Qıjılar ölkəsi

 
Qıjılar ölkəsi

Şəhər uşaqları təzə termin icad ediblər, yetənə “qıjı” deyirlər. Bu söz sovet dövründəki “çuşka”, son illərdəki “kentoş”, “monqol” kimi sözləri sürətlə və uğurla əvəzləməkdədir. Mətləbə keçməmiş bu “qıjı” söhbətinə aid anektoda bənzər olmuş əhvalat danışım, kefiniz kökəlsin. Universitetlərdən birində təhsil alan tələbənin anası bir gün rəfiqəsinə deyir ki, bacı, bu il tələbə qəbulu nə cür keçibsə, universitet qıjılarla dolub, qızım hey gileylənir ki, qrupumuzdakının hamısı qıjıdır. He-he-he!!!

Yenə “monqol”dansa elə “qıjı” yaxşıdır. Çünki qədim və qəhrəman, əcdadlarımız sayılan monqol xalqını aşağılamaq düzgün deyildi. Bizimkilər nəzərə almırdılar ki, burdan-bura 17 ildir Şükürbəylidən Seyidəhmədliyə qədər (6 km) gedə bilmirik, amma bəşər tarixinin ən nəhəng fatehi, monqol Çingiz xan Altaydan basa-basa Alp dağlarına qədər hər yanı fəth eləmişdi.

Xöşbəxtlikdən, söz qoşan, söz düzəldən gənclərimizin səy(liy)i ilə əmələ gətirilmiş “qıjı” termini aşağılayıcı, təhqiramiz xitab ağırlığını “monqol”un üstündən öz üstünə götürməkdədir.


Əslində, “qıjı” sözü yeni deyil, qədimdir, botanikadan hamımız bilirik ki, qıjılar və qıjıkimilər sinfi var və bunlar ibtidai bitkilər hesab olunur.
Biz tərəflərdə bakılıların “vəzəri” dediyi tərəvəzə “qıjı” deyirlər, hətta onun “ajı qıjı” adlanan bir növü də var, çay nohurlarında əmələ gəlir.
Bəs gənclərimiz nəyə görə bu kəlməni öz leksikonlarına daxil ediblər? Güman ki, bu qıcqırmış savaddan irəli gəlib. Onlar bilirlər ki, bitkilərin ibtidaisi qıjı olduğu kimi insanın da ibtidaisinə “qıjı” demək olar.

Beləcə, söz artıq çox populyar olub. Adam ictimai nəqliyyatda gənclərin audensiyasında yol gedəndə o qədər “qıjı” sözü eşidir ki, qulaqları qıjıldayır.
Tutaq ki, bir gənc hey deyib gülür, dostları ilə əl, qol, dil zarafatı eləyir, bir azdan yoldaşları ona deyirlər: “Bəsdir, qıjılıq eləmə”.
Biri sakit dayanıb, söhbətə qarışmırsa, ona da bu cür deyirlər: “Ə, qıjı, sən də bir söz de də”.

İki qız hansısa oğlanı müzakirə eləyirsə, biri mütləq belə deyir: “Aaz, sənin onun vidinə baxma e, qıjının yekəsidir”.
Hərdən müəllimlərə də “qıjı” dəstəsi ərmağan olunur: “Bizdə bir müəllim var, qıjının biridir, bütün günü qıjı-qıjı danışır”.
O gün bir sürücü “İnqilab - 17"-nin qarşısından yolu qırmızı işıqda keçən oğlan tələbəyə hirsləndi və qışqırdı: ”Ay qıjı, yol mənimdir e". “20 Yanvar” metrostansiyasının həndəvərində isə gənc qızlar şütüyüb keçən sürücünün dalınca söydülər: “Başıxarab, qıjı, eşşək. Maşın sürməyinə bax bunun”.
Baxırsan ki, müəllimlər qıjı, tələbələr qıjı, yol keçənlər qıjı, sürücülər qıjı, hər kəs qıjı, hər yan qıjı.

Televizora baxırsan, qıjı aparıcılar qıjı manıslara qıjı-qıjı suallar verir, qıjıvari cavablar alırlar və hırhahır ekranı başına götürür. İstəyirsən, Allah qoymasa, ciddi verilişlərə baxasan, bir də görürsən, ciddi, amma üzündən qıjılıq yağan aparıcı studiyaya dəvət etdiyi ciddi politoloq-qıjılarla aktual mövzuda söhbət aparır. Məsələn, olur ki onlar "Wikileaks" saytının açıqladığı məxfi sənədlərdən söhbət açıblar, göz önündəki həqiqətlərdən danışmaqdansa, gücənib-gücənib, ortaya elə qıjı versiyalar irəli sürürlər, görürsən ki, bu, yalnız qıjı təfəkkürün məhsulu ola bilərdi.

