110 Ayə işığında Hz. Əli (ə.s.) - 21-30 Ayələr

 
110 Ayə işığında Hz. Əli (ə.s.) - 21-30 Ayələr

110 Ayə işığında Hz. Əli (ə.s.) - 21-30 Ayələr

21. “Həqiqətən Allah Adəmi (ə) Nuhu (ə) İbarahimi(ə) və İmran ailəsini aləmlərə(başçı) seçmişdir" (Ali-imran surəsi : 33)

Hakim Həskani Hənəfi Səkikdən belə rəvayət edir Abdullah ibn Məsudun mushəfindən (yəni onun yazdığı Qurandan) bu ayəni belə oxudum Həqiqətən Allah Adəmi (ə) Nuhu (ə) İbarahimi (ə) və İmran ailəsini və Muhəmməd (s.a.v.v.) ailəsini aləmlərə (başçı) seçmişdir. (“Şəvahidut-tənzil “c.1 , səh. 118-119)

22. “Doğrudan da Allah həm mənim Rəbbimdir, həm də sənin Rəbbindir. Ona ibadət edin doğru yol budur”( Ali-imran surəsi : 51 )
Hakim Həskani Hənəfinin rəvayətinə görə Peyğəmbər (s) İmam Əli (ə)-a belə buyurdu Ey Əli sən aydın və aşkar yolsan sən doğru yolsan və sən möminlərin yəsubusan( yəsub yəni bal arılarının padşahı). (“Şəvahidut-tənzil “c.1 , səh . 58)

23. (Nəsranilərə yəni xristianlara) de: “Gəlin biz də oğlanlarımızı siz də oğlanlarınızı, biz də qadınlarımızı siz də qadınlarınızı, biz də özümüzü siz də özünüzü çağıraq və sonra bir-birimizə qarğış edək və Allahın lənət etməsini yalançılara istəyək” ( Ali –imran surəsi : 61)

Fəxri Razi bu ayənin təfsirində belə rəvayət edir Həzrəti Peyğəmbər (s.a.v.v.) o gün (yəni qarğış günü) əyninə qara yundan toxunmuş bir əba geyinərək mübahilə (yəni qarğış) etmək üçün şəhərdən kənara çıxdı. Allahın Rəsulu (s.a.v.v.) sevimli və əziz nəvələrindən İmam Hüseyn (ə) böyük bir sevgi ilə qucağına almış və İmam Həsənin (ə) dərin bir məhəbbətlə və mehribancasına mübarək əllərindən tutmuşdu. Xanımlar xanımı Siddiqeyi-kubra Ümmul-möminin Fatimeyi-Zəhra (s.ə.) Peyğəmbərin (s.a.v.v.) ardınca böyük bir ruh yüksəkliyi və coşqu ilə Allahın şiri olan İmam Əli (ə) isə hər zamanda olduğu kimi üzü ağ və alnı açıq şəkildə iti və yenilməz addımları ilə böyük bir aramlıq və ürəklə Fatimeyi-Zəhranın (s.ə.) ardınca mübarək qədəmlərilə irəli addımlayırdı. Əziz Peyğəmbərimiz (s.a.v.v.) onlara bele buyurdu: Mən Allaha dua edərkən sizlər də amin deyin. Nəcran xristianlarının başçısı (Əskaf Nəcran) Peyğəmbər (s.a.v.v.) və onun Əhli-beytinin (ə.) uca əzəmətini gördükdə öz camaatına dönərək bele dedi: Mən elə çöhrələr görürəm ki, əgər Allahdan bir dağın yox olmasını istəsələr Allah qəbul edəcəkdir. Qətiyyən bunlarla mübahilə etməyin çünki həlak olarsınız. Beləki qiyamətə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz (Fəxri Razi “Təfsiru -kəbir” c.8 səh. 80)

