İmam Kazimdən (ə) 40 mənəvi hədis

 
İmam Kazimdən (ə) 40 mənəvi hədis

1. Dostlarından birinə belə buyurdu: "Ey insan! Allahdan qorx; Həlak olmağına səbəb olsa belə haqqı söylə. Çünki (həqiqətdə) qurtuluşun ondadır. Ey insan! Allahdan qorx; xilas olmağına səbəb olsa belə batili tərk et. Çünki (həqiqətdə) həlakın ondadır."
(Tuhaful- Uqul, s. 849. h. 5)

2. "Allah Təalanın, insanlara zahiri və batini iki höccəti (dəlili) vardır, zahiri höccəti rəsullar, peyğəmbərlər və imamlardır; batini höccəti isə ağıldır."
(Biharul-Ənvar, c. 1, s. 137)

3. "Ey Hişam! Loğman oğuluna belə dedi; "İnsanların ən ağıllısı olmağın üçün haqqa boyun əy. Ey balam, dünya dərin bir dənizdir; bir çox insan onda boğulmuşdur. Bu dənizdə (sənin) gəmin təqva, (gəminin) yükü iman, yelkəni təvəkkül, kapitanı ağıl, bələdçisi (kompası) elm, ləngəri isə səbr olmalıdır."
(Tuhaful- Uqul, s. 795)

4. "Allahın dinində fəqih olun (dini yaxşıca anlamağa çalışın). Çünki dində fəqih olmaq bəsirətin açarıdır, ibadətin kamalıdır, din və dünyanın uca mövqe və dərəcələrinə çatmaq üçün bir vəsilədir. Fəqihin, abidə (nisbətən) olan üstünlüyü, günəşin ulduzlara (nisbətən) olan üstünlüyü kimidir. Kim dinində fəqih olmasa, Allah onun heç bir əməlini bəyənməz."
(Biharul-Ənvar, c. 78, s. 321)

5. "Vaxtınızı dörd hissəyə ayırmağa çalışın; bir hissəsini Allahla münacat etməyə, bir hissəsini dolanışığınızı təmin etməyə, bir hissəsini ayıblarınızı (səhvlərinizi) sizə bildirən qardaşlarınızı və könüllərində sizə qarşı səmimiyyətləri olan etibarlı insanları ziyarət etməyə və bir hissəsini də haramlar xaricindəki (haram olmayan) zövqlərə ayırın; bununla (sonuncunu etməklə) digər üç hissəni də etməyə qadir olarsınız."
(Tuhaful- Uqul, s. 853)

6. "Gözəl qonşuluq, qonşuya əziyyət etməmək deyil; gözəl qonşuluq, əziyyətə dözməkdədir."
(Tuhaful- Uqul, s. 851)

7. Uşaqlarından birinə belə buyurdu:"Ey balam! Allah Təalanın, səni nəhy etdiyi məsiyətdə (günah başında) görməsindən və səni əmr etdiyi itaətdə görməməsindən çəkin. (Allaha qulluq etməkdə) çalışqan və ciddi ol. Yenə də Allaha ibadət və itaətdə özünü qüsursuz (eybsiz) görmə. Çünki lazım olduğu şəkildə Allaha ibadət etmək mümkün deyil. Zarafat etməkdən çəkin. Çünki zarafat, imanın nurunu aradan qaldırdığı kimi igidliyini də yüngülləşdirər. Usanmaq və tənbəllikdən çəkin. Çünki bunlar, dünya və axirət nəsibindən səni saxlayar."
(Biharul-Ənvar, c. 78, s. 315)

8. "Ey Hişam! İgidliyi olmayanın dini olmaz, ağılı olmayanın da igidliyi olmaz. Xalqın ən qiymətlisi (şəxsi), dünyanı özü üçün bir dəyər görməyən kimsədir. Bilin ki, bədənlərinizin qiymət və dəyəri ancaq cənnətdir. Elə isə (Buna görə də), onu başqa bir şeyə satmayın."
(Tuhaful- Uqul, s. 803)

