Niyə Özünü Aldadırsan?: 7. Şeytan insanlara bəhanələr təlqin edir

 
Niyə Özünü Aldadırsan?: 7. Şeytan insanlara bəhanələr təlqin edir

Niyə Özünü Aldadırsan?: 7. Şeytan insanlara bəhanələr təlqin edir

Şeytan insanları Allahın yolundan azdırmaq, Allahın əmr etdiyi ibadətləri yerinə yetirmələrinə və Quranda bildirilən üstün əxlaqı yaşamalarına mane olmaq üçün yollar axtarır. Bu yollardan biri də insanların yerinə yetirmədikləri ibadətlərlə əlaqədar müxtəlif bəhanələr uydurmalarını təmin etməkdir. Yəni şeytan insanı yanlış yola apararkən bəhanələrini də onunla birlikdə gətirir. Məsələn, Allaha ibadət etməli lazım olduğunu bilən gənc insana qarşısında daha çox uzun illər olduğu, gələcəkdə bu məsuliyyətlərini tam olaraq yerinə yetirəcəyi, amma indi buna vaxtının olmadığı, şəraitin də əlverişli olmadığı, bütün gün məktəbdə və ya işdə olduğu, bundan əlavə yoldaşlarının da bunu bəyənməyəcəyi kimi onlarla bəhanə təlqin edir. Əgər insan səmimi və güclü imana sahib deyilsə, şeytanın bu təlqinlərinə aldanır. Amma şeytan bununla da kifayətlənməyərək insanı rahat buraxmaz. Daha əvvəl də ifadə edildiyi kimi, həmin insan cəhənnəmə girənə qədər rahat olmaz. Bir tərəfdən də insana davamlı olaraq etdiklərinin məqbul olduğunu, bu şəkildə hərəkət etməkdə haqlı olduğunu təlqin edir. Sonunda həmin insan Allaha qulluq vəzifələrini yerinə yetirməyən, bunda haqlı səbəbləri olduğunu zənn edən, hətta bu mövzuda çox sabit fikirli insan halına gəlir.
Halbuki daha əvvəl də xatırladıldığı kimi, hər insan özünü yaratmış olan Allaha qulluq etməsinin lazım olduğunu vicdani olaraq çox yaxşı bilir. Ancaq şeytanın özünə təlqin etdiyi səbəblərlə özünü bu an üçün hazır olmadığına inandırmışdır. Bir başqa ifadə ilə desək, etməli olduqlarını vicdani olaraq bilməsinə baxmayaraq, müxtəlif səbəblərlə özünü aldatmış və özünü səhv olana inandırmışdır.


Allah Quranda şeytanın təlqinləri ilə səmimiyyətdən uzaqlaşan bu insanlara dair bir çox nümunə vermişdir. Bu nümunələrdən bəziləri Peyğəmbərimizin (s.ə.v.) dövründə yaşayan və imani zəiflik içində olan insanlardan verilmişdir. Peyğəmbərimiz (s.ə.v) də möminləri Qurandakı əmrlər istiqamətində haqq uğrunda mübarizəyə təşviq etmişdir. Lakin Allahın ayələrdə xarakterizə etdiyi kimi, "qəlbində xəstəlik olan insanlar" döyüşə çıxmamaq üçün müxtəlif bəhanələr uydurmuşdular. Bu vəziyyət ayələrdə belə bildirilir:

Və münafiqləri onlardan fərqləndirsin. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun! – deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların gizlətdiklərini çox yaxşı bilir! (“Ali-İmran” surəsi, 167)

Bu insanların şeytanın təsirinə düşdükləri aydındır. Çünki onlar şəxsən Peyğəmbərimizin (s.ə.v) təbliğinə şahid olmuş, Allahın dinini yaxşı bilən insanlardır. Amma həqiqəti bilmələrinə, hətta ibadətlərdən bir qismini o günə qədər yerinə yetirmələrinə baxmayaraq, dünyaya olan bağlılıqları səbəbindən şeytanın bu tələsinə düşmüşlər. Allahın ayədə bildirdiyi kimi, müsəlmanları qorumağı lazım olduğunu çox yaxşı bilmələrinə baxmayaraq, bilmədiklərini söyləyərək özlərini və möminləri də guya aldatmağa çalışıblar. Bu insanlarin bir hissəsi də Peyğəmbərimizə (s.ə.v.) "...Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı. (Allahdan) bizim bağışlamağımızı dilə..." (“Fəth”surəsi, 11) deyərək qaçmağa çalışıblar. Bu ifadələr şeytanın təsiri ilə deyilmiş ifadələrdir. Bütün müsəlmanların canı təhlükə altında ikən insanın özünü düşünməsinin nə qədər böyük vicdansızlıq olduğu məlumdur.

