Allah rizasına!

 
Allah rizasına!

Evə gedirdim. Metronun yanında hər zamankı kimi bir iki dilənçi dururdu.
Sakit dilənçilərdilər. Heç nə demirlər və heç kimə də yalvarıçı nəzərlərlə baxmırlar.
Onlara hamı oyrəşib. Hətta birini görməyəndə - Yəqin yazıq xəstələnib, - deyə düşünürəm.
Amma bir dəfə mənə bir qadın yaxınlaşdı.
Qadın geyimindən lap da elə dilənçiyə oxşamırdı. Düzdür onlar da indi çox cırıq-cındır geymirlər, çünki polislər metroya, keçidlərə qoymur belələrini.
Və bilmirəm fikir vermisinizmi, maskirovka üçün adi abırlı, səliqəli geyimli dilənşilərə daha çox rast gəlinir axır vaxtlar.
Nəisə, qadın konkret az olmayan bir məbləğ deyərək pul istədi və dedi ki, bu onun azyaşlı xəstə qızı üçündür.
Çantamı aça-aça xəstəliyini soruşdum, qanazlığıdır - dedi, - yerindən qalxa bilmir.
Gənclərin və körpələrin xəstə olması mənə hər zaman həddindən artıq pis təsir edir və mən bu pulu tərəddüdsüz verdim.
Hərçənd ki, anam mənə, avam olma, bu pullar savaba yazılmır deyir. Onların əlindən alırlar, bu bir mafiyadır deyir.
Mən də bilirəm ki, bir çoxları adamlardan pul qoparmaq üçün müxtəlif qiyafə və formalara girirlər.
Uşaqlı qadın formasında, gözləri kor adamı gəzdirərək və ya şikəst cildində camaatın ürəyini yumşaltmağa çalışırlar.
Amma həmin anda niyəsə heç nə yadıma düşmədi. Gözlərim dolmuş ürəyimdə uşağa şəfalar diləyərək getdim.
Qadından isə düzü xoşum gəlmədi, içən insan təsiri bağışladı mənə.

Allah rizasına!

Bir neçə gün sonra yenə həmin qadına rast gəldim. Yanında da bir qız uşağı, yenə bir qıza yaxınlaşıb pul istəyirdi.
Uşağa baxmaq istədim və yaxınlaşarkən bu dəfə "astma" diaqnozu eşitdim.
Uşaq isə əməlli başlı sağlam uşaq kimi görünürdü. Qanazlığından heç bir əlaməti yox idi.
Həm də diqqətimi bir şey çəkdi, uşaq gözlərini yuxarı qaldırmırdı, anasının qolundan bərk-bərk yapışmışdı.
Elə bil nədənsə utanırdı. Axı deyirlər uşaqlar yalan danışa bilmirlər.
Birdə ki, uşaqlar böyüklərin yalanından daha çox utanırlar.
Qadın mənə sarı da çevrildi, amma görünür tanıdı və heç nə demədən qızını darta-darta uzaqlaşdı.

Allah rizasına!

Bəlkə bir vaxt o qadının sifətini də, verdiyim pulun məbləğini də unudacam.
Amma o uşağın üzündəki ifadəni heç vaxt unuda bilməyəcəm.
Kaş, bu utancaqlıq hissini, abrı və həyanı unutmamış, böyüyüb özü də fırıldaqçıya çevrilməmiş kimlərsə ona və yüzlərlə belələrinə yardım edəydi!


Geri dön

✰GlaMurKa✰

  • 16 fevral 2012 00:10
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
cox maraqli idi tesekkurlerrrr

NELLY19

  • 1 avqust 2011 14:18
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tewekkur edirem cox sagol

nilayka

  • 1 may 2011 18:41
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maragli yazidi tewekkur

--------------------

Sergio Ramos

  • 28 dekabr 2010 02:50
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
axıra kimi oxudum maraqlı idi məndə bəzən pul verirəm dilənçilərə amma hamısna yox

--------------------

_M_E_H_I_

  • 3 noyabr 2010 16:38
  • Məqalə: 161
  • Şərh: 114
  • Bal:
{awards}
Cox sag olun

--------------------
(●̮̮̃•̃) (●̮̮̃•̃)
/█\♥ /█\ LOVE FOREVER ...

๖ۣۜ ~ I )̲̅ζø̸√̸£ ч̸ø̸µ ~ ๖ۣۜ

Ulya

  • 2 noyabr 2010 19:41
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqli hekayedi.twk

sevgi yalandir

  • 2 noyabr 2010 19:28
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler love love

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Yusif

  • 2 noyabr 2010 19:08
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
saq ol xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}