İncil və Tövratın Quran ilə uyğun tərəfləri

 
İncil və Tövratın Quran ilə uyğun tərəfləri

İncil və Tövratın Quran ilə uyğun tərəfləri.

ALLAH BİRDİR.


Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur... (Bəqərə Surəsi, 163)

... O Allah, birdir. (İxlas Surəsi, 1)

İncil

...Allahımız Rəbb yeganə Rəbbdir. Allahın Rəbbi bütün qəlbinlə,bütün varlığınla,bütün düşüncənlə və bütün gücünlə sev...İlahiyyatçı Ona dedi:” Müəllim sən yaxşı dedin,həqiqəti söylədin,Allah yeganədir,Ondan başqası yoxdur. (Mark, 12: 29-32)

Tövrat

Ya Rəbb, qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur!. (1-ci Salnamələr, 17: 20)

RƏB, özü Allahdır, Ondan başqası yoxdur biləsn deyə sənə bu göstərildi. (Tesniyə, 4: 35)


ALLAH HƏR ŞEYİN RƏBBİDİR


Həqiqətən, sizin Allahınız birdir! O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin – günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur.. (Saffat Surəsi, 4-5)

İncil

“ Ey Pərvərdigarımız! yeri,göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən.”(Həvarilərin İşləri, 4:24)

YALNIZ ALLAHA QULLUQ ETMƏK



(Ya Rəsulum!)
Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!”..." (Ali İmran Surəsi, 64)

İncil

...” Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et.” (Matta, 4: 10)

Tövrat

Ancaq siz dönüb qarşınıza qoyduğum qanunlarımı və əmrlərimi tərk etsəniz,gedib başqa allahlara qulluq edərək səcdə etsəniz,Mən İsrailliləri onlara verdiyim torpaqdan qovub atacağam… (2-səlnamələr,7: 19-20)

ALLAHI UCALTMAQ

Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur.... (Yunus Surəsi, 65)

Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!. (Buruc Surəsi, 15)

(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!. (Əla Surəsi, 1)

İncil

Əsrlərin Padşahı ,ölməz,görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin. (Paulun Timoteyə 1-ci Məktubu, 1: 17)

Tövrat

Ya Rəbb,əzəmət,qüdrət,calal,zəfər və şöhrət Sənə məxsusdur,çünki göydə və yerdə olan hər şey Senindir. Ya Rəbb, padşahlıq Senindir və Hökümdar olaraq hər şeydən ucasan .Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökümranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir. İndi Ey Allahımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik. (1-ci salnamələr, 29: 11-13)

Ey xalqların tayfaları,Rəbbə verin – Ehtişamı ,qüdrəti Rəbbə verin . (1-ci salnamələr, 16: 28)

ALLAHA ŞÜKR ETMƏK

Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur.... (Səba Surəsi, 1)

Tövrat

Dərgahına şükürlərlə,Həyətlərinə həmdlərlə gəlin.Ona şükür edin.İsminə alqış söyləyin. (Məzmur, 100: 4)

Rəbbə həmd edin!... (Məzmur, 113: 1)

... Sənə şükür və həmd olsun ki, ... (Daniel, 2: 23)

Ey Allah,biz Sənə şükür edirik,Bizə doğma olan isminə şükür olsun ... (Məzmur, 75: 1)

ALLAHIN ADLARI

O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız möminləri bağışlayan Rəhimdir!). O Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır. O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr Surəsi, 22-24)

Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir! Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir). Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allaha tərəf qaytarılacaqdır! Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanları biləndir! (Hədid Surəsi, 2-6)

Tövrat

Odur göyləri ,yeri,dənizi,dənizdəkiləri yaradan,... (Məzmur, 146: 6)

Rəbb əzəmətlidir,bol həmdə layiqdir,Onun əzəməti insan ağlına sığmaz. (Məzmur, 145: 3)

Rəbb lütfkar və rəhmlidir,Həddsiz səbirli və bol məhəbbətlidir.Rəbb hamıya xeyirxahlıq edər.. (Məzmur, 145: 8-9)

Rəbb bütün yollarında adildir,Hər işində sadiqdir. (Məzmur, 145: 17)