9. "Ağıllı kəs, yalanlamasından qorxduğu şəxsə bir şey söyləməz; rədd edəcəyindən narahatçılıq duyacağı kəsə ağız açmaz, gücü çatmayan şeyi vəd verməz, arzu etməklə qınandığı şeyi arzulamaz və aciz qalacağından qorxduğu işə təşəbbüs göstərməz."
(Tuhaful- Uqul, s. 803)


10. "İkiüzlü və ikidilli olan qul (bəndə), necə də pis quldur (bəndədir); qardaşının hüzurunda onu tərifləyər, olmadığı zaman (qeybətini edərək) ətini yeyər; qardaşına bir nemət verildiyində (onu) qısqanar, çətinliyə düşdüyündə də onu tək buraxar."
(Tuhaful-Uqul, s. 813 . Biharul-Ənvar, c. 78, s. 310)

11. "Mömin eyni ana və atadan olmasa belə möminin qardaşıdır. Kim qardaşına böhtan atarsa, ona hiylə edərsə, ona nəsihət verməsə və (olmadığı yerdə) onun qeybətini etsə lənətlənmişdir."
(Biharul-Ənvar, c. 78, s. 333)

12. "Kimin iki günü (mənəvi baxımdan) bərabər olsa, zərərə uğramışdır; kimin ikinci günü birinci günündən daha pis olsa lənətlənmişdir (Allahın rəhmətindən uzaqdır); kim öz nəfsində bir (mənəvi) artım görməzsə nöqsanlıq uçurumundadır; belə olan bir kimsənin də ölməsi, yaşamağından daha yaxşıdır."
(Biharul-Ənvar, c. 78, s. 327)

13. "Kim üç şeyi üç şeyə müsəllət etsə, ağılını yox etmək üçün həva və həvəsinə kömək etmiş kimi sayılar: Fikirinin nurunu uzun arzularla öldürən; çox danışmaqla hikmətini məhv edən; ibrət götürmək nurunu nəfsani şəhvətlərlə yox edən; ibrət götürmək nurunu yox edən şəxs, ağılını yıxmaq (məğlub etmək) üçün nəfsinə dəstək olmuşdur; ağılını yox edən kəs də dinini və dünyasını ifsat etmişdir."
(Tuhaful- Uqul, s. 797)

14. "İnsanlar əvvəldən bilmədikləri yeni günahlar icad etdikcə, Allah da onlara tanımadıqları yeni bəlalar göndərər."
(Biharul-Ənvar, c. 78, s. 322)

15. "Ey Hişam! Əlindəki qoza xalq "incidir" desə, sənə bir faydası olmaz; çünki sən onun qoz olduğunu bilirsən. Əlindəki inciyə də xalq "qozdur" desə, sənə bir zərəri olmaz; çünki sən onun inci olduğunu bilirsən."
(Tuhaful- Uqul, s. 797)

16. "Ey Hişam! Bilmədiyin elmi öyrən və öyrəndiyin elmi də cahilə öyrət. Alimə elmi üçün hörmət göstər (et) və onunla çəkişməkdən çəkin. Cahili cəhaləti üçün kiçik gör; lakin onu özündən qovma; onu özünə yaxınlaşdır (bilmədiyi şeyləri) ona öyrət."
(Biharul-Ənvar, c. 78, s. 329)

17. "Qürurlanmaqdan çəkin; çünki kimin ürəyində bir zərrə miqdarında qürur (kibr) olsa cənnətə girə (daxil ola) bilməz. Böyüklük Allahın ridasıdır (rida- lüğəti mənada xalat deməkdir, məcazi mənada isə vəzifə, sifət, haqq kimi işlənilə bilər) ; kim Allahın ridası barəsində Onunla çəkişsə, Allah onu üzü üstə cəhənnəmə atar."
(Tuhaful- Uqul, s. 817)

18. "Hər şeyin bir nişanəsi vardır; ağıllı insanın nişanəsi təfəkkürdür; təfəkkürün nişanəsi susmaqdır. Hər şeyin bir miniyi vardır; ağıllı kəsin miniyi təvazökarlıqdır. Nəhy edildiyin (bir) şeyi etməyin, cəhalət baxımından sənə yetər."
(Tuhaful- Uqul, s. 795)

