Dinin əsasları-üçüncü dərs

 
Dinin əsasları-üçüncü dərs


ÜÇÜNCÜ DƏRS

PEYĞƏMBƏRLƏRƏ MƏXSUS SİFƏTLƏR


Hər bir peyğəmbər, Allah tərəfindən ağır və məs`uliyyətli bir vəzifəni öhdəsinə aldığına görə aşağıdakı bə`zi sifətlərə malik olmalıdır:

1 - ŞÜCAƏT: Peyğəmbər zalimlərin müqabilində heç bir qorxu və zəiflik göstərməli deyil. Müsibətlər və hədə-qorxulardan çəkinməməlidir.

2 – DOĞRU VƏ DÜZ DANIŞAN: Ona görə ki peyğəmbər Allahın dinin və şəriətin həml edir. Belə olan halda peyğəmbərin düz və doğru danışan olması vacibdir. Başqa tərəfdən yalançının din risalətini öhdəsinə alması düzgün deyil və insanlar heç vaxt belə şəxsi təsdiqləməz.

3 - ƏMANƏTDAR:
Peyğəmbər Allahın göndərdiyi dini və hökmləri olduğu kimi dəyişmədən insanlara çatdırmalıdır. Peyğəmbər Xaliqinə xəyanət etməməlidir.

4 – ALLAHA BƏNDƏÇİLİK VƏ İTAƏTDƏ MÖHKƏM OLMALIDIR: Bununla da insanlar ona tamamilə tabe olsunlar, onun əmr və göstərişlərinə əməl etsinlər. əgər peyğəmbər Allaha qarşı günah etmiş olsa başqaları da günaha meyl etmiş olarlar.

Bütün bu səbəblərə görə deyirlər ki peyğəmbər mə`sum (günahsız) olmalıdır. Mə`sum, bir adətdir ki, onun sayəsində insan imanında möhkəm olur və Allaha qarşı günah etməkdən çəkinir.
MÖ`CÜZƏ
Peyğəmbərlər Allah-taalanın dinini və hökmlərini insanlar arasında yayırlar. Həmin səbəbdən peyğəmbərlik iddiası elə bir dəlillə (məs. mö`cizə) olmalıdır ki, o şəxsin sözünün doğruluğuna və Allah-taala ilə rabitəsinə tam şəkildə və şəkksiz dəlalət etsin.
Mö`cüzə: elə bir şey və ya hadisənin baş verməsidir ki, onunla peyğəmbərin peyğəmbərliyi sübuta yetir və adi insanlar o işi görməkdə acizdirlər.
Əgər peyğəmbərin peyğəmbərlik iddiası mö`cüzə ilə birgə olmasa, onda Allah-taalanın göndərdiyi həqiqi peyğəmbərlərlə, Müseyləmə və Əsvəd Ənəsi kimi özlərinə məqam qazanmaq niyyətində olan yalançılar, şöhrətpərəstlər və sairləri ayırmaq mümkün olmaz.

PEYĞƏMBƏRLƏRİN MÖ`CÜZƏLƏRİNDƏN NÜMUNƏ


1 - Allah-taalanın peyğəmbəri həzrət İbrahim (əleyhissalam)-ın zamanında Nəmrud adlı yolunu azmış bir kafir var idi. Elə ki, İbrahimin (əleyhissalam) peyğəmbərlik və Allah-taala yoluna təbliğat iddiasını eşidir onu çağıtdırır və ondan Allah-taalanın qüdrəti barəsində sorğu-sual edir. İbrahim (əleyhissalam) deyir: Allah-taala həm dirildir, həm də öldürür. Nəmrud cavab verir: Mən də həm dirildir və həm də öldürürəm. Bu mə`nada ki, ölüm hökmü oxunmuş bir şəxsi əfv edirəm və onu ölümdən azad edib diri saxlayıram. Amma, sağ insana da ölüm hökmü verib onu öldürürəm. Bu sözün müqabilində necə ki, Qur`anda nəql olunur, İbrahimlə (əleyhissalam) əhvalat belə olur:

أَلَمْ تَرَ إِلَى الَّذِي حَآجَّ إِبْرَاهِيمَ فِي رِبِّهِ أَنْ آتَاهُ اللّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِـي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِـي وَأُمِيتُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
“(Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür", - dediyi zaman, o (Nəmrud): "Mən də həm dirildir, həm də öldürürəm", - demişdi. İbrahim ona: "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" - dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz!”
İbrahimin (əleyhissalam) sözü önündə mat qalıb cavab tapa bilməyən Nəmrud qərara alır ki, onu öldürməklə intiqamını alsın. Necə ki, bütün zalim və ədalətsiz hakimlərin adəti belədir. Qərara alır ki, İbrahimi (ə) odda yandırsın. Bununla həm ürəyi soyusun, həm də əhalini İbrahimin təbliğ etdiyi Allah-taalaya iman gətirməkdən qorxutsun. Çoxlu odun yığdırıb od vurur. İbrahimi (əleyhissalam) oda atdırır. Amma Allah-taala Nəmrudun yandırdığı atəşi İbrahimə (əleyhissalam) soyuq etməklə ona ölümdən nicat verir. Qur`an bu barədə belə nəql edir:

قُلْنَا يَا نَارُ كُونِي بَرْداً وَسَلَاماً عَلَى إِبْرَاهِيمَ

“ Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)" - deyə buyurduq.”
Beləliklə, İbrahimin (əleyhissalam) bu şəkildə atəşin içindən xilas olması onun peyğəmbərliyinə dəlalət edən mö`cüzə sayılır.