Rəbb Onu sevənlərin hamısını hifz edər,Bütün pis adamların isə kökünü kəsər. (Mezmur, 145: 20)

Rəbb rəhimli və lütfkardır,Hədsiz səbirli və bol məhəbbətlidir. (Məzmur, 103: 8)

... Allahın adı əbədi olaraq izzətlənsin! Çünki hikmət və qüdrət Ona məxsusdur.Vaxtı və dövrü dəyişdirən Odur, O,padşahları taxtdan salar və taxta qoyar,Müdriklərə hikmət aqillərə ağıl verər.Dərin və gizli sirləri O açar,qaranlıqda qalanı O bilər,İşıqla əhatə olunan Odur." (Daniel, 2: 20-22)

Rəbb Allahdır,siz bunu bilin,O bizi yaradıb,biz Ona aidik, Xalqıyıq ... (Məzmur, 100: 3)

ALLAH VƏDİNDƏN DÖNMƏZ


... Allahdan daha çox əhdə vəfa edən kimdir? ...(Tövbə Surəsi, 111)

Tövrat

... bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı seylərdən heç biri boşa çıxmadı.Hamısı sizin üçün yerinə yetdi... (Yeşu, 23: 14)

ALLAH HƏR YERİ ƏHATƏ EDƏNDİR


... Və yenə bil ki, O (Öz elmi və qüdrəti ilə) hər şeyi ehtiva edəndir!. (Fussilət Surəsi, 54)

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!. (Bəqərə Surəsi, 115)

Tövrat

Əgər göylərə çıxasam, Sən ordasan,Ölülər diyarında yatsam, Sən ordasan, Qanad alıb gündoğana uşsam belə,Dənizi keçeb gunbatana qonsam belə,Sənin sağ əlin bələdçim olacaq... (Məzmur, 139: 8-10)

ALLAH GİZLİNİN GİZLİSİNİ BİLƏR

Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur. (Ey insan!) Sən (dua edərkən) səsini ucaltsan da (ucaltmasan da, heç bir fərqi yoxdur). Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır... (Ta ha Surəsi, 6-7)

(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!. (Yunus Surəsi, 61)

Tövrat

Oturuşumu–duruşumu Özün bilirsən,Fikirlərimi uzaqdan duyursan.Getməyimə, yatmağıma nəzarət edirsən,Nə yollardan keçdiyimi bilirsən,Sözlərimi dilə gətirməmişdən əvvəl, Ya Rəbb ,hamısını tamamilə bilirsən (Məzmur, 139: 2-4)

ALLAHI BURAXIB BÜTLƏRƏ İBADƏT EDƏNLƏR


(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!”." (Ənkəbut Surəsi, 25)

Rəbbin istədiyini yaradar və (istədiyini də peyğəmbər) seçər. Onların (bəndələrin istədiklərini etməyə) heç bir ixtiyarı yoxdur. Allah pakdır, müqəddəsdir və (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır! (Allah eyibsizdir, nöqsansızdır. O, hamıdan. (Qəsəs Surəsi, 68)

Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər. (Ə'raf Surəsi, 194)


İncil


Onlar Allahın həqiqətini yalanla əvəz etdilər,Yaradanın yerinə yaradılana səcdə və ibadət etdilər; o Yradana əbadi alqış olsun!... (Paulun Romalılara Məktubu, 1: 25)

Tövrat

Amma siz Məni atıb başqa allahlara qulluq etdiniz,buna görə də bir daha sizi qurtarmayacağam.Gedin seçdiyiniz allahlara fəryad edin,qoy bu əzablı vaxtinizda onlar sizi qurtarsinlar . (Hakimlər, 10: 13-14)

İsrail övladlari Rəbbin gözündə pis olan işlər görərək Baal butlərinə qulluq etdilər.Bununla da onları Misir ölkəsindən çıxaran atalarının Allahı Rəbbi atıb başqa allahlara- ətraflarında yaşayan millətlərin allahlarına sitayiş edərək onlara səcdə etdilər..Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər. (Hakimlər, 2: 11-13)


