Səni unutmaqdan ötrü

 
Səni unutmaqdan ötrü

Səni unutmaqdan ötrü

Ən dözülməz ağrilara, acılara tab edirəm,
Şeytandan ümid umuram, iblisə xitab edirəm,
Ürəyimin al qanını döndərib kabab edirəm,
Başıma çəkib biçirəm səni unutmaqdan ötrü
Arzumu kəsib biçirəm səni unutmaqdan ötrü.

Səni unutmaqdan ötrü

Röyalara meyl edirəm bəlkə yadimdan çıxasan,
Gözlərimi qırpan təki görürəm mənə baxırsan...
Sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan
Öz-özümlə döyüşürəm səni unutmaqdan ötrü,
Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü...

Səni unutmaqdan ötrü

Köksümü cırıb açıram ayrılığın küləyinə,
Bütün keçmiş- keçənləri xəlbirləyib ələyirəm,
Qaşıq-qaşıq istiotu əndərirəm xörəyimə,
Acı-acı gülüşürəm səni unutmaqdan ötrü,
Hicran ilə öpüşürəm səni unutmaqdan ötrü.

Səni unutmaqdan ötrü

Ay ilə həmfikir oluram uzun-uzun gecələri,
Gündüzləri sağa-sola hey ölçürəm küçələri,
Otağımda gizlənirəm sındırırsan pəncərəmi,
Ünvanımı dəyişirəm səni unutmaqdan ötrü,
Daha nə yollar düşünüm səni unutmaqdan ötrü.

Səni unutmaqdan ötrü

Çözələnir xatirələr, könlüm, ruhum qubarlanir,
Tarım durur əsəblərim, enir, qalxır əsəblərim,
Su verirəm meynlərə, mıx vururam divarlara,
Zülmət quyuya düşürəm səni unutmaqdan ötrü
Sinəmi söküb deşirəm səni unutmaqdan ötrü...

Səni unutmaqdan ötrü

İş olmayan yerdə belə özümə iş gördürürəm
Qışda qar təmizliyirəm, yayda milçək öldürürəm
Bütün sək rəqibləri öz üstümə güldürürəm
Hey haldan hala düşürəm səni unutmaqdan ötrü
Ürəyimlə ötüşürəm səni unutmaqdan ötrü.

Səni unutmaqdan ötrü

Səndən özgə nə vurğunam, nə möhtacam kimə isə,
Səndən qeyri olmasada ehtiyacım kime isə
İstəyirəm ürəyimi qəsdən açım kimə isə
Yalandan eşqə düşürəm səni unutmaqdan ötrü
Mələklərlə görüşürəm səni unutmaqdan ötrü.

Səni unutmaqdan ötrü

Gözümdən çətin gedəsən gözümə tor dolmayınca,
Canımdan çətin çıxasan canim rahat olmayınca
Son umidim, son pənahım o dünyaya qalıb ancaq,
Bu dünyamı dəyişirəm səni unutmaqdan ötrü
Ölümə elçı gedirəm səni unutmaqdan ötrü....


Geri dön

::..ONSLAUGHT::..

  • 3 may 2011 18:48
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
TESEKURLER

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Irane

  • 7 yanvar 2011 02:50
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
Tewekkurler

--------------------

Ulya

  • 1 noyabr 2010 22:16
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
seire gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}