəvayət etmişdir: “İmam Əli (ə.) Bismilləhir Rahmənir Rahimdə olan bə hərfinin altındakı nöqtənin mənasını axşamdan sübh namazına qədər təfsir edərdi, amma yenə də bitməzdi” (Qunduzi: Yənabiul-Məvəddə səh. 70)

2. “İhdinəs-siratəl-Mustəqim” (Bizi doğru yola hidayət elə (Fatihə, ayə 6))
Sələbi “Kəfşul-Bəyan fi Təfsirul-Quran” adlı təfsir kitabında bu ayənin təfsirində belə nəql edir: “Ya Rəbbim, bizi doğru yola hidayət elə” ayəsinin təfsirində Müslim ibni Həyyanın, Əbu Bureydədən belə dediyini duydum: “Sirat dedikdə (yəni doğru yol) məqsəd Həzrət Muhamməd (s.a.a.), hz. Əli (ə.) və Əhli-Beytidir (ə.)” (sənəd: “Rəşfətul-Sadi” səh.25; “Yənabiul-Məvəddə” səh.114)

3. “Nemət verdiklərinin yoluna (hidayət elə)” (Fatihə, ayə 7). Hafiz Hakim Həskani (hənəfi) “Şəvahid Tənzil” adlı kitabında bu ayə ilə bağlı rəvayət nəql etmişdir: “Nemət verdiklərinin yoluna” dedikdə yəni “Həzrət Muhamməd (s.a.a.), Əli ibni Əbu Talib və tərəfdarları”. (“Şəvahidut-Tənzil” c.1,səh.66)

4. “Müttəqiləri hidayət etməkdə şübhəsi olmayan bir kitabdır” (Bəqərə, ayə 2)
Əhli-sünnə alimləri Abdullah ibni Abbasın bu ayənin təfsirində belə nəql etdiyini söyləmişlər: “Şübhəsi olmayan” dedikdə yəni: “Allah tərəfindən olmasında şübhəsi olmayan”.“Hidayət” dedikdə, yəni “aşkar, nurlu yol”. “Müttəqilər” dedikdə məqsəd Əli ibni Əbu Talibdir (ə.), ona görə ki, İmam Əli (ə.) bir göz qırpımı qədər də olsun Allaha şirk qoşmayıb. (“Şəvahidut-Tənzil” c.1,səh.67)

5. “Onlara verdiklərimiz rizqdən sərf edərlər” (Bəqərə, ayə 3). Əllamə Hənəfiyyə Mir Muhəmməd Salih Tirmizi bu ayə ilə bağlı olaraq Əhməd ibni Musa Mərdəveyhdən belə rəvayət etmişdir: “Bu ayə Əmirul Muminin Əli (ə.) haqqında endirildi” (“Əl-Mənaqibul-Mir Kəşfi Hənəfi”)

6. “Onlar hidayət olmuşlar və nicat tapanlardırlar” (Bəqərə, ayə 5)
Hakim Həskani Hənəfinin rəvayətinə görə, Səlman Farsi İmam Əlidən (ə.) belə nəql edir:“Ya Əbəl Həsən (ya Səlman) sən və mən peyğəmbərin (s.a.v.v.) hüzuruna hər qəbul edildiyimizdə” peyğəmbər (s.a.v.v.) belə deyərdi: “Ey Səlman, Əli (ə.) və tərəfdarları (şiələri) qiyamət günündə nicat tapanlardır” (“Şəvahidut-Tənzil” c.1,səh.569)

7. “Adəm (ə.) Rəbbindən kəlmələr öyrəndi və tövbə etdi” (Bəqərə, ayə 37)
İbni Abbas peyğəmbərdən (s.a.v.v.) bu ayənin təfsiri barədə soruşdu: “Adəm (ə.) hansı kəlmələri öyrəndi (aldı) ki, Rəbbi də onun tövbəsini qəbul etdi?” Peyğəmbər (s.a.v.v.) dedi: “Adəm (ə.) Allaha belə yalvarmışdı: “Ey Rəbbim, Muhamməd (s.a.v.v.), Əli (ə.), Fatimə (ə.), Həsən (ə.), və Huseyn (ə.) haqqına (hörmətinə) məni bağışla” və Uca Allah da onun tövbəsini qəbul etdi.” (İbn Məğazili Şafii “Mənaqibu Əli ibni Əbi Taleh” səh. 63; Süyuti Əl Şafii c.1,səh.60).

8. “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə ruku edin” (Bəqərə, ayə 43)
İbni Abbasdan belə rəvayət edilmişdir: “Bu ayə həzrət peyğəmbər (s.a.v.v.) və imam Əli (ə.) haqqında xüsusi olaraq nazil olundu, çünki ilk namaz qılan və rüku edən onlar idi”. (“Mənaqib Kəşfi” I bab; Xarəzmi “Mənaqib Əli ibni Əbi Talib” səh.198; Zəhəbi “Mizanul-İtidal” səh.223-224; “Usdul-Ğabə” c.3,səh.93-94; ”Şəvahidut-Tənzil” c.1,səh.89)


9. “Səbrdən və namazdan köməklik alın! Doğrudan da bu iş xaşe olanlardan savayı başqalarına ağır gələr” (Bəqərə, ayə 45)
Hakim Həskani Hənəfinin rəvayətinə görə ibni Abbasın belə dediyini rəvayət edir: “İbni Abbas dedi ki, xaşe olanlar (qəlbən itaətkar) dedikdə, məqsəd həzrət Muhamməd (s.a.v.v.) və Əlidir (ə.) və bu ayə onlar haqqındadır” (“Şəvahidut-Tənzil” c.1,səh.89)

10. “Allah İbrahim peyğəmbərə (ə.) buyurdu: Mən səni insanlara imam etdim (seçdim), İbrahim (ə.) soruşdu: Mənim nəslimdən necə?” (Bəqərə, ayə 124)

Abdullah ibni Məsud bu ayənin yozumunda (təvilində) peyğəmbərin belə söylədiyini rəvayət edir: “Uca Allah, İbrahimin (ə.) nəslindən məni peyğəmbər, Əlini (ə.) isə vəsi seçdi” (Məğazili “Mənaqib Əli ibn Əbi Talib” səh. 276; “Şəvahidut-Tənzil” c.1,səh.92)


Geri dön

Nuray2012

  • 21 aprel 2012 15:12
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Tewkkurler xebere gore Allah razi olsun

--------------------

✰Dгeaм✰

  • 2 aprel 2012 16:30
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox gozel meqaledi.

EnD of TiMe

  • 1 aprel 2012 19:49
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
tesekkurler xebere gore.........

_DreaM_

  • 1 aprel 2012 16:13
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

ANGEL LOVE

  • 1 aprel 2012 15:17
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler.................

--------------------

nar_18

  • 1 aprel 2012 15:07
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
Allah razi olsun ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Dodaqdan Qəlbə

  • 1 aprel 2012 14:10
  • Məqalə: 6
  • Şərh: 291
  • Bal:
{awards}
“Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə ruku edin” (Bəqərə, ayə 43)

--------------------
♥ღHər ürəyin sevgisi fərqlidir, mənimkidə mənə görə gözəl və qiymətli..♥ღ

✰Dгeaм✰

  • 1 aprel 2012 13:57
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

C.I

  • 1 aprel 2012 13:49
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah sizden razi olsun tsk edirem................

--------------------

_favorit_arkadas

  • 1 aprel 2012 13:06
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Allah razi olsun sizden...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}