İmam Huseynin (ə.s.) qiyamını haram bilənlər

 
İmam Huseynin (ə.s.) qiyamını haram bilənlər

İmam Huseynin (ə.s.) qiyamını haram bilənlər . . . !

Səudiyyə Ərəbistanın böyük müftisi Şeyx Əbdül-Əziz Ali Şeyx Əl-Məcid aylıq jurnalında dərc olunmuş bir məqalədə bir qadının ona İmam Hüseyn(ə)-ın qiyamı barəsində verdiyi suala belə cavab vermişdir:

“Bu hadisənin vaxtı çoxdan ötüb keçmişdir. Onlar bir dəstə idilər ki keçib gediblər hər hansı pis və ya yaxşı iş görüblərsə özləri üçün etmişlər və həmçin siz də nə etsəniz özünüz üçün etmiş olarsınız və onların əməllərinə görə sorğu-sual olunmayacqsınız.

Yezid ibni Müaviyəyə olan beyət atası Müaviyəin dövründə alınmış və İsalmi şəriətə tam uyğun olan bir beyət idi. Eyni zamanda camaat da öz növbəsində ona beyət edib bu beyətə boyun əymişlər və bu beyəti qəbul etmişlər. O vaxt ki , Müaviyə dünyadan getdi Hüseyn ibni Əli(ə) və Abdulla ibni Zubeyr ona betət etməkdən imtina etdilər,bununla onlar Yezidə beyət etməməkdə xəta(günah) etdilər. Çün ki yezidə olan beyət İsalmi şəriətə uyğun olan bir beyət idi və bu beyət atası Müaviyənin dövründə bütün camaatın gözü qabağında olmuşdur, amma Allah öz təqdir etdiyi işələrə(yəni ölcüb-biçdiyi işlərə) Həkim və Əlimdir(yəni bütün bu işlər hikmət və elm üzündən və bu əsasda olmuşdur).Ümmətlər Allahın təqdirinə görə keçib getmişlər və dünyadan köçmüşlər.

Sizi and verirəm Alaha! Mən istəmirəm ki, bu mətləbləri mənim tərəfimdən nəql edəsiniz.Bunlar elə məsələlərdir ki, onların dövrü ötüb keçmişdir.Tarixdə də bu mətləblər barədə müxtəlif şəkillərdə rəvayətlər olmuşdur, amma rəvayətlər hər şəkildə olur-olsun artıq bu hadisələr ötüb keçmiş və bitmişdir.... Yezid və İmam Huseyn(ə) 1000 ildən çoxdur ki, dünyadan köçüb getmişdilər.

Ancaq mənim əqidəmə görə Yezid ibni Müaviyəyə olan beyət İslam şəriətinə uyğun olmuşdur və İmam Hüsüyn(ə)-n özünə nəsihət etdilər ki, Mədinədən İraqa tərəf getməsin vəYezidə beyət etsin. Amma İmam Hüseyn(ə) bu nəsihətləri və beyəti qəbul etmədi. Abdullah ibni Abbas, Abdulla ibni Ömər, şair Fərəzdəq və səhabələrin bir çoxu onu, yəni İmam Hüseyn(ə)-ı İraqa tərəf getməkdən çəkindirmişlər və ona demişdilər ki, İraqa tərəf getmək onun xeyrinə deyil və ona məsləhət deyil. Amma İmam Hüseyn(ə) bu nəsihətləri qəbul etmədi. Allah da nəyi müqəddər (təqdir) etdisə o da oldu və baş verdi. Buna baxmayaraq biz Allahdan İmam Hüseyn(ə) üçün onu bağışlamağını və ondan razı olmasını istəyirik.Allah təqdirinin hikmətləri(mənaları) vardır ki, biz onlardan agah deyilik.
Bu mətləbləri nəql etməyin nə faydası vardır ki, İmam Hüseyn (ə) nə səhv edibsə özü üçün etmişdir.

Əhli-sünnə və cəmaət məzhəbinin əqidəsi budur ki, o kəsə ki, beyət edilib və camaat da onun ətrafına toplaşıbdırsa vacibdir ki, onun fərmanlarına və əmrlərinə tabe olsun və ona itaət etsin.Eyni zamanda ona qarşı qiyam edib itaətsizlik göstərmək isə haramdır. Bu üzdən İmam Hüseyn(ə)-ın Yezidə qarşı qiyamı haram idi.
Biz deyirik: İmam Hüsüyn (ə) Yezidə qarşı qiyam etməsilə səhv etmişdir və onun üçün yaxşı olardı ki, bu işi ğörməyəydi və Mədinədə qalıb camaata qoşulması daha yaxşı və daha gözəl olardı.Nə qədər ona dedilərsə ki, İraq camaatı sənə yoldaş və tərəfdar deyil qulaq asmayib fikir vermədi.

Həqiqət budur ki, İraq Şam(indiki Suriyanın paytaxtı Dəməşq şəhəri) Misir, Hicaz və Yəmən camaatı Yezid ibni Müaviyə ilə onun atası zamanında beyət etmişdilər və onun rəhbərliyini qəbul etmişdilər. Buna əsasən də ona qarşı qiyam və onun xəlifəliyinə qarşı çıxmaq caiz (yəni icazəli) deyil. Bununla da mən sözümü tamamlayıram. Bundan da artıq heç bir söz deməyəcəyəm və bundan da başaq heç bir şeyə əqidəm yoxdur”.

Allaha pənah aparıram yaratdıqlarının şərrindən!
Allahın salamı olsun hidayət yolunun yolçularına . . !


Geri dön

C.I

  • 23 aprel 2012 14:28
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
Allah razi olsun...............

--------------------

Nuray2012

  • 9 aprel 2012 13:51
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler xebere gore Allah razi olsun

--------------------

.♣.Chrysalis.♣.

  • 3 aprel 2012 20:09
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Allah razi olsun twk

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

J ♥ S

  • 3 aprel 2012 18:40
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Allah razi olsun. teekkur

--------------------
J & S ∞♥....

✰Dгeaм✰

  • 3 aprel 2012 18:07
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

Music Star

  • 3 aprel 2012 17:30
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Allah razi olsun tesekkurler

--------------------

★Miss Love★

  • 3 aprel 2012 16:43
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli xebere gore тewekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 61
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}