19. "Ey Hişam! İsa Məsih (ə) həvarilərinə belə buyurdu: "…Ey dünya qulları (bəndələri), haqq olaraq deyirəm ki; Axirət şərəfinə, ancaq sevdiyiniz şeyləri tərk etməklə nail ola bilərsiniz. Tövbə etmək üçün sabahı gözləməyin. Çünki sabahdan əvvəl bir gecə və gündüz vardır; Allahın qəza və qədəri hər gecə və gündüz caridir (keçərlidir). Bu söylədiyim bir həqiqətdir ki, borclu olmayan borclu olandan daha dinc və qayğısızdır; günah iş görməyən şəxs də, günah iş görəndən, hər nə qədər xalis tövbə edib Allaha (tərəf) qayıtsa belə daha çox hüzur sahibidir.Kiçik və əhəmiyyətsiz sayılan günahlar, şeytanın tələlərindəndir. Şeytan, günahlarınızın toplanması və ardından sizi əhatə etməsi üçün onları gözünüzdə kiçik və sadə göstərər."
(Tuhaful- Uqul, s. 808)


20. "Natiqlər üç qisimdir: Qazanc əldə edən, salamat qalan və həlak olan. Qazanc əldə edən, Allahı zikr edən kəsdir; salim qalan, susan kəs; həlak olan isə batilə dalan kəsdir. Şübhəsiz Allah Təala, çirkin (pis) söz söyləyən, pis dilli olan, söylədiyinə və deyilənlərə etina etməyən həyasız kəslərə cənnəti haram etmişdir."
(Tuhaful- Uqul, s. 812)

21. "Allah, özündən haqqıyla həya edib utanan, başını və başında yerləşən üzvlərini (göz, qulaq, dil və s.) haramdan qoruyan, qarını və qarınının qoruduğu şeyləri (yeməyi və içməyi) haramdan uzaq tutan, ölümü və çürüməyi xatırlayan, cənnətin çətinliklərlə çevrildiyini və cəhənnəmin ləzzət və şəhvətlərlə əhatə edilmiş olduğunu bilib idrak edən kimsəyə rəhmətini yağdırsın."
(Tuhaful- Uqul, s. 804.Tuhaful- Uqul, s. 823)

22. "Ey Hişam! Ehtirasdan çəkin; xalqın əlindəki şeylərə göz tikmə; xalqdan bir şey ümid etmək fikirini ürəyində öldür; çünki başqasına göz tikmək zillətin açarıdır və bu cür yanaşma ağılı məhv edər, igidliyi çürüdər, şərəfi ləkələyər və elmi aradan aparar. Allaha sığınmağı və Ona təvəkkül etməyi unutma; istəklərindən saxlamaq üçün nəfsinlə cihad ət; nəfsinə qarşı cihad etmək, düşmənə qarşı cihad əmək kimi sənə fərzdir (vacibdir)."
(Tuhaful- Uqul, s. 823)

23. " Kim xalqa qarşı qəzəbinin qarşısını alsa, Allah da qiyamət günü ona qarşı qəzəbinin qarşısını alar."
(Vəsailuş-Şiə, c. 11, s. 289)

24. "Ey Hişam! Əkinçilik, yumşaq (münbit) yerdə olar, qayanın üzərində deyil. Beləcə elm və hikmət də təvazökar qəlbdə yerləşər və həyatını davam etdirər, müstəkbir (təkəbbürlü) qəlbdə deyil. Çünki Allah Təala, təvazönü ağılın nişanəsi, təkəbbürü də cəhalətin nişanəsi etmişdir… Allah Təala, təvazö etməyəni alçaldar, təvazö edəni isə ucaldar."
(Tuhaful- Uqul, s. 816)

25. "Özünüzə kasıblığı və uzun ömürü təlqin etməyin; çünki bunu edən xəsis , uzun ömür təlqin edən isə ehtiraslı olar. İgidliyi ləkələməyərək və israf olmayacaq miqdarda halal şeylərdən faydalanmaqla dünyadan özünüz üçün bir pay ayırın; bunu da dini işləriniz üçün köməkçi qərar verin. Çünki belə bir hədis rəvayət edilmişdir: "Kim dünyasını, dini üçün və ya dinini dünyası üçün tərk etsə bizdən deyil."
(Tuhaful- Uqul, s. 853)