Bu ayənin Əhli-beytin (ə.) fəzilətləri haqqında nazil olduğunu nəql edən mötəbər əhli-sünnə kitabları: 1) Nizaməddin Nişapuri“ Təfsir ğəraibul-Quran “: c . 3 , səh. 213; 2) “İyunut-təfsir səfhəl“ səh.67; 3) “Təfsirul-cəlaleyni“ c.1, səh.283; 4) “Mədarikul tənzil və həqaiqul təvil” c.1,səh.221; 5) ”Təfsirul-Məraği“ c.3,səh.171; 6) “Təfsirul–Vazih “ c.3,səh.58; 7) “Fütuhatul–ilahiyyat“ c.1,səh.283; 8) “Zadul Məsir “: səh.399; 9) “Təbirur-Rahmən“ c.1,səh.114; 10) “Təfsir Tacut-təfasir“ c.1,səh.61; 11) “Təfsir Əbi Suud“ c.1,səh.244; 12) “Muterekul Ərkan“ səh.562; 13) “Təfsirul Qurani Həkim“ c.3, səh.322; 14) Müslim “Səhih” c.7,səh. 120; 15) Tirmizi “Səhih”: c. 4 , səh. 293; 16) Əhməd ibni Hənbəl “Müsnəd” c.1, səh.185; 17) Hakim Nişapuri “Müstədrəkus-səsiheyn” c.1,səh.150; 18) Fəxri Razi “Təfsirul-məsir” c.8,səh.80;

Bu mənbələr xaricində onlarca təfsir kitablarında qeyd edilmişdir ki, Peyğəmbər (s.a.v.v.) mübahiləyə getmiş və özü ilə birlikdə İmam Əlini (ə.), Xanım Fatimeyi-Zəhra (ə.), İmam Həsən (ə.) və İmam Hüseyni (ə.) aparmış və bele buyurmuşdur: “Ey mənim Rəbbim! bunlar mənim Əhli-beytimdir”.

24. “Kim Allahdan bərk yapışsa artıq doğru yola hidayət olmuşdur” (Ali-imran, ayə 101)
Hakim Həskaninin rəvayətinə görə Cabr ibni Abdullah dedi ki , Peyğəmbər (s.a.v.v.) bele buyurmuşdur: Uca Allah Əlini (ə.), onun həyat yoldaşını və 2 oğlunu yaratdıqlarının üzərinə hüccət təyin etdi və onlar ümmətimin elm qapılarıdır. Kim onların vasitəsiylə hidayət olarsa ən doğru yola hidayət olar. (“Şəvahidut-tənzil”: c.1 , səh.58; “Yənabiul-məvəddət”: səh.63;

25. “Hamınız Allahın ipindən yapışın və firqələrə parçalanmayın...” (Ali-imran surəsi, ayə 103)
Əhli sünnə alimlərindən Qunduzi, Muhəmməd Səbban Misri, Şafei alimi Şəblənci və İbni Həcər belə rəvayət etmişlər: Həzrəti Peyğəmbər (s.a.v.v.) İmam Əlinin (ə) əlindən tutub “Ondan yapışın və bu Allahın möhkəm ipidir” dedikdən sonra yuxaridakı ayəni tilavət etdi, yəni oxudu ( “Yənabiul-məvəddət” səh.118-119; “Səvaiqul-mihriqə” səh.93). Bu ayənin İmam Əli (ə) və Əhli-beytin (ə) fəziləti haqqında olmasını bütün əhli sünnə alimləri nəql etmışlər.

1. Şəblənci “Nurul-əbsar” səh. 124;
2. Səbban Misri “Əsraful-rağibin” səh. 118;
3. İbn Həcər “Səvaiqul-muhriqə” səh.90;
4. Alusi “Ruhul - məani” c.4, səh.16


26. “Gərək sizdən xeyrə çağıran, yaxşılıqlara əmr edən və pisliklərdən çəkindirən bir camaat olsun və onlar nicat tapanlardır.” ( Ali-İmran, ayə 104 )
Hakim Həskani Hənəfinin rəvayətinə görə İmam Əli (ə) belə dedi: Salman Farsi mənə dedi: Ey Əbəl-Həsən! Mən və sən Peyəmbərin (s.a.v.v.) yanında olarkən Peygəmbər (s.a.v.v.) mübarək əlini belimə (kürəyimə) vuraraq (qoyaraq) bele buyurdu: Ey Salman! bu və tərəfdarları nicat tapanlardır. (“Şəvahidut – tənzil ” c.1 , səh. 68)

