Overlander Motorhomes şirkəti VW Transporter Doubleback təqdim edir

 
Əgər siz uzaq səyahətlər və təbiət qoynunda gecələmək həvəskarısınızsa, o zaman Overlander Motorhomes Britaniya şirkətinin yeni Doubleback təklifinə diqqət verməyinizə dəyər. Şirkət seriya Volkswagen Transporter T5 avtomobilini təkərlər üzərində əsl ev kimi yeni avadanlıqlarla təchiz etməyi təklif edir. Avtomobilin bəzi özüyeriyən və ya yedəyə qoşulan təkər üzərində evlər kimi böyük qabarit ölçülərinə malik olmaması heç bir problem yaratmır. Axı ingilislər unikal transformasiya üsulu tapıblar ki, onun vasitəsilə furqonun daxili məkanı təxminən iki dəfə böyüyə bilir.
Qeyd edək ki, məkanı böyütmək üçün müxtəlif transformasiya üsulları yeni deyil, lakin siyirmə arxa hissə özünəməxsus yenilikdir. Seriya mikroavtobusunu əlavə Doubleback "otağı" ilə təchiz etmək təklif edilir. Həmin otaqda iki nəfərlik çarpayı, onun da altında isə müxtəlif idman və s. ləvazimat üçün yer var. Bu "əlavə tikili" 45 saniyə ərzində özü-özünə arxaya sıyrılıb çıxır və bunun üçün heç maşını saxlamağa da ehtiyac yoxdur. Bu konstruksiya furqonun çəkisini cəmi 130 kq artırır və yığıldıqda çox kiçik daxili məkan tutur. Əvəzində isə sizin üçün özünüzlə çadır daşımağa və ya oteldə gecələyib haqqını ödəməyə ehtiyac qalmır.
Avtomobilin içərisində ayaq üstə rahat dura bilmək üçün onun tavanını bir qədər qaldırmaq mümkündür, daha artıq rahatlıq üçün isə qabaq kürsülər (sürücü və sərnişin kürsüləri) üzü salona tərəf dönə bilir. İçəridə soba və kiçik mətbəx və qab yumağa yer, dolab və stol və oturacaqlardan ibarət yeməkxana var. Arxaya çıxan yataq otağı avtomobilin uzunluğunu 195 sm artırır və 600 kq yük tuta bilir.
Təkərlər üzərində açılıb-yığılan ev alıcıya 87 975 dollara başa gələcək. Bundan əlavə Overlander Motorhomes şirkəti alman maşınını artıq buna qədər alanlar üçün Doubleback modulunun sifariş edilməsini və quraşdırılmasını təklif edir. Təkərlər üzərində belə açılıb-yığılan evin üstünlüyü ondadır ki, yığıldıqda o adi avtomobil kimi görünür və bu üzdən gündəlik işlərin dalınca sürməyə də yarayır.


Geri dön

Воровской

  • 10 aprel 2012 17:10
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
sagollllllllllllllllllllllllll((((((((((((((((

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

_Sabina_

  • 4 aprel 2012 15:23
  • Məqalə: 0
  • Şərh: 435
  • Bal:
{awards}
xebere gore thank...

Nuray2012

  • 4 aprel 2012 15:22
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

EnD of TiMe

  • 4 aprel 2012 15:12
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
tesekkurler xebere gore..cox xosum gelmir..

Pink World

  • 4 aprel 2012 15:05
  • Məqalə: 11
  • Şərh: 1280
  • Bal:
{awards}
Masinlara elede maragim yoxdu ama yenede xebere gore tesekkurler

--------------------
OZUNU BAHALI GOSTERME
SENE ENDIRIMLI GUNLERINI XATIRLADARAM!!!

✰Dгeaм✰

  • 4 aprel 2012 14:01
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Superdi.Tesekkurler.

Music Star

  • 4 aprel 2012 14:01
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
xebere gore twk ilk rey menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}