110 Ayə işığında Hz. Əli (ə.s.) - 11-20 Ayələr

 
110 Ayə işığında Hz. Əli (ə.s.) - 11-20 Ayələr

110 Ayə işığında Hz. Əli (ə.s.) - 11-20 Ayələr

11. “De ki, qərb də, şərq də Allahındır. O istədiyi (və ya istəyən) şəxsi sirat yoluna hidayət edər (yönəldər).” (Bəqərə, ayə 142)
Hakim Həskaninin rəvayətinə görə Hüzeyfədən peyğəmbərin (s.a.v.v.) belə buyurduğu söylənir: “Həqiqətən Əlini özlərinə vəli (ağa və ya dost) tutarlarsa onu haqq yolu və doğru yolla aparan bir imam (rəhbər) görərlər” (“Kənzul-Ummal” həd.32966; “Şəvahidut-Tənzil” c.1,səh.63-64)

12. “Beləcə sizi orta ümmət etdik ki, insanlara şahid olasınız və peyğəmbər (s.a.v.v.) də sizə şahid olsun.” (Bəqərə, ayə 143)
Hakim Həskani imam Əlinin (ə.) belə buyurduğunu rəvayət edir: “İnsanların üzərinə şahid olasınız” ayəsində məqsəd budur ki, peyğəmbər (s.a.v.v.) bizə (Əhli-beytə (ə.)) şahiddir və biz də insanlara şahidik və yer üzündəkilərin üzərinə höccətik. Və Uca Allah bizim haqqımızda belə buyurdu: “Beləcə sizi orta bir ümmət etdik (yəni peyğəmbərlə (s.a.v.v.) camaat arasında yerləşənlər).” (“Şəvahidut-Tənzil” c.1,səh.92)

13. “Ey iman edənlər, səbr və namazla Allahdan yardım diləyin. Şübhəsiz Allah səbr edənlərlədir” (Bəqərə, ayə 153)
Abdullah ibni Abbas peyğəmbərin (s.a.v.v.) belə söylədiyini nəql edir: “Allah Quranda hər nə qədər “ey iman edənlər” ayəsini nazil etmişsə, bu müraciətin ilk başdakı ağası Əlidir (ə.)” (“İrcəhul-Mətalib” səh.29; “Əl Nizam Durrus-Səmteyn” səh.89)

14. “İnsanlardan eləsi vardır ki, Allahın razılığı üçün özünü fəda edər” (Bəqərə, ayə 208)
Əllamə Hindi Ubeydullah “Kitabul Kəbir” və “Mənaqib Əmirul Muminin Əli ibni Əbi Talib” kitabında, imam Ğəzali və Sələbi öz təfsir kitabında və bir çox əhli sünnə alimləri öz tarix və təfsir kitablarında bu ayənin peyğəmbərimiz (s.a.v.v.) Məkkədən Mədinəyə hicrət edərkən imam Əli (ə.) haqqında nazil edildiyi barədə ittifaq edirlər.
Peyğəmbərimiz (s.a.v.v.) hicrət edən zaman imam Əlini (ə.) öz borc və əmanətlərini sahiblərinə çatdırmaq üçün yerinə xəlifə təyin etdi. Peyğəmbər (s.a.v.v.) imam Əliyə (ə.) müşriklərin hiyləsindən xəbər verdi və ona yatağında yatmağı təklif etdi: İmam Əli (ə.) tərəddüd etmədən qəbul etdi. Uca Allah Cəbrail (ə.) və Mikail (ə.) mələklərə buyurdu: “Mən birinizin ömründən kəsib o birinizin ömrünə artırmaq istəsəm, hansınız bu uşə razı olarsınız? Onlar hər ikisi uzun ömür istədilər, bu vaxt Uca Allah belə dedi: “Niyə həbibimin qardaşı kimi olmadınız? Əli (ə.) peyğəmbərlə (s.a.v.v.) olan (din) qardaşlığı yolunda özünü fəda edib, onun yatağında yatdı. Dərhal yanına enin və onu düşmənlərinin şərrindən qoruyun”. Cəbrail (ə.) və Mikail (ə.), imam Əlinin (ə.) hüzuruna endilər, biri başı ucunda, o biri isə ayaqları ucunda durdular. Cəbrail (ə.) dedi: “Kim sənin kimi ola bilər ki, ey Əli (ə.) ibni Əbi Talib! Allah bütün mələklərinə qarşı səninlə iftixar edir.” Ona görə də Allah Əlinin (ə.) şənində bu ayəni nazil edir:”İnsanların eləsi vardır ki.....” (“İrhacul-Mətalib” səh.70)
Hakim Nişapuri ibni Abbasdan belə rəvayət edir: “Əli (ə.) bir an belə tərəddüd etmədən öz canını peyğəmbərin (s.a.v.v.) canı yerinə fəda edərək onun paltarını geyindi...” (“Müstədrək aləs-səhiheyn” Hakim Nişapuri, c.3,səh.4)

