Qadının ərinə sədaqəti-Son

 
Qadının ərinə sədaqəti-Son

Bu qayda ilə bir il keçdi.Onlar pəncərənin qarşısında oturmuşdular.Güllər tikiş ilə məşğul idi.Birdən iki gənc qız Güllərə baxıb:-Salam Güllər! deyib, gülümsədi.Güllər keçmiş yoldaşlarını görərək, mehribanlıqla:-Xoş gördük, hara belə?-dedi.Bayırdakı qız Elmarın eşidəcəyindən çəkinirmiş kimi asta səslə:-Kinoya gedirik-dedi.Elmar əsəbi halda gözlərini qırpdı.Bu Güllərin nəzərindən qaçmadı.Güllər öz sualından peşman oldu.Qızlar vəziyyəti görüb, sağollaşdılar.Elmar gənc həyat yoldaşının bir ildən bəri kinoya getmədiyini xatırladı.Əsəbi halda qəlbində:-Yox, bu belə davam edə bilməz!-qəti qərar verib, ayağa qalxdı, yataq otağına keçdi.Əlini stolun üzərində gəzdirib, çoxdan unutduğu dəftərçəni götürdü.Nə yazsın?Duyğularını necə ifadə etsin?Yazmaya bilməzdi.Lakin, sevdiyi, həm də həyatından da çox sevdiyi birindən ayrılmaq...Həm də birdəfəlik...Özünü toplayaraq əziz sözü yazdı:-Güllər!

Elə bu zaman həzin musiqi səsi eşidildi.Elmar əl saxlayıb, bu hekayətə qulaq asdı.Bu o mahnı idi."Yarımçıq qalmış portret haqqında mahnı".Güllər bunu Elmarın yarımçıq qalmış portreti üçün bəstələmişdi.Elmar heyrət içində mahnını dinləyirdi.
Rəssam qəlbi fərəhlə, bəxtiyar hisslərlə çırpındı və o, bir addım daha irəli ataraq həyəcanla:-Güllər!-dedi.

Bir neçə il keçdi.Sakit bir yay axşamı idi.Şəhər bağlarının birində gənc və gözəl qadınla yanaşı, yaraşıqlı bir cavan bəy oturmuşdu.Onların qabağında bir oğlan uşağı oynayırdı.Birdən:-Diqqət!-deyə radio səsləndi.-Bəstəkar Güllər xanımın "Yarımçıq qalmış portret haqqında mahnı" adlı əsərinə qulaq asın.
-Ana, səni deyir,-deyə uşaq yüyürüb gənc qadının dizlərini qucaqladı.
Elmar əlini oğlunun başına çəkərək gülümsədi.

SON

Qeyd:Bu hekayə əziz və ölməz yazıçımız İlyas Əfəndiyevdəndir.
Ona sonsuz təşəkkürlər.


Geri dön

Nuray2012

  • 10 aprel 2012 20:27
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Maraqli hekaye idi cox sagol

--------------------

enigmatic_girl

  • 2 aprel 2012 00:01
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
cox sag ol Priyacik cox beyendim)))

--------------------

EnD of TiMe

  • 1 aprel 2012 19:55
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler The End oldu buda.... recourse

Priya

  • 1 aprel 2012 18:55
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Şərhləriniz için təşəkkürlər.Yazan əlləriniz var olsun.

--------------------




nar_18

  • 1 aprel 2012 15:50
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
maraqli idi teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

ANGEL LOVE

  • 1 aprel 2012 15:28
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
maraqlidir..............

--------------------

✰Dгeaм✰

  • 1 aprel 2012 13:37
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli hekayedir.

C.I

  • 1 aprel 2012 13:03
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
ay cox maraqli idi tsk edirem.............

--------------------

_favorit_arkadas

  • 1 aprel 2012 13:01
  • Məqalə: 556
  • Şərh: 8237
  • Bal:
{awards}
maraqli hekayedir...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}