Dinin əsasları-ikinci dərs

 
Dinin əsasları-ikinci dərs

İKİNCİ DƏRS

İKİNCİ MƏSƏLƏ

VARLIĞI YARADAN YEGANƏ ALLAHDIR VƏ ŞƏRİKİ YOXDUR


Bu məsələnin dəlili: Əgər bu məsələdə (varlığın yaradılışında) bir neçə tanrı fərz olunub hər birisi digərindən ehtiyacsız təsəvvür olunsaydı sözsüz ki, onların məqsədləri və iradələri bə`zi yerlərdə bir-birinin ziddinə olardı. Bununlada kainatın nizam-intizamı pozular, yer və göylərdə fitnə-fəsad olardı. Bu barədə Allah-taala Özü Qur`ani-şərifdə buyurur:
لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا
“ Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı.”

İKİNCİ ƏSAS

ALLAH ADİLDİR

Mə`na budur ki, Allahın kiməsə zülm etməsi qeyri-mümkündür. Çünki, adillik və ədalət sifəti xeyir sifətlərindəndir. Amma zülm şərr xüsusiyyətlərindəndir. Zülm işə ədaləti icra edə bilməyən zəif və şərr adamlardan başqa birisi əl atmaz. Halbuki, Allah-taala bütün xeyirlərin mənşəyi və məxluqatın hamısına feyz verən və onların hamısından ehtiyacsızdır. Allahın zülm etməyə heç bir ehtiyacı yoxdur. Necə ki bu məsələyə Qur`an işarə edir:
أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
“Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tə’rifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)”
Başqa ayədə buyurur:
“Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!”

ÜÇÜNCÜ ƏSAS

PEYĞƏMBƏRLİK


Allah-taala insanı və kainatı əbəs yerə yerə xəlq etməmişdir. Qur`ani-Kərimdə də Allah-taala bu məsələyə tə`kid etmişdir:
وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ (38) مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
“Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq! Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların (insanların) əksəriyyəti (bunu) bilməz!”
Həqiqətən bu dünya insana axirətdən ötrü körpü qərar verilmişdir. Həmin cəhətdən insan bu dünyadakı öz hərəkət və davranışlarına görə axirət dünyasında insana mükafat və cəza vardır. O səbəbdən Allah-taala insana düzgün yolu göstərmiş və xeyir işləri ona tanıtdırmışdır. Bütün bu hidayət yolları insanlar arasında saleh və bu ağır İlahi vəzifənin ümmətlər arasında məsuliyyətini öhdələrinə ala bilən şəxslər vasitəsilə insanlara çatdırılmışdır. Belə şəxslər peyğəmbər adlanır.
Peyğəmbər, ümmətlər arasında İlahi risalət və tə`limləri öz öhdəsinə alan şəxsdir. Həqiqətdə Allah-taala keçmiş zamandan insanlara çoxlu peyğəmbərlər göndərmişdir. Bu peyğəmbərlərin ən çox tanınmışlarıdan həzrət Nuh (əleyhissalam), İbrahim (əleyhissalam) və yəhudilərə Tövrat kitabı gətirmiş Musa ibni İmran, xaçpərəstlərə İncil kitabı gətirmiş İsa (əleyhissalam) və nəhayət böyük İslam dinini yaymış və bütün insanlara Qur`anı gətirmiş həzrət Məhəmməd ibni Əbdullah ibni Əbdul-Müttəllib (səlləllahu ələyhi və alehi və səlləm)-in adlarını çəkmək olar. Məhəmməd peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) sonuncu peyğəmbər olduğuna görə O həzrətdən sonra heç bir peyğəmbər gəlməyəcəkdir. O həzrət bütün İlahi elçilərin sonuncusu olduğuna görə Ondan sonra iddia olunmuş bütün hər hansı peyğəmbərlik iddiası yersiz və bu iddianı edən yalançı sayılır. Qur`an bu barədə buyrur:
مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيماً
“Mühəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!”
Adlarını çəkdiyimiz beş peyğəmbər “Ulul-əzim” peyğəmbərlər adlanır.

SEYYİD RİYAZ ƏL-HƏKİM
"Əqidəmiz nədir?" səh.7-10

Dinin əsasları-ikinci dərs


Geri dön

Music Star

  • 3 aprel 2012 14:43
  • Məqalə: 107
  • Şərh: 3186
  • Bal:
Allah razi olsun tewekkur

--------------------

★Miss Love★

  • 3 aprel 2012 14:38
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
gozel xebere gore sagol

✰Dгeaм✰

  • 3 aprel 2012 13:32
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Allah razi olsun.

RoMaNTiK SerSeRi

  • 3 aprel 2012 13:31
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
QƏŞƏNG XƏBƏRDİR TƏŞƏKKÜR EDİRƏM......!

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Nuray2012

  • 3 aprel 2012 12:15
  • Məqalə: 651
  • Şərh: 11084
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

_favorit_arkadas

  • 3 aprel 2012 12:09
  • Məqalə: 556
  • Şərh: 8238
  • Bal:
{awards}
allah razi olsun...

--------------------

KaYfA_SuRgUn

  • 3 aprel 2012 11:57
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
allah razi olsun deyerli xebere gore cox sagolun...

--------------------

ANGEL LOVE

  • 3 aprel 2012 11:01
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk xebere gore...........

--------------------

...BARSA FANATI....

  • 3 aprel 2012 10:51
  • Məqalə: 605
  • Şərh: 11802
  • Bal:
{awards}
Sitat: nar_18
Allah razi olsun deyerli xebere gore ...

nar_18

  • 3 aprel 2012 10:47
  • Məqalə: 0
  • Şərh: 3337
  • Bal:
{awards}
Allah razi olsun deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

EnD of TiMe

  • 3 aprel 2012 10:42
  • Məqalə: 553
  • Şərh: 6696
  • Bal:
{awards}
Tesekkurler deyerli xebere gore.....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 44
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}