İNSANLARIN DEYİL ALLAHIN MƏMNUNİYYƏTİNİ ARZULAMAQ

Ey möminlər!) Onlar sizin razılığınızı qazanmaq üçün (münafiq olmadıqları barədə) Allaha and içirlər. Əgər onlar mömindirlərsə, (bilsinlər ki) Allahın və Onun Peyğəmbərinin razılığını qazanmaq daha vacibdir!. (Tövbə Surəsi, 62)

İncil

Əksinə Allah tərəfindən Müjdəni yaymaq tapşırığını almağa layiq görüldüyümüzə görə insanları deyil,ürəklərimizi sınaqdan keçirən Allahı razı salmaqdan ötrü danışırıq. (Paulun Saloniklərə 1-ci Məktubu, 2: 4)

ALLAHIN ENDİRDİYİ SÖZƏ TƏSLİM OLMAQ

Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qurana) tabe olun!. (Zumər Surəsi, 55)

Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır!. (Əhzab Surəsi, 2)

İncil

Buna görə də hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən,canlarınızı xilas etməyə qadir olan kəlamı həlimliklə qəbul edin . (Yaqubun Məktubu, 1: 21)

Tövrat

Qoy ümidlərini Allaha bağlasınlar,Allahın işlərini unutmasınlar,Əmrlərini yerinə yetirsinlər.(Məzmur, 78: 7)

Allahın əhdini pozanlar belə etdilər,Sənin qanunlarınla yaşamaq istəmədilər. (Məzmur, 78: 10)

Mənim qaydalarıma görə rəftar edirsə,Hökmlərimə sədaqətlə əməl edirsə, Bu adam salehdir.. (Yezekel, 18: 9)

ALLAHA YÖNƏLMƏK

Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.. (Müzzəmmil Surəsi, 8)

Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir... (Rə'd Surəsi, 22)

Tövrat

"Rəbbi,Onun qüvvətini arayın,Daim hüzurunu axtarın!" (1-ci salnamələr, 16: 11)

EŞİDİB-TƏTBİQ ETMƏK


O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!. (Zumər Surəsi, 18)

Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!. (Nur Surəsi, 51)

İncil


Çünki Allahın nəzərində Qanunu eşidənlər deyil,ona əməl edənlər saleh sayılır. (Paulun Romalılara Məktubu, 2: 13)

Tövrat


Qoy ümidlərini Allaha bağlasınlar,Allahın işlərini unutmasınlar,Əmrlərini yerinə yetirsinlər . (Məzmur, 78: 7)

ALLAH HƏR ŞEYİ BİR QƏDƏR İLƏ YARATMIŞDIR

Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: “Ol !” – deyərik, o da dərhal olar!).' (Qəmər Surəsi, 49-50)

Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir.. (Rum Surəsi, 8)

Tövrat

Hər şeyin öz vaxtı var,göylər altında hər işin öz vaxtı var;" (Vaiz, 3: 1)

Bunu bilirəm ki,Allahın etdiyi hər iş qalır:ona nə bir şey artırmaq ,nə də bir şey əksiltmək olar... (Vaiz, 3: 14)

HƏR ŞEY KİTABDA YAZILIDIR

(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!. (Yunus Surəsi, 61)

Tövrat


Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü.Ömrüm başlamazdan əvvəl mənə təyin etdiyin hər bir günü kitabına yazmısan. (Məzmur, 139: 16)

İncil və Tövratın Quran ilə uyğun tərəfləri


Geri dön

EnD of TiMe

  • 2 aprel 2012 18:00
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
Tesekkurler xebere gore...

✰Dгeaм✰

  • 2 aprel 2012 12:44
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

ANGEL LOVE

  • 2 aprel 2012 11:58
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun..........

--------------------

Nako92

  • 2 aprel 2012 10:42
  • Məqalə: 12
  • Şərh: 354
  • Bal:
{awards}
TSK.............................

--------------------

LoVe_LiFe

  • 2 aprel 2012 09:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
twkler. yazilara gore. ALLAH RAZI OLSUN.

_TUNAR_MAMEDOV_

  • 2 aprel 2012 09:04
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI YAZILARIn UCUN....

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 49

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}