27. “Muhəmməd (s.a.v.v.) ancaq Alahın bir peyğəmbəridir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər, bəlkə o öldü və ya öldürüldü siz geri dönəcəksinizmi? halbu ki geri dönən şəxs Allaha heç bir zərər yetirə bilməz. Tezliklə Allah şükr edənləri mükafatlandıracaq”. ( Ali-imran surəsi : 144 )
Huzeyfə əl-Yəmani belə dedi: Uhud savaşında Peyğəmbər (s.a.v.v.) müşriklər ilə savaşa başlayanda səhabələr məğlub olduqlarını görüb qaçırlar. Peyğəmbərin (s.a.v.v.) yanında İmam Əli (ə) və Əbu Dücanə qalaraq peyğəmbəri (s.a.v.v.) müşriklərdən qorudular. Allah bu ayəni İmam Əli (ə) və Əbu Dücanə haqqında nazil etdi. (“Şəvahidut-tənzil” c.1, səh.136)

28. ”Kim dünya savabını istəsə ona verərik, kim axirət savabını istəsə ona verərik. Tezliklə şükür edənləri mükafatləndıracağıq”. ( Ali-imran, ayə 145)
İbn Abbas belə deyir: Uca Allah Quranın 2 ayəsində İmam Əlini (ə.) şükr edənlər deyə zikr etmişdir. (yəni Ali İmran, ayə 144-145) (“Şəvahidut-tənzil”: c.1 , səh. 136)

29. “Hər kim oddan uzaqlaşdırılıb cənnətə daxil edilsə mütləq muradına çatmış olur...” ( Ali-imran surəsi : 18)
Məğazilinin rəvayətinə görə həzrəti peyğəmbər (s.a.v.v.) belə buyurdu: Qiyamət günü olanda cəhənnəm körpüsünün üzərində bir yol vardır. İmam Əli ibni Əbi-Talibin (ə) vilayətini qəbul etməyənlərə bu yoldan keçmələrinə izn verilməyəcəkdir (yəni onlar keçə bilməyəcəklər). (Mənaqib “ibni Məğazili” səh. 242)
Bir çox hədis və təfsir alimləri bu hədisi qeyd etmişlər: 1)İbn Həcər Əsqəlani “Lisanul -mizan” c.1,səh.51; 2) Xarəzmi Şafei “Mənaqib Əli ibni Əbi-Talib (ə)” səh.253; 3)Muhibiddin Təbəri “Zəxairul-Uqbə” səh.71, “Ər-riyazun-nəzirə” c.2, səh.177; 4) Əhməd ibni Əbdullah İsfəhani “Əxbari İsfəhan” c.1, səh.342; 5) Zəhəbi Şafei “Mizanul-İtidal” c.1, səh.286; 6) Şazan Mənaqib Miət Mənaqib c.26, səh.11.

30. “...bu Allah yanında olan bir savabdır. Savabın yaxşısı Allah yanındadır”. (Ali-imran surəsi, ayə 195 )
Hakim Həskani bu ayəni bəyan və təfsir edərkən deyir ki, Peyğəmbər (s.a.v.v.) bu ayə haqqında İmam Əliyə (ə) belə dedi: “Ey Əli! bu ayədəki savab sənsən”. (“Şəvahidut-tənzil” c.1, səh.138)


Geri dön

★Miss Love★

  • 5 aprel 2012 14:15
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
deуerli xebere gore Allah razi olsun!

Priya

  • 5 aprel 2012 13:16
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Çox təşəkkürlər.Allah razı olsun.

--------------------




✰Dгeaм✰

  • 5 aprel 2012 12:38
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 75

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 49
Cəmi: 129
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 786
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}