Tərs kimi, bu il parlamentə xeyli qıjı-deputat seçilib, yavaş-yavaş danışmağa başlayanda görəcəyik, budu ha, parlament Hövsan istixanalarına dönüb. Çünki qıjıkimilər fəsiləsindən olan məxluqlardan başqa bəhər gözləmək olmaz.

Düzdür, regionda və dünyada da qıjılar çoxdur, amma etiraf edək ki, qıjı yetişdirmək üçün bizdəki münbit zəmin heç bir ölkədə yoxdur. Bura əməlli-başlı qıjıxanadır.

Elə bizim problemlərimizin çoxu da qıjılığımızdan irəli gəlir. Vaxtında ağıllı, kamallı, şüurlu hərəkət eləsək, saxtakarın əlindən tutsaq, yaltağın, məddahın ağzından vursaq, zorakının əlindəki dəyənəyi alsaq, ölkə qıjı plantasiyasına dönməzdi.


Geri dön

Sunnyeyes

  • 9 aprel 2012 00:20
  • Məqalə: 0
  • Şərh: 108
  • Bal:
MENIM BU SOZUN INSANLARA DEYILMEYINDEN HECH XOSHUM GELMIR.BILENDE BILMIYENDE BU SOZU ISTIFADE ELIYIR.QIJI BITKI NOVUDUR BUNUNSA INSANA DEXLI YOXDUR.ODURKI BIR-BIRIMIZI BU TIP SOZLERLE ALCHALTMAGIN MENASI YOXDU.

enigmatic_girl

  • 1 aprel 2012 23:43
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
o sozu de isledenleri de sevmirem menasizdi

--------------------

Pink World

  • 1 aprel 2012 16:34
  • Məqalə: 11
  • Şərh: 1280
  • Bal:
{awards}
Zehlem gedir o sozden

--------------------
OZUNU BAHALI GOSTERME
SENE ENDIRIMLI GUNLERINI XATIRLADARAM!!!

Dodaqdan Qəlbə

  • 1 aprel 2012 14:41
  • Məqalə: 6
  • Şərh: 291
  • Bal:
{awards}
Qıjı sözünü işlədənlərdən acığım gəlir

--------------------
♥ღHər ürəyin sevgisi fərqlidir, mənimkidə mənə görə gözəl və qiymətli..♥ღ

EnD of TiMe

  • 1 aprel 2012 13:53
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Qiji sozu indi debe minib...Ozlerinin nese xosuna gelmese bele..basqasinin fikrine ve zovqune hormetle yanasmalidir.. tesekkurler xebere gore....

psiyuxe

  • 1 aprel 2012 12:33
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
Nako92
sizinle tamamile raziyam..o insanlar zovqlerin muxtelif oldugunu anlamayacaq qeder dayaz insanlardir..mence qiji sohbeti yigisdirilmalidir..insanlar muxtelif oldugu kimi zovqler de muxtelifdi

--------------------
HER SEYIN ORTA HEDDI YAXSIDI...SERHEDDI KECDIN SEVGI BELE DEYERINI ITIRIR..(imza geleceyin psixoloqu)

ANGEL LOVE

  • 1 aprel 2012 11:55
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmm

--------------------

Nako92

  • 1 aprel 2012 11:25
  • Məqalə: 12
  • Şərh: 354
  • Bal:
{awards}
Kimse her hansi mahni dinliyende ve o biri insanin xosuna gelmiyen musiqisi olanda qiji deyir bele tipli insanlardan zehlem gedir cun ki,her insanin zovqu ayridi zovqler muqayse edilmezdi menim dunyamda QIJI sohbeti yoxdu ! Cun ki her insan muxtelifdi.!

--------------------

C.I

  • 1 aprel 2012 11:00
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
twk xebere gore.............

--------------------

✰Dгeaм✰

  • 1 aprel 2012 10:30
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqlidi.Tesekkurler.

Enerelen

  • 1 aprel 2012 10:24
  • Məqalə: 108
  • Şərh: 987
  • Bal:
{awards}
Onu deyim ki,bunu tərtib eliyən insan həyatımnan 3-4 dəqiqə oğurladı...Halal eləmirəm!Başda özü qıjılığı tənqid edir,ifadənin işdədilməməsini təklif edir...Və sonda özü bu kəlməylə qaynayan storiya danışır...Heç özüdə bilmir kimi tənqid edir...

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 42
Cəmi: 61

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}