Bismillahir-Rəhmanir-Rəhim (Təfsiri Fatihə)

 
Bismillahir-Rəhmanir-Rəhim (Təfsiri Fatihə)

Bismillahir-rəhmanir-rəhim
1-Cİ AYƏ


Bütün insanlar arasında belə bir ümumi qayda vardır ki, hər hansı mühüm və dəyərli bir işi öz millət və ya tayfa başçılarının adı ilə başlayır və beləliklə də həmin işi böyük şəxsiyyətlərin adı ilə əlaqələndirirlər. Bütün varlıqlar arasında əzəli və əbədi vücud yalnız Allahın pak Zatıdır. Buna görə də bütün işləri Onun adı ilə başlamaq lazımdır ki, Onun lütfü sayəsində qərar tutulsun və Ondan kömək alınsın. Buna görə də bu surənin ilk ayəsində “Bismillahir-rəhmanir-rəhim”-deyirik.
Bu iş yalnız zahirdə deyil, mə’na aləmində də olmalı, Onunla həqiqi şəkildə əlaqə yaradılmalıdır.
Bu rabitə, işi düzgün yolda qərar verir, hər növ azğınlığa düçar olmağın qarşısını alır. Buna görə də iş müvəffəqiyyətlə sona yetir və bərəkətli olur.
Peyğəmbəri-əkrəmdən (s.ə.v.v) nəql olunan bir hədisdə buyurulur: “Hər hansı bir mühüm iş Allahın adı ilə başlanmazsa, naqis və yarımçıq qalar.”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) bu hədisi nəql etdikdən sonra əlavə edir: “İnsan hər bir işi yerinə yetirmək istəsə, gərək “Bismillah” desin. Yə’ni desin ki, bu əməli Allahın adı ilə başlayıram. Allahın adı ilə başlanan hər əməl bərəkətlidir.”
Həzrəti İmam Rizadan (ə) Allahın adının əzəməti barəsində belə nəql olunmuşdur: “Bismillahir-rəhmanir-rəhimin Allahın ismi-ə’zəminə yaxın olması, gözün qarasının ağına yaxın olduğundan daha yaxındır.”
Həmçinin İbni Abbas Peyğəmbəri-əkrəmdən (s.ə.v.v) belə nəql etmişdir: “Müəllim şagirdə dərs keçib elm öyrədəndə uşaq “Bismillahir-rəhmanir-rəhim” - deyir. Bu zaman Allah-taala uşağın, onun ata-anasının və o müəllimin cəhənnəm odundan azad olmasını imza edir.”
Hər hansı bir işin sabit qalıb davam etməsi, onun Allahla əlaqələndirilməsindən asılıdır. Buna görə də qadir Allah Öz Peyğəmbərinə vəhy etdiyi ilk ayədə əmr edir ki, İslam təbliğinin əvvəlində bu ağır və məs’uliyyətli vəzifəni Allahın adı ilə başlasın:
اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ
“Öz rəbbinin adı ilə oxu!
Həzrəti Nuh o çətin günlərdə gəmiyə minərkən öz dost-larına, köməkçilərinə buyurur:
وَقَالَ ارْكَبُواْ فِيهَا بِسْمِ اللّهِ مَجْرَاهَا وَمُرْسَاهَا
“Və (Nuh) dedi: Gəmiyə Allahın adı ilə minin və Allahın adı ilə dayanın.”
Həzrəti Süleyman Səba padşahına yazdığı məktubun əvvəlini “Bismillah”la başlayır:
إِنَّهُ مِن سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
“Həqiqətən bu məktub Süleymandandır və həqiqətən bağışlayan və mehriban Allahın adı ilədir.”
Bəşəriyyətin xoşbəxtliyə və səadətə doğru hidayət olunmasından ibarət olan əsil hədəf axıra qədər müvəffəqiyyətlə yerinə yetirilsin deyə, Qur’anın “Bəraət” surəsi istisna olmaqla, yerdə qalan bütün surələri “Bismillahir-rəhmanir-rəhim”lə başlayır. Ümumiyyətlə, əgər biz bütün işlərimizi Allah-taalanın bütün qüdrətlərin fövqündə dayanan tükənməz qüdrətinə arxalanmaqla başlasaq, özümüzdə ruhən daha artıq güc-qüvvə hiss edərik, işimizin daha artıq müvəffəqiyyətli olacağına əmin olarıq, daha çox sə’y edərik, problemlərin və çətinliklərin böyüklüyündən qorxmarıq, mə’yus olmarıq və həmçinin əməllərimizin niyyətini daha pak, daha xalis edərik. İşlərdə qələbə və müvəffəqiyyətin rəmzi, məhz onu Allahın adı ilə başlamaqdır.
Bu ayənin təfsirində nə qədər söhbət etsək yenə azdır və lazım olan həddə çatmaz. Çünki, məşhur rəvayətə görə Həzrəti Əli (ə) gecənin əvvəlindən sübhə qədər İbni Abbas üçün “Bismillahir-rəhmanir-rəhim”in təfsiri barəsində danışdı, amma “Bismilah”ın əvvəlində olan “bey” hərfinin özü haqda bir söz deyilmədi. (Yə’ni bu haqda danışılmalı elmi mətləblər o qədər çox idi ki, “bey” hərfinin özünə vaxt çatmadı.)