İnsanlar Allahın əmrlərinə tabe olmaq və razılığını qazanmaq üçün nə edəcəklərini çox yaxşı bilirlər. Belə ki, səmimi olmadıqlarını bildikləri üçün Peyğəmbərimizə (s.ə.v) özləri üçün bağışlanma diləməsini söyləyərək vicdanlarını rahatlatmağa çalışıblar. Vicdansızlıq etmələrinə baxmayaraq, söylədikləri yalanlara özlərini elə inandırmışdılar ki, sonunda buna sevinəcək vəziyyətə düşmüşdülər. Allah bir ayəsində ibadətlərdən geri qaldıqları üçün sevinən səmimiyyətsiz insanların vəziyyətinə belə diqqət çəkmişdir:


Arxada qalanlar Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər! . (“Tövbə” surəsi, 81)

Peyğəmbərimizin (s.ə.v.) dövründəki şərtlərə və mühitə görə insanlara bu bəhanələri təlqin edərək onları aldadan şeytan, əlbəttə, bu gün yaşayan insanları daha fərqli təlqinlər və bəhanələrlə aldatmağa çalışır. Çünki şeytan dünyadakı imtahanın tələbi olaraq insanların bütün zəifliklərindən xəbərdardır. Hər şəraitə, hər mühitə görə fərqli planlar hazırlaya bilər. Qarşısındakı insanlar alimlər, professorlar, liderlər, sənətçilər, qısası mədəni səviyyəsindən tutmuş hər cür maddi imkana sahib olan insanlar ola bilər. Şeytan bu insanların hamısına hansı yollardan yaxınlaşacağını bilir.

Şeytanın davamlı olaraq fürsət axtarmasına baxmayaraq, təsir edə bilmədiyi yeganə insanlar Allahın Quranda bildirdiyi kimi saleh müsəlmanlardır. Çünki əvvəldə də ifadə edildiyi kimi, möminlər Allahdan qorxduqları və cəhənnəmdən şiddətlə çəkindikləri üçün şeytanın hər cür hiyləsinə qarşı diqqətlidirlər. Bundan əlavə, Allaha olan imanları səbəbindən çox güclü ağıla, vicdan və iradəyə sahibdirlər.

Şeytanın bura qədər izah edilən taktikaları, təlqinləri bütün insanlara aiddir. Yəni siz də şeytanın bu hiyləgər təlqinlərinə məruz qalma ehtimalı olan insansınız. Əgər səmimi imana sahibsinizsə, əsla bu həqiqətləri bilə-bilə şeytanın tələsinə düşməyin. Unutmayın, şeytan sizi də özü ilə birlikdə cəhənnəmə sürükləmək üçün pusquda gözləyir, sizin üçün planlar hazırlayır. Fürsət tapan kimi hiyləgərcəsinə hərəkətə keçəcək. Şeytana bu fürsəti verməyin. Sizi Allahın yolundan azdırmaq, Ona qulluq və dua etmənizə mane olmaq üçün müxtəlif bəhanə pıçıldayacaq. Üstəlik, bunları son dərəcə məqbul və məntiqli göstərməyə çalışacaq. Beləliklə, özünüzü aldadaraq razı salmağınızı təmin etməyə çalışacaq. Halbuki siz vicdanınız sayəsində bunların hamısını rahatca anlaya bilər, iradənizdən istifadə edərək şeytanın təsirini özünüzdən asanlıqla uzaqlaşdıra bilərsiniz. Bu dünyada sizin üçün heç bir şey cəhənnəmdən xilas olmaqdan daha əhəmiyyətli və təcili ola bilməz. O halda şeytanın bəhanələrini mənimsəyərək özünüzü aldatmağa çılışmayın. Çünki din günü heç bir bəhanə etibarlı olmayacaq, hətta ayədə bildirildiyi kimi, insanların bəhanələrini saymağa da icazə verilməyəcək.

Həqiqət budur, diqqət edin! Əsla Allahın dinini yaşamaq üçün bəhanələr uydurub özünüzü aldatmayın.


Geri dön

Music Star

  • 3 aprel 2012 17:43
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
tewekkur.Allah Razi OLSUN!

--------------------

✰Dгeaм✰

  • 2 aprel 2012 18:47
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

ANGEL LOVE

  • 2 aprel 2012 18:31
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler................

--------------------

_Sabina_

  • 2 aprel 2012 18:12
  • Məqalə: 0
  • Şərh: 435
  • Bal:
{awards}
thank... maraqlidi

Dodaqdan Qəlbə

  • 2 aprel 2012 18:07
  • Məqalə: 6
  • Şərh: 291
  • Bal:
{awards}
insan səmimi və güclü imana sahib deyilsə, şeytanın bu təlqinlərinə aldanır

--------------------
♥ღHər ürəyin sevgisi fərqlidir, mənimkidə mənə görə gözəl və qiymətli..♥ღ

★Miss Love★

  • 2 aprel 2012 17:44
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
dogurdanda beledir insan ibadeтini elememek ucun behaneler geтirir уalandan,deуerli xebere gore тewekkur edirem=)

✰GoLd GirL✰

  • 2 aprel 2012 17:31
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
SEYTANA LEEENNEEETTT

parisien il

  • 2 aprel 2012 17:06
  • Məqalə: 0
  • Şərh: 70
  • Bal:
{awards}
TUNAR COX SAGOL ELADI CNM wink

...BARSA FANATI....

  • 2 aprel 2012 17:04
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
CHOX TEWEKKURLER.....

C.I

  • 2 aprel 2012 16:53
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}

Həqiqət budur, diqqət edin! Əsla Allahın dinini yaşamaq üçün bəhanələr uydurub özünüzü aldatmayın.


bu sozu cox beyendim Allah razi olsun cox sag olun........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 55
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}