Bu ayənin imam Əli (ə.) haqqında nazil olmasını yazan əhli-sünnə alimlərinin adları: 1) İbnul Saib “Əl-Təhsil Ulum Ul-Tənzil” c.1,səh.94; 2) Qurtub: “Təfsiru Qurtubi” c.3,səh.347; 3) İbni Əsir “Əsədul-Ğabət” c.3,səh.25; 4) Əllamə Şafii “Təfsirul Təbəri” c.1,səh.281; 5) İbni Gənci “Kifayətut-Talib” səh.114; 6) Əl Səfuri Şafii “Nuzhətul Məcalis” c.25,səh.168; 7) Muhibuddin Təbəri “Zəxairul-Uqbə” səh.88; 8) İmam Ğəzali “İhyaul-Ulumud-Din” c.35,səh.238; 9) İbni Səbbağ “Fusulul Muhimmə” səh.33; 10) İbni Couzi “Təzkiratul-Xəvas” səh.21.

15. “Dində ikrah (qəlbə zor etmə) yoxdur... Allaha inanan kimsə qopmaq bilməyən sağlam bir qulpdan (həlqədən) yapışmışdır..” (Bəqərə, ayə 256).
Xarəzminin nəql etdiyi bir rəvayətdə peyğəmbərin (s.a.v.v.) imam Əliyə (ə.) belə dediyini rəvayət etmişdir: “Sən qopmaq bilməyən sağlam bir qulpsan” (“Mənaqibul-Xarəzmi” səh.24).

16. “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxuma bənzərlər...” (Bəqərə, ayə 261)
Hakim Həskaninin rəvayətinə görə imam Baqir (ə.) bu ayənin təfsirində belə demişdir: “Quranda mallarını Allah yolunda xərcləyənlərin məsəli” ayəsi imam Əlinin (ə.) fəziləti haqqında nazil olmuşdur. (“Şəvahidut-Tənzil” c.1,səh.106)

17. “Allah istədiyi şəxsə hikmət verər, hikmət verilənə isə şübhəsiz çoxlu xeyir verilmişdir...” (Bəqərə, ayə 269)
İbni Məsud peyğəmbərin (s.a.v.v.) belə dediyini nəql edir: “Hikmət 10 yerə bölündü, 9 hissəsi Əliyə (ə.) verildi və hissəsi də insanlara verildi.” Bu hədisi nəql edən əhli sünnə kitabları: 1) İbni Hənbəl “Fəzailu Əli ibni Əbi Talib” c.1,səh.63; 2) Həskani “Şəvahidut-Tənzil” c.1,səh.106; 3) Hindi “Kənzul-Ummal” c.6,səh.104; 4) Xarəzmi “Mənaqib” səh.49; 5) İbni Əsir “Usdul-Ğabə” c.4,səh.22.


18. “Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlər...” (Bəqərə, ayə 274)
Osman Hadyəvi bu ayənin təfsirində nəql etdiyi bir rəvayətə görə belə deyir: “Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlər” ayəsi Əli ibni Talibin şənində nazil oldu. Əlinin (ə.) 4 dirhəmi vardı, birini gecə, birini gündüz, birini aşkar və birini də gizli sədəqə verdi. O səbəbdən bu ayə nazil oldu. (“Durrətun-Nasihin” c.1,səh.22). Bu ayənin imam Əli (ə.) haqqında nazil olması haqqında rəvayət edən əhli-sünnə kitabları: 1) “Ənvarut-Tənzil” səh.162 (Beyzavi Şafii); 2) “Təfsirul-Xazin” c.2,səh.201; 3) İbni Kəsir “Təfsirul Quranil-Əzim” c.1,səh.36; 4) Gənci Şafii “Kifayətut-Talib” səh.322; 5) Muhibid-din Təbəri “Zəxairul-Uqba” səh.88 və “Riyazət” kitabı c.2,səh.206; 6) “Təhvirul-Miqyas” səh.39; 7) “Təfsir Sələbi” c1,səh.223; 8) Fəxri Razi “Məfatihul-Ğeyb” Əfsiri; 9) İbni Hacər “Səvaiqu Muhriqə” səh.78; 10) Sadiq Həsən Qannuci “Fəthul Bəyan” c.1,səh.457; 11) Xarəzmi “Mənaqib” səh.198; 12) Tirmizi “Səhih” c.2,səh.299.

