"Titanik" muzeyi açıldı

 
"Titanik" muzeyi açıldı

Muzey-attraksion gəminin inşa edildiyi Belfast şəhərində açılıb
100 il əvvəl Atlantik okeanda batan Titanik gəmisinin inşa edildiyi Şimali İrlandiyanın paytaxtı Belfast şəhərində bu faciənin 100-cü ildönümünə hazırlıqlar həsr olunmuş muzey açılıb. Titanik dedikdə çoxlarının ağlına məhəbbət, fədakarlıq və dəbdəbəli həyatın olduğu hekayət düşsə də, Belfast sakinləri üçün Titanik adı sənaye, sahibkarlıq və gəmiçiliyin qələbəsini simvolizə edir.

Bu şəhərdə Titanik gəmisinin inşa edildiyi qədim tərsanənin yerində "Titanik Belfast" adlandırılan muzey-attraksion yaradılıb. Muzey 100 milyon funt sterlinqə başa gəlib. Onun açılışına əvvəlcədən 100 min bilet satılıb. Muzey 3 il ərzində Titanik, eləcə də onun "bacıları" adlandırılan Olimpik və Britannik gəmilərini inşa edən minlərlə Belfast sakininin həyatından bəhs etməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə 3D-projektorlarından da istifadə edilib.

Muzeydə Titanik gəmisinin 1000-nəfərlik banket salonu və salona aparan pilləkənin şərti versiyasını da görmək mümkündür. İndidən bu salonda böyük şənliklər, tədbirlər və hətta toyların keçirilməsinə dair təkliflər gəlir. Titanik Belfast muzeyinin icraçı-direktoru Tim Hazbandsın sözlərinə görə, məşhur Titanik filmində Cek və Rozanın həmin pilləkəndə görüşməsi anını yaşamaq istəyən cütlüklər az deyil.

Qeyd edək ki, indiyədək dünyanın ən böyük və dəbdəbəli səyahət gəmisi sayılan Titanik ilk səfəri zamanı 1912-ci il aprelin 14-də Atlantik okeanda aysberqə dəyərək batmış, göyərtədə olan 2200 adamdan 1514-ü həlak olmuşdu.


Geri dön

enigmatic_girl

  • 2 aprel 2012 01:22
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
tesekkurler....

--------------------

tural_sukurlu

  • 2 aprel 2012 00:54
  • Məqalə: 1
  • Şərh: 42
  • Bal:
{awards}
dogurdanda maraglidi

--------------------
Tural

✰GoLd GirL✰

  • 1 aprel 2012 22:04
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
gormek isterdim heqiqeten

EnD of TiMe

  • 1 aprel 2012 21:53
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
maraqli olar muzey..tesekkurler xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 33

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}