Sahibsiz sevgi məktubu.

 
Sahibsiz sevgi məktubu.

Sahibsiz sevgi məktubu.

Bilirəm oxumayacaqsan, amma yenə də yazıram. Oxumayacaqsan, çünki göndərməyəcəm. Bəlkə otağımın bir küncündə, bəlkə geymədiyim bir köynəyin cibində tapacaqlar illər sonra. Kimisi sevgi məktubu deyəcək, kimisi ümid dolu bir məktub... Kimisi cümlələrin qəlbən yazılışına heyran qalacaq, kimisi sualların sərtliyi ilə təsirlənəcək... Hal-hazırki bir kağız olmayacaq indi əlimdə tutduğum kağız. Bəzi hərflər oxunmayacaq, bəzi sorğu işarələri də həmçinin. Kimisi sorğularımı xəyallar kimi anlayacaq. Nöqtələrim belə silinəcək. Bu gün bitirdiyimi sandığım bir çox xatirələrdən bitməmiş cümlələr qalacaq illər sonra... Səni hökmən suçlayacaqlar. Mənim özümü günahlandıran ifadələrimdən belə, mənə acıyan çıxacaq. Bu məktubumu oxuyanlar sənin gözəl olduğuna dair hökm edəcəklər. Hətta gözəl belə deyilsən anlamlı olduğunda həmfikir qalacaqlar. Səni sevdiyimi düşüncələrinə belə gətirməyəcəklər. Amma sənin məni sevib sevmədiyin məsələsində biri-biriləriylə mübahisəyə girəcəklər. Sən oxumayacaqsan, amma oxuyacaqmışsan kimi yenə də yazıram. Yazdıqdan sonra cırıb atmağı da düşünürəm. Amma ağlımda başqa fikir. Amma xeyir, saxlayacam. Oxumamış olsan da kəlmələrimi sevdiyimi bilirsən. Sevdiyim üçün, mənim sənə bu məktubu yazdığımı hiss edəcəyini bilirəm. Mən yazarkən içinin ürpəkdiyini, gülən üzünün hüznləndiyini, danışan dilinin susqunlaşdığını, ağlının qarışdığını, qəlbinin həyəcanla atdığını hiss edirəm. Bəlkə sırf bu səbəbdən yazıram. Sanki bu yazılarımla sənə toxunuram. Sanki kağızı qatlamaq deyil, sənə sarılıram. Məktubu saxlamayıb sanki səni unutmağa çalışıram. Xeyir, oxumayacaqsan. Göndərməyəcəm, çünki adresin yoxdur. Bəlkə poçtalyona versəm səni tapar. Amma öncə məni çox yaxşı tanıması gərək. Mənim də onu. Tanıması kifayət etməz məni anlaması da həmçinin şərt. Mənim də onu. Mənim üçün sənin necə anlam ifadə etdiyini yaxşı bilməsi gərək. Bilməlidir ki, səni tapa bilsin. Bilməlidir ki, səni tapmaq ayaqlarını yormasın, ağlını çaşdırmasın. Bu məktubu göndərməyəcəm. Çünki sahibini bilmirəm. Səni sevirəm amma kimsən bilmirəm. Nə üzünün simasını, nə səsinin tonunu, nə oturduğun evin mənzərəsini. Hansı vurğuyla çıxar dilindən sevgin? Hansı rəngləri sevirsən? Məktub alınca nə hiss edərsən? Səni qorxudan bir qapı zənginin səbəbi olmaq istəmirəm. Mənim necə biri olduğumu sən zənn edə bilməzsən. Bu məktubu göndərməyəcəm. Çünki mən yoxam. Göndərməyəcəm... Çünki sən də yoxsan!


Geri dön

RADUQA

  • 14 oktyabr 2011 01:11
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
TEWEKKUR....MARAQLI YAZIDIR....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

ozlem2010

  • 13 aprel 2011 20:17
  • Məqalə: 0
  • Şərh: 539
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

Irane

  • 7 yanvar 2011 02:50
  • Məqalə: 8
  • Şərh: 648
  • Bal:
{awards}
tewekkurer

--------------------

Sergio Ramos

  • 25 dekabr 2010 02:27
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
müəllifə təşəkkür

--------------------

Ulya

  • 1 noyabr 2010 22:21
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
twk

R_O_M_A

  • 1 noyabr 2010 16:36
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
movzuya gore sagol

--------------------

Kisa_Kiss

  • 1 noyabr 2010 16:03
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
Çünki sən də yoxsan! recourse

--------------------

sevgi yalandir

  • 1 noyabr 2010 15:59
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tewekkurelr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 53
Cəmi: 69

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 45
Cəmi: 866
 
Limon qoxusu
Xəbərləri: 44
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 16
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}