19. “Peyğəmbər (s.a.v.v.) ona nazil olana iman gətirdi, möminlər də...” (Bəqərə, ayə 285).
Xarəzmi Muhəmməd ibni Həməveynidən nəql edir ki, Əbu Səlma deyir: peyğəmbərin (s.a.v.v.) belə buyurduğunu eşitdim: “Meracda Allah mənə dedi: “peyğəmbər (s.a.v.v.) (Rəbbi tərəfindən) ona nazil edilənə iman gətirdi.” Mən də dedim ki, “möminlər də” Allah dedi: “Ey Əhməd (s.a.v.v.) sənə salam olsun, sən doğru söylədin. Özündən sonra yerinə kimi seçdin? Mən dedim: “Əhlimin ən xeyirlisini seçdim.” Dedi: Əlinimi seçdin? Dedim: Bəli, ey Rəbbim. Dedi: Ey Əhməd! Mən nəzər saldım (Adəm övladına) səni seçdim, sənə öz adlarımdan birini verdim ki, mən hər zikr edildiyimdə sən də zikr ediləsən (xatırlanasan). Mən Mahmudam sən isə Muhəmmədsən (s.a.v.v.), sonra bir daha nəzər saldım və Əlini (ə.) seçdim, ona adlarımdan bir ad verdim. Ən Uca olan (Əliyyul Əla) mənəm, o da fəzilətləri uca olan Əlidir. Ey Əhməd! Səni, Əli, Fatimə, Həsən və Huseyni (ə.) öz (məxsusi yaratdığım) nurumdan xəlq etdim. Sonra da sizin vilayətinizi (sizi sevmək və ya sizin ağalığınızı) göylərə və yer üzünə təqdim (ərz) etdim. Kim sizin vilayətinizi qəbul etdisə zəfər çalmış və möminlərdən olmuşdur. Kim də sizin vilayətinizi inkar etmişsə küfrə və zəlalətə (azğınlığa) düçar olar. Ey Əhməd! Bir bəndə kökü (soyu) kəsilənə qədər mənə ibadət etsə də, əgər vilayətinizi inkar etsə onu əfv etməyəcəm.” Ancaq mənim yanıma sizin vilayətinizlə gələrsə...” (Xarəzmi “Məqtəl Huseyn” c.1,səh.95; “Fəraidus-Səmteyn” c.2; “Yənabiul-Məvəddə” səh.486).

20. “Halbuki (mütəşabeh ayələrin) onun yozumunun Allah və elmdə rasix (dərin) olanlar bilir.” (Ali-İmran, ayə 7)
İbn Həcər Əsqəlaninin rəvayətinə görə peyğəmbər (s.a.v.v.) belə buyurdu: “Mən Quranın nazil olması üçün necə savaşdımsa, Əli də Quranın yozumu üçün savaşacaqdır.” Başqa bir hədisdə isə buyurmuşdur: “Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır. Kim elm tələb edərsə imam Əlinin qapısına gəlsin” (“Mənaqib” ibn Məğazili səh.84). Başqa bir hədisdə demişdir: “Məndən sonra insanlar Quranın (təvilində) yozumunda bilmədikləri şeyləri Əlidən öyrənəcəklər” (“Şəvahidut-Tənzil” c.1,səh.29). Yuxarıdakı hədisləri nəql edən əhli sünnə kitabları: 1) “Əl-İsabə” c.1,səh.22; 2) “Kənzul-Ummal”c.6,səh.390-391; 3) “Yənabiul-Məvəddə” səh.521; 4) “Şəvahidut-Tənzil” c.1,səh.29; 5) “Mənaqib ibn Məğazili” səh.112; 6) “Mənaqib” Xarəzmi səh.246; 7) “Fəraidus-Səmteyn” bab 56; 8) “Səvaiqu Muhriqə” səh.75-93; 9) “Mizanul-Etidal” c.1,səh.205; 10) “Əl-İstiab” c.4,səh.35; 11) “Kifayətut-Talib” səh.242; 12) “Xəsais fi fəzli Əli ibni Əbi Talib”; 13) “Müstədrək” c.2,səh.148; 14) “Müsnəd” ibn Hənbəl c.6,səh.289; 15) “Müsnəd” Əbu Davud c.3,səh.90; 16) “Əl-İmamətu vəs-siyasə” c.2,səh.106; 17) “Səhih” Muslim c.4,səh.235


Geri dön

EnD of TiMe

  • 2 aprel 2012 17:56
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
Tesekkurler deyerli xebere gore......

...BARSA FANATI....

  • 2 aprel 2012 13:58
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

nar_18

  • 2 aprel 2012 13:22
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
Allah razi olsun ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

✰Dгeaм✰

  • 2 aprel 2012 12:46
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

.♣.Chrysalis.♣.

  • 2 aprel 2012 12:22
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
TEK MARAQLI YAZI UCUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

ANGEL LOVE

  • 2 aprel 2012 11:50
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnn

--------------------

mirsaab

  • 2 aprel 2012 11:10
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
tesekkurler ALLAH RAZI OLSUN

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}