1-”BİSMİLLAH”, SURƏNİN BİR HİSSƏSİDİRMİ?
İslam alimləri arasında “Bismillah” cümləsinin “Həmd” və sair surələrin tərkib hissəsi olması barədə heç bir ixtilaf gözə dəymir. “Bismillah”ın Quran surələrində yazılması bu məsələnin sübutu üçün canlı bir şahiddir. Çünki, bildiyimiz kimi, Quranın mətninə Peyğəmbəri-əkrəmin (s.ə.v.v) dövründən indiyə qədər heç nə artırılmamış və heç nə dəyişilməmişdir.
İmam Sadiqin (ə) dostlarından olan Müaviyət ibni Əmmar deyir: İmamdan soruşdum ki, namaz qılmaq istəyəndə “Həmd” surəsini qurtardıqdan sonra növbəti surəni başlayanda “Bismillah”ı deyimmi?” Buyurdu: “Bəli.”
Sünnü alimlərindən olan Dar Qutni bir hədisdə səhih sənədlər əsasında nəql edir ki, bir nəfər İmam Əlidən (ə) soruşdu:
“Səb’ül-məsani” nə deməkdir?
Həzrət buyurdu: O, “Həmd” surəsidir. Kişi yenə soruşdu:
“Həmd surəsi altı ayə deyildirmi?”
İmam buyurdu: “Bis-millahir-rəhmanir-rəhim” də o ayələrdən biridir.
Bundan əlavə, müsəlmanlar həmişə Qur’anı tilavət edəndə “Bismillah”ı hər surənin əvvəlində oxuyurdular. Təvatür əsasında isbat olunmuşdur ki, Peyğəmbər (s.ə.v.v) də onu hər surənin əvvəlində tilavət edirdi.
Bir rəvayətdə nəql olunmuşdur ki, Əmirəl-mö’minindən (ə) soruşdular: “Bismillahir-rəhmanir-rəhim” “Fatihə” surəsinin tərkib hissəsidirmi? Həzrət buyurdu: Bəli, Rəsuli-əkrəm onu qiraət edirdi və onu “Fatihə” surəsinin bir hissəsi sayır və buyururdu ki, “Fatihətul-kitab” “Səb’ül-məsani”dir və yeddi ayədir.”
2- ”Allah” kəlməsi, Allahın adları arasında ən ge-niş mə’naya malik olanıdır
“Bismillah” cümləsinin əvvəlində ilk növbədə isim kəlməsi ilə qarşılaşırıq. Ərəb ədəbiyyatı alimlərinin dediyinə əsasən, bu kəlmənin əsli, ucalıq mə’nasını çatdıran “sümüvv” sözündən alınmışdır. Bu səbəbdən də hər bir ada ona görə isim deyilmişdir ki, onun məfhumu ad qoyulandan sonra gizli və məxfi olmaqdan zühura çıxır, ucalıq aləminə çatır. Yaxud digər bir səbəbi də bu ola bilər ki, söz ad qoyulmaq vasitəsi ilə mə’na kəsb edir və mə’nasızlıqdan xaric olur.
İsim kəlməsindən sonra, “ləfzi-cəlalə” adlanan “Allah” kəlməsi ilə qarşılaşırıq. Bu, Allahın adları arasında ən geniş mə’nanı ifadə edən isimdir. Çünki, Allah-taalanın Qur’ani-məciddə və sair islami mənbələrdə olan adlarının araşdırılması göstərir ki, onların hər biri Pərvərdigarın gözəl sifətlərindən yalnız bir qismini çatdırır. Amma kamal sifətlərinin və səciyyəvi xüsusiyyətlərin hamısını özündə cəmləşdirən, camal və cəlal sifətlərini əhatə edən ad yalnız Allah kəlməsidir. Buna görə də əksər hallarda sair adlar “Allah” kəlməsi üçün sifət kimi gətirilir. Məsələn, “Ğəfur” və “Rəhim” Allahın bağışlayan və mehriban olmasına dəlalət etdiyi halda, Allah kəlməsi ilə yanaşı gəlmişdir:
فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ “
Həqiqətən Allah bağışlayan və mehribandır.”
Həmçinin, Allahın bütün eşitməli şeylərdən agah olmasını göstərən “Səmi” adı, hər bir işdən agahlığını çatdıran “Əlim” adı da eyni qayda ilə gətirilmişdir:
فَإِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ “
Həqiqətən Allah eşidən və biləndir.”
Allahın bütün görməlilər barəsində elmini yetirən “Bəsir” adı da eyni qayda ilə göstərilmişdir:
وَاللَّهُ بَصِيرٌ بِمَا تَعْمَلُونَ “
Allah etdiyiniz bütün əməlləri görür.”
Allahın bütün varlıqlara ruzi verməsini göstərən “Rəzzaq” kəlməsi, onun qüdrətini və işlərinin möhkəm olmasını göstərən “zul-qüvvə” kəlməsi də eyni qaydada gətiril-mişdir:
إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ “
Həqiqətən Allah ruzi verəndir və mətin qüdrətə malikdir.”
Yaradılışa işarə edən “Xaliq” və “Bare” adları, Allahın surət yaratmasını göstərən “Müsəvvir” kəlməsi də qeyd olunan qayda üzrə verilmişdir:
هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ لَهُ اْلأَسْمَاء الْحُسْنَى
“O, həmin Allahdır ki, yaradan, surət verəndir, gözəl adlar Ona məxsusdur.”
“Həşr” surəsinin 23-cü ayəsində oxuyuruq:
هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ
“O, (Allah) həmin kəsdir ki, Ondan başqa heç bir mə’bud yoxdur; hər şeyin malikidir, müqəddəsdir, sağlamlıq, əmin-amanlıq bəxş edəndir, qoruyan və nəzarətçidir, izzətli və qüdrət sahibidir, məğlubedilməzdir, böyük və əzəmətlidir, bütün eyb və nöqsanlardan pakdır...”
“Allah” kəlməsinin bütün bu mə’naları özündə əks etdirməsinin aydın dəlillərindən biri də budur ki, iman və tövhid yalnız “la ilahə illəllah” cümləsi ilə aşkar olar. Amma “la ilahə illəl-əmin”, “la ilahə illəl-xaliq”, “illər-raziq” və bu kimi birləşmələr İslamı qəbul və tövhidi iqrar etməyə təklikdə kifayət etməz.
Buna görə də sair dinlərdə müsəlmanların sitayiş etdiyi mə’buda işarə edilərkən “Allah” adı dilə gətirilir, çünki, Pərvərdigarı Allah adı ilə vəsf etmək yalnız müsəlmanlara məxsusdur.
“ƏRRƏ HMANİR-RƏHİM”-ALLAHIN ÜMUMİ VƏ XÜSUSİ RƏHMƏTİ
“Ər-rəhman” (bağışlayan) və “ər-rəhim” (mehriban) kəlmələri Allah-taalanın gözəl sifətlərindəndir və “rəhmət” kökündən alınmışdır.
Təfsirçilər arasında belə bir məsələ vardır ki, Rəh-man sifəti dedikdə Allahın ümumi rəhməti nəzərdə tutulur. Bu rəhmət həm dosta, həm düşmənə, həm mö’minə, həm kafirə, həm əməli salehə və həm də bəd əməl sahiblərinə şamildir. Bildiyimiz kimi, rəhmət yağışı ümumi şəkildə hamıya çatır, ne’mət süfrəsi hamı üçün açılmışdır, iman və təqva dərəcəsindən asılı olmayaraq bütün bəndələr həyatın müxtəlif ne’mətlərindən bəhrələnir və öz ruzilərini Allahın sonsuz və tükənməz bərəkət süfrəsindən götürürlər. Bu Allahın bütün varlıqları əhatə edən ümumi rəhmətidir ki, hamı o ne’mətə qərq olur.
Amma rəhim sifəti, Allahın xüsusi rəhmətinə aid olunur. Bu rəhmət onun əmrlərinə, fərmanlara itaət edən saleh və müti bəndələrinə şamildir. Onlar öz iman və saleh əməlləri nəticəsində aludə və ləyaqətsiz insanların məhrum olduğu xüsusi ehsan, bəxşiş və rəhmətdən bəhrələnməyə layiq görülmüşlər.
Bu məsələnin yeganə şahidi bu ola bilər ki, Rəhman kəlməsi Quranın hər yerində qeydsiz gətirilmişdir və bu da onun ümumi olmağını çatdırır.Amma rəhim kəlməsi bə’zi hallarda, özü də qeyd ilə gətirilmiş və xüsusi rəhmət olmasını çatdırır:
“Allah mö’minlərə qarşı rəhimdir.”
Bə’zi yerlərdə isə “Həmd” surəsində olduğu kimi, qeydsiz gətirilir. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə buyurulur:
“Allah bütün varlıqların mə’bududur, bütün məxluqata Rəhman, mö’minlərə qarşı Rəhimdir.”
Biz işlərimizi Allahın adı ilə, geniş rəhmətilə başlayarkən, Onun tükənməz rəhmətindən, ümumi və xüsusi mərhəmətindən imdad diləməliyik.
Çünki, cazibə qüvvəsi kimi ümumi və cahanşümul olan, qəlbləri bir-birinə mehriban və ülfətli edən qüvvə, məhz rəhmət sifətidir. Məxluqatı Xaliqlə əlaqələndirmək üçün bu sifətdən imdad diləmək lazımdır. Buna görə də həqiqi mö’minlər “Bismillahir-rəhmanir-rəhim”-deməklə işləri başlayır, qəlbini, ümidini hər yerdən kəsib yalnız Allah-taalaya ürək bağlayır, Ondan kömək istəyirlər. Allahın rəhməti genişdir, əhatəlidir, heç bir varlıq ondan məhrum deyildir.
“Bismillah”dan bu dərsi də gözəl şəkildə öyrənmək olar ki, Allah-taalanın işləri rəhmət əsasındadır, cəzalandırma isə istisna mahiyyəti daşıyır. Bu cəzalandırma üçün qəti səbəblər, şərtlər mövcud olmasa, mühakimə heç vaxt gerçəkləşmir.
“Covşən-kəbir” duasının 20-ci bəndində oxuyuruq:
“Ey Allah, ey rəhməti qəzəbindən yüksəkdə duran Varlıq!”
Bununla, Allah-taala insanlara da həyatda belə olmağı, işlərin əsasını rəhmət, mərhəmət və məhəbbət əsasında qurmağı, zor və güc tətbiq etməkdən isə yalnız zəruri hallarda istifadə etməyi tövsiyə edir.
Burada sözümüzü Peyğəmbərdən (s.ə.v.v) nəql olunan dolğun mə’nalı bir hədislə sona yetiririk: “Həqiqətən Allahın yüz rəhməti vardır və O, onlardan yalnız birini yer üzünə nazil etmiş və məxluqat arasında bölüşdürmüşdür. Məhz bu rəhmətlə insanlar bir-biri ilə ülfət, ünsiyyət bağlayır və rəhmli olurlar. Yerdə qalan doxsan doqquzunu isə Özü üçün saxlamışdır. Onların vasitəsi ilə Qiyamət günü Öz bəndələrinə rəhm edəcəkdir.”

