Ailə qurmaq üçün ideal vaxt

 
Ailə qurmaq üçün ideal vaxt

“Fransada kişilər nə üçün evlənirlər? – Fransız xörəklərini yemək üçün! Bəs İngiltərədə nə üçün evlənirlər? – Öz kişilik borclarını yerinə yetirmək üçün! Bəs Almaniyada? – Vətənə əsgər vermək üçün” Bəs Hollivudda? – Boşanmaq üçün!”
(Ç.Çaplin)

Hollivuddan fərqli olaraq, Azərbaycanda kişilər boşanmaq üçün evlənmirlər. Çarli Çaplin bu gün yaşasaydı, yəqin ki, bu siyahıya Azərbaycan kişilərini də daxil edərdi. Və “Azərbaycanda kişilər nə üçün evlənirlər?” sualına “Təməli möhkəm olan ailə qurmaq, nəsil artırmaq üçün” cavabını verərdi.

Yuxarıda göstərdiyim sitatdan aydındır ki, hər ölkədə evlənmək hansısa məqsəd, niyyət üçündür. Yəni, müxtəlif ölkələrdə toy etmək, ailə qurmaq müxtəlif şəkildə hər yerin öz adət-ənənələrinə, özünəməxsus həyat tərzinə uyğun olaraq həyata keçirilir.

Əslində yazını təqdim etməkdə niyyətim sizi hansısa ölkədə olan toy adətləri ilə tanış etmək yox, subay qadın.net istifadəçiləri evlənmək üçün ideal görünən aylarla məlumatlandırmaqdır. Əvvəlcədən onu da deyim ki, bu araşdırma qədimdən dədə-babalarımızın söylədiyi fikirlərə, inanclara əsaslanır.

İlin bütün aylarında toy-düyün etmək mümkündür. Ancaq insanların xarakterindən və istəklərindən asılı olaraq, ayları müəyyən etmək olar. Toy etmək üçün ilin bütün aylarına nəzər yetirsək “Mükəmməl ailə qurmaq üçün ilin hansı aylarında toy etmək münasibdir?” yaxud əksinə, “Hansı aylarda evlilik o qədər də məsləhət deyil?” suallarına cavab tapmış olarıq. Beləliklə, başladıq.

Ailə qurmaq üçün ideal vaxt

Yanvar – Bu ayda evlənmək və ya ərə getmək məsləhət deyil. İnanca və toy əlamətlərinə görə, yanvar ayında toy erkən dulluğa aparır.

Fevral– Soyuq, şaxtalı, qarlı-boranlı qış ayı olmasına baxmayaraq, bu ay evlilik üçün münasib hesab olunur. Həmçinin, bu zaman ailədə əmin-amanlıq, xoşbəxtlik olacağı inancı da var.

Mart – Yazın gəlişi ilə əlaqədar olaraq, bu ay kişilərin, xüsusilə xanımların həyatında dəyişikliklərin müjdəçisi kimi çıxış edir.

Ailə qurmaq üçün ideal vaxt

Aprel– Yazın ikinci ayı çox dəyişkəndir. Gah isti, gah da soyuq hava öz təsirini göstərir. Bu ayda evlənənlərdə ailə həyatında və münasibətlərdə bu cür dəyişikliklərin, xoşbəxtlik anlarının olması inancı mövcuddur.

May – Tarixən, dədə-babalarımızın dediyinə görə, bu ayda toy etməzlər. Çünki bu zaman qurulan ailələrdə tezliklə xəyanətin olacağına inanırlar. Həmçinin mayda yeni ailə quran gənclərin çox əziyyət çəkmələrinə dair fikirlər vardır. Onu da qeyd edək ki, hazırki dövrdə də bu deyimi əsas tutaraq insanlar may ayında toy etməkdən çəkinirlər.

İyun – YaY hakimiyyətinin ilk ayı evlilik üçün ideal hesab olunur. Əlamətlərə görə, iyun ayında evlənən cütlüklər həyatın keşməkeşlərindən uzaq olurlar.

Ailə qurmaq üçün ideal vaxt

İyul – İyundan fərqli olaraq, bu ayda xoşbəxt və acı anların bir-birini izləməsi müşahidə olunur.

Avqust – Ailə həyatı üçün əla bir vaxtdır. Deyirlər ki, bu ayda qovuşanlar həm dost, həm də sevgili olacaqlar.

Sentyabr – “Möhkəm ailə həyatı üçün bu ayda evlənmək lazımdır” deyənlər az deyil. Xalq əlamətlərinə görə, bu ayda evlənənləri sakit, şən və xoşbəxt ailə həyatı gözləyir.

Ailə qurmaq üçün ideal vaxt

Oktyabr– Ailə qurmaq üçün məsləhətli zaman deyil. İnanca görə çətin və ağır ailə həyatı oktyabr ayı üçün xarakterlidir.

Noyabr– Evlilik üçün əsl məsləhətli aydır. Ailədə ruzi-bərəkətin bol olacağından xəbər verir.

Dekabr – İlin sonuncu ayı ailə qurmaq üçün yaxşı vaxt hesab olunur. Əlamətlərə görə, dekabrda evlənənlər ailə həyatının hər keçən ili bir-birini daha möhkəm sevəcəklər.

Ailə qurmaq üçün ideal vaxt

Bəlkə də bu yazı kimsə üçün zarafat, qeyri-ciddi olacaq. Bütün bunlara baxmayaraq, unutmayın ki, hər bir işdə Uca Allahdan pənah diləmək lazımdır.

Ailə qurmaq üçün ideal vaxt

Ailə qurmaq üçün ideal vaxt


Geri dön

enigmatic_girl

  • 3 aprel 2012 19:58
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
maraqlidir cox sag ol

--------------------

gun gun gunew

  • 3 aprel 2012 17:38
  • Məqalə: 10
  • Şərh: 334
  • Bal:
{awards}
tewekurler birni yukledim

★Miss Love★

  • 3 aprel 2012 15:07
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
hmm maraqlidir тewekkurler xebere gore=))

Music Star

  • 3 aprel 2012 14:49
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
TEWEKKURLER MARAQLIDIR..............

--------------------

Nuray2012

  • 3 aprel 2012 13:24
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
cox sagol maraqlidi

--------------------

ANGEL LOVE

  • 3 aprel 2012 11:20
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk maraqli xeberdi.............

--------------------

Nako92

  • 3 aprel 2012 10:49
  • Məqalə: 12
  • Şərh: 354
  • Bal:
{awards}
en gozeli yaydi )

--------------------

Anara 21

  • 3 aprel 2012 10:46
  • Məqalə: 0
  • Şərh: 106
  • Bal:
{awards}
təşəkkür.......hər şey ALLAHIN əlindədir.....nə yazıbsa o da olacaq...inşALLAH

--------------------
Zeynalova.......

tontonun anasi

  • 3 aprel 2012 10:30
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
Aprel– Yazın ikinci ayı çox dəyişkəndir. Gah isti, gah da soyuq hava öz təsirini göstərir. Bu ayda evlənənlərdə ailə həyatında və münasibətlərdə bu cür dəyişikliklərin, xoşbəxtlik anlarının olması inancı mövcuddur.

MENCE DUZDU BIZDE ELEDI

--------------------

nar_18

  • 3 aprel 2012 10:22
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
hele cox var menimcun ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Ku-ku

  • 3 aprel 2012 09:56
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
mence aile qurmagin en gozel vaxti heyati qavrayib bawa duwmekdi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 31
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}