"Oğru"nu möminə çevirmək bu qədər çətindirmi?

 
"Oğru"nu möminə çevirmək bu qədər çətindirmi?

Cümə günü idi.Camaat namazına gələnlər arasında bir gənc də vardı.Onu şəhərdə hamı tanıyırdı.Tanınmış oğru idi.İndiyədək məsciddə, hələ camaat namazında kimsə görməmişdi onu.O məsciddə ki, peyğəmbərimiz (s.ə.s.) də camaatla birlikdə namaz qılmaq üçün bura gələrdi.İndi həmin məsciddə, onunla eyni yerdə bir oğrudamı namaz qılacaqdı?Buna imkan vermək olmazdı.Namaza az qalırdı.Gənci məsciddən çıxarmaq lazım idi.Əshabələr belə düşünürdü...Onların öz-aralarındakı qızğın söhbətini dinləyən Peyğəmbər (s.ə.s.) gəncin məsciddən çıxarılmasına mane oldu:

-O gənclə işiniz olmasın.

-Axı, o bir oğrudur.İndiyədək çox oğurluq edib.Hələ üzü də var, sizinlə bir məsciddə namaz qılmağa.

-Namaz onu tərbiyə edəcək.Oğurluğu da tərgidəcək...

Bir neçə gün keçir.Gənc oğurluğuna hələ də davam edir.Eyni zamanda da camaat namazında məscidə gələr, namazını qılardı.Əshabələr yenə dözməyib soruşdular:

-Ya peyğəmbər, (s.ə.s.) siz ona rəhm etdiniz.Amma o heç tövbə belə etmədi.Yenə öz iş ilə məşğuldur.Utanmadan da gündüz bura namaza gəlir, gecə isə oğurluq edir.O çətin ki, düzələ...

-Siz səbr edin.Fikir verirsizmi, o gənc namazın vaxtını bir dəfə də ötürməyib.Həmişə vaxtında gəlir.Bu da onu göstərir ki, onu bura çəkib gətirən Allah xofudur.Sizə yenə deyirəm, namaz onu düz yola çəkəcək...

...Bir müddət də keçir..Adamların düz yola gələcəyinə inanmadığı, lənətlədiyi o gənc artıq"köhnə peşəsi"nin daşını atır.Oğru gənc mömin gəncə çevrilir.Onu dəyişən tək namaz deyildi.Daha çox peyğəmbərin (s.ə.s.) inamı, ona güvənməsi oldu..

Bu gün aramızda dəyişməyə can atan o qədər belə "oğru"lar var ki...Birisi mal oğrusu, o biri xoşbəxtlik oğrusu, digəri can oğrusu...Dəyişmək istəsələr də tərəddüd içindədirlər.Daxilindəki xeyirlə şərin mübarizəsi uzanır.Yaxşı nəsə etməyə çalışırlar, pisliklə nəticələnir.Ayaqları yenidən büdrəyir.Və bu zaman ətrafında onun bu çırpınışını, mübarizəsini laqeydcəsinə izləyənlərsə belə deyir:"Görürsüzmü, mən deyən oldu.Demişdimmi sizə, o düzələn deyil.Qozbeli qəbir düzəldər.Cəhənnəmə düşəcək o.Artıq orda yeri hazırdır".Halbuki tərəddüd içində, səhvlərilə birlikdə yıxıla-dura, addımlamağa çalışan həmin "günahkar" insanlara sadəcə kiçik bir təkan lazımdır.Əl uzadıb onları yerdən qaldırmağa kömək etməmiz gərək ki, təkbaşına apardığı mübarizəsində ona güc verə bilək.Bir günahkarı möminə çevirə bilmək bu qədərmi çətindir?Bunun üçün peyğəmbərmi olmamız gərək?

"Oğru"nu möminə çevirmək bu qədər çətindirmi?


Muellif: Gulshen Qarashova (qadin.net)


Geri dön

stefani_111

  • 10 aprel 2012 02:47
  • Məqalə: 0
  • Şərh: 137
  • Bal:
. . . .ALLAH bendelerine onun yolunda olmagi ucun bize guc, sebr, irade versin inwallah. . . .

--------------------
imza: MEN!!!

musi123

  • 5 aprel 2012 22:59
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
eyib olsun ki yazilari ogurlayib derc edirsiniz

★Azerbaijan girl★

  • 5 aprel 2012 20:17
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
hee milana gulsen xanimdi yadimdan cixdi adini yazmadim:(

★Miss Love★

  • 5 aprel 2012 13:26
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
cox gozel meqaledir ,dogurdanda namaz,iman insani bir cox weуlerden cekindirir,pis verdiwlerini тergidmeуe sovq edir...тewekkurler

Nuray2012

  • 5 aprel 2012 10:43
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 58

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 20
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}