Bismillahir-Rəhmanir-Rəhim (Təfsiri Fatihə)


Geri dön

Nuray2012

  • 9 aprel 2012 13:50
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Coox sagol Allah razi olsun

--------------------

Malikeshter

  • 4 aprel 2012 14:39
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
SAlamun Aleykum. Gozel tefsirdi, amma onu bashqa saytdan goturub istifade edende istinad vermek lazimdir, bele sheylerde diqqetli olsaniz shad olariq.

Dodaqdan Qəlbə

  • 3 aprel 2012 16:25
  • Məqalə: 6
  • Şərh: 291
  • Bal:
{awards}
Oxudum belə dəyərli və mənalə yaziya görə təşəkkürlər[
/b]

--------------------
♥ღHər ürəyin sevgisi fərqlidir, mənimkidə mənə görə gözəl və qiymətli..♥ღ

ANGEL LOVE

  • 3 aprel 2012 16:04
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun............

--------------------

_Sabina_

  • 3 aprel 2012 15:38
  • Məqalə: 0
  • Şərh: 435
  • Bal:
{awards}
Allah razi olsun.... xebere gore thank...

nar_18

  • 3 aprel 2012 14:58
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
Allah razi olsun ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Music Star

  • 3 aprel 2012 14:38
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Allahim razi olsun

--------------------

★Miss Love★

  • 3 aprel 2012 13:54
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
deуerli xebere gore sagol.ALLAH razi olsun!

C.I

  • 3 aprel 2012 13:38
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah sizden razi olsun..............

--------------------

RoMaNTiK SerSeRi

  • 3 aprel 2012 13:25
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
QƏŞƏNG XƏBƏRDİR TƏŞƏKKÜR EDİRƏM......!

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

✰Dгeaм✰

  • 3 aprel 2012 13:24
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

Els007

  • 3 aprel 2012 13:18
  • Məqalə: 227
  • Şərh: 532
  • Bal:
{awards}
twk.axira kimi oxumadim amma maraqli idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 36

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}