2 – Allah-taala Öz peyğəmbəri həzrət Musa ibn İmranı (əleyhissalam) Öz risaləti ilə Firon və tayfasına peyğəmbər göndərib onları Allah-taalaya ibadət edib iman gətirməsinə də`vət etdikdə ona bir neçə mö`cüzə də verdi. O mö`cüzələrdən ən mühümlərindən biri Musanın (əleyhissalam) əsası idi. Belə ki, Musa (əleyhissalam) əsanı yerə atdıqda o böyük bir əjdahaya çevrilib ətrafdakıları qorxudur. Firon elə başa düşür ki, bu hadisə Allah-taala tərəfindən yox, bəlkə də Musanın (əleyhissalam) öz sehridir. Ona görə də Misirdə olan bütün sehirbazları cəm edir və onlara əmr edir ki, Musanın (əleyhissalam) müqabilində bütün sehr və cadularını işə salsınlar. Onlar da əllərində olan aldadıcı iplərini və cadularını işə salır və kəndirlərinə sehr oxuyub əhalinin gözü önündə yerə atırlar. Bu kəndirlər əhalinin gözü önündə ilan şəkilində görünür. Bu zaman Musa (əleyhissalam) da əsasını yerə atır və əsa böyük bir əjdahaya çevrilib bütün bu ipləri və əşyaları udur. Elə ki, sehrbazlar bunu görür anlayırlar ki, Musanın (əleyhissalam) bu işi sehr deyildir. Həqiqətən o, Allah-taala tərəfindən olan bir mö`cüzədir. Bununla da əhali və sehirbazların hamısı Musaya (əleyhissalam) inanır və Allah-taalaya iman gətirirlər. Qur`an bu hadisəni belə nəql edir:

فَلَمَّا جَاء السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْراً إِن كُنَّا نَحْنُ الْغَالِبِينَ (41) قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذاً لَّمِنَ الْمُقَرَّبِينَ (42) قَالَ لَهُم مُّوسَى أَلْقُوا مَا أَنتُم مُّلْقُونَ (43) فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ (44) فَأَلْقَى مُوسَى عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ (45) فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ (46) قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ

“Sehrbazlar gələn kimi Fir’ona dedilər: "Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?" 42. (Fir’on) dedi: "Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!" 43. Musa onlara dedi: "(Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!" 44. Onlar iplərini və əsalarını yerə atıb: "Fir’onun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!" - dedilər. 45. Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu. 46. Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar. 47. Və dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə! “

3 –
Allah-taala həzrət İsa (əleyhissalam)-ı peyğəmbər göndərdikdə o həzrətə İncil kitabını da vermişdir. Bundan əlavə İsa (əleyhissalam)-a bir sıra mö`cüzələrdə verilmişdi. Onlardan biri budur ki, əlacsız xəstələri, anadangəlmə korları, karları, müxtəlif əlacsız dəri xəstəliklərini sağaldır, ən başlıcası ölüləri dirildirdi. Həmçinin, palçıqdan müxtəlif heyvanların cüssəsinin şəkilini düzəldib onlara üfürməklə Allah-taalanın izni ilə onlara can verirdi. Allah-taalanın izni ilə əhalinin evlərində nə və harda saxladıqlarını, nə etdiklərini qeybdən dəqiqliklə deyirdi.
Allah-taala Qur`anda bu hadisəni belə nəql edir:

وَرَسُولاً إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْراً بِإِذْنِ اللّهِ وَأُبْرِئُ الأكْمَهَ والأَبْرَصَ وَأُحْيِـي الْمَوْتَى بِإِذْنِ اللّهِ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ
“Və onu İsrail övladına peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: ) "Mən, həqiqətən, Rəbbinizdən sizə mö’cüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər mö’minsinizsə, bunda bir dəlil vardır.”

Dinin əsasları-üçüncü dərs


Geri dön

EnD of TiMe

  • 4 aprel 2012 15:57
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
Tesekkurler xebere gore......

_Sabina_

  • 4 aprel 2012 15:32
  • Məqalə: 0
  • Şərh: 426
  • Bal:
{awards}
Allah razi olsun xebere gore thank

Nuray2012

  • 4 aprel 2012 15:24
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore Allah razi olsun

--------------------

Malikeshter

  • 4 aprel 2012 14:43
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Salam Aleyke. Dinar Mamedova (uzr istiyirem naraha edirem). Dini movzuda sizinle bir mesele haqda meslehetleshmek istiyirem. Ozum www.Ceferiler.com saytinin rehberiyem. Saytda mektub yazmaq uchun 5 gun kecmelidir, imkan varsa meene elaqe yaratmaq uchun bir vasite deyerdiniz, chox xahish edirem. cox saq olun.

★Miss Love★

  • 4 aprel 2012 14:16
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
hamisini oxudum cox maraqli idi тewekkur edirem bele xeberlere gore

Music Star

  • 4 aprel 2012 13:59
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
Allah razi oslun

--------------------

✰Dгeaм✰

  • 4 aprel 2012 13:54
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Secilmislere elave etdim.Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 77
Cəmi: 106

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 57
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}