Azərbaycan Ədliyyə Nazirliyi uşaqlara ad qoyulması ilə bağlı tövsiyələr verib

 
Azərbaycan Ədliyyə Nazirliyi uşaqlara ad qoyulması ilə bağlı tövsiyələr verib

Azərbaycan Ədliyyə Nazirliyi yeni doğulan uşaqlara ad qoyarkən milli adlara üstünlük verilməsini tövsiyə edir.Nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov Trend-ə bildirib ki, valideynlər uşaqlara ad qoyan zaman Azərbaycan dilinin böyük izahlı onomostik lüğətindən istifadə edərək ad seçimi edə bilərlər. Onun sözlərinə görə, həmin lüğətdə hər bir adın mənası, hansı dildən götürülməsi, yeni və ya arxaik olması barədə məlumatlar qeyd olunub.

“Yaxşı olar ki, valideynlər övladlarına ad qoyarkən bu lüğətdən istifadə etsinlər, milli adlarımıza üstünlük versinlər. Hər bir valideyn elə ad seçməlidir ki, həmin ad gələcəkdə uşağın cəmiyyətdə formalaşmasına mane olmasın, həmçinin daşıdığı ada görə onun xəcalət çəkməsinə səbəb olmasın”, - Soltanov deyib.

İdarə rəisinin sözlərinə görə, valideynlər tərəfindən övladlara gülüş doğuran, çətin tələffüz olunan adların qoyulması ilə bağlı müraciətlər çox olur.

Bu halda valideynlərlə söhbətlər aparılır və yanlış ad seçimi etdikləri izah olunur.

“Valideynlərə dəfələrlə izah edirik ki, bu adlar bizə yaraşmır. Övladlarına belə adların qoyulması gələcəkdə həmin uşaq üçün problemlər yaradacaq. Bu ada görə ona güləcəklər, lağ edəcəklər. Bəzən valideynlər bizim fikirlərimizlə razılaşmır və istədikləri adı qoymaqda israr edirlər. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələrində mümkün qədər belə adların verilməməsinə çalışırıq. Bu, çox hallarda vətəndaşların narazılığına səbəb olur. Hüquqlarının pozulduğunu iddia edirlər”, - Soltanov vurğulayıb.

İdarə rəisi deyir ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

“Bu halda valideynlər məhkəməyə müraciət edir və istədikləri adı qoymaq istəyirlər. Bir neçə il əvvəl Səddam Hüseyn adının qoyulması üçün bizi məhkəməyə də vermişdirlər”, - Soltanov qeyd edib.

O, son illər vətəndaşlar tərəfindən xarici teleseriallardakı adlara üstünlük verildiyindən narazılıq bildirib.

“Bu yaxınlarda bir nəfər müraciət edərək Hindistan teleserialında sevdiyi personajın adını bacısı qızına qoymaq istədi. Uşağın adını Suşila qoymaq istəyirdi. Uşaqlarına xarici adlar qoymaq istəyənlər çoxdur. Bunlar daha çox xarici ölkələrlə əlaqəsi olanlar, orada müvəqqəti yaşayanlardır”, - nazirlik rəsmisi deyib.

Mehman Soltanov uşaqlara onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adların qoyulmasını bəzi vətəndaşların savadsızlığı, əvvəllər belə adların qoyulması ilə bağlı heç bir məhdudiyyətin olmaması ilə əlaqələndirir.

Xatırladaq ki, ötən il Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə qərar verib.

Həmin qaydalara görə, uşaqlara onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adın verilməsinə yol verilmir.


Geri dön

Tatyana

  • 11 aprel 2012 19:29
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
bura bele haradi goren

C.I

  • 8 aprel 2012 19:56
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
uwaqa ad vereken cox seyi nezere almaq lazimdir mencede bele etse hami yaxsi olar tskler..........

--------------------

Ku-ku

  • 4 aprel 2012 17:35
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
tam wekilde raziyam milli deyerler tapdalanmamalidir

--------------------

✰GoLd GirL✰

  • 4 aprel 2012 16:37
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Cox sag olun .Maraqli xeber idi.Heqiqeten de bu fikirlerle raziyam........

EnD of TiMe

  • 4 aprel 2012 15:52
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler xebere gore.....

★Miss Love★

  • 4 aprel 2012 13:56
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
mencede uwaqa ad verende duzgun secim eтmez lazimdir.Axi uwaqa gelecekde uтanacaqi adlar qoуmaq ne уe lazimdiki normal adlar qoуmaq daha duzgundur.xebere gore тewekkurler

Music Star

  • 4 aprel 2012 13:45
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Maraqli idi teşekkurler

--------------------

✰Dгeaм✰

  • 4 aprel 2012 13:39
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqlidi.Ellerine sagliq.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}