26. "Ey Hişam! Əgər kifayət miqdar səni ehtiyacsız edirsə, dünyada ən az şey (sadə yaşayış) sənə bəsdir. Əgər sənə çatacaq qədəri səni ehtiyacsız etmirsə, o zaman dünyada heç bir şey səni ehtiyacsız etməz."
(Tuhaful- Uqul, s. 799)

27. "Kim müsibət zamanı dizini döysə və ya əlini əlinə vursa (özünü döysə) mükafatı hədər olar. Müsibətin savabı, ancaq müsibət sahibinin səbr etməyinə və müsibət anında, "İnna lilləh və inna ileyhi racinin" (biz Allahdanıq və Ona (tərəf) dönəcəyik) deməsinə bağlıdır… Allah, ehtiyac miqdarında kömək edər və müsibət miqdarında da səbr verər."
(Tuhaful- Uqul, s. 834)

28. "Ey Hişam, təkliyə səbr etmək ağılın qüvvətinin nişanəsidir. Kim Allah Təbarək və Təala tərəfindən verilən ağılla ağıl etsə(diqqət yetirib ayırd etsə), dünya əhlindən ona meyl edənlərdən uzaqlaşar və Allah qatında olana tərəf yönələr. Allah da qorxu zamanı onun munisi və təklikdə yoldaşı olar; kasıblıqda onu ehtiyacsız edər və tayfası olmadan onu izzətləndirər."
(Tuhaful- Uqul, c. 78, s. 301)

29. "Ehsan ancaq üç şərtlə kamil olar: Kiçik saymaq, (bunu) gizlətmək və tələskənlik etmək. Yaxşılığını kiçik sayan, qardaşını böyütmüşdür; onu böyük sayan da qardaşını kiçiltmişdir. Kim etdiyi ehsanı gizlətsə, işi dəyərli olar. Kim sözünü verdiyi şeyi yerinə yetirməkdə tələskənlik etsə, verdiyi şey daha da xoş olar."
(Tuhaful- Uqul, s. 837)

30. "Allaha həmd-səna etmədən və Peyğəmbərə salavat (və salam) göndərmədən əvvəl dua edən, tirsiz kamanla ox atan adama bənzəyir. Allahın verəcəyi mükafata yəqini olan, comərdcəsinə hədiyyə verər. Orta şəkildə (mötədil) davranan, möhtac olmaz."
(Tuhaful- Uqul, s. 835)


31. "Kim, malsız zənginliyi, ürəyin qısqanclıqdan rahat olmasını və dininin möhkəm qalmasını istəyirsə, dualarında Allahdan (c) ağılının kamil olmasını diləməlidir. Ağılı kamil olan, kifayət qədər olan mala qənaət edər, Kifayət qədər olan mala qənaət edən zəngin (varlı) olar; kafi olan mala qənaət etməyən isə, zənginlik üzü görməz."
(Usulul- Kafi, c. 1, s. 18)

32. "Əsla Allaha itaət yolunda malını əsirgəmə. Çünki onun iki qatını günah yolunda xərcləyərsən."
(Biharul-Ənvar, c. 78, s. 320)

33. "Ey Hişam! Bütün insanlar ulduzları görər; amma ulduzların istiqaməti və duruş yerlərini biləndən başqası onlara baxıb öz yolunu tapa bilməz. Beləcə sizlər də hikmət öyrənirsiniz, amma onunla əməl edəndən başqa heç kəs hidayətə çata bilməz."
(Tuhaful- Uqul, s. 807)

34. "Ey Hişam! Xalq Allaha itaət üçün yaradılmışdır; qurtuluş itaətlə, itaət elmlə, elm öyrənməklə və öyrənmək də ağıl ilə təmin edilər və elm ancaq rəbbani alimdən alınar; alim də ağılla tanınar."
(Tuhaful- Uqul, s. 798)

35. "Bilin ki hikmətli söz, möminin itmiş malıdır; buna görə də elm əldən çıxmadan onu əldə edin; elmin əldən çıxması, alimin aranızdan itməsidir (ölməsidir)."
(Biharul-Ənvar, c. 78, s. 309)

36. "Bəndələrin ən pisi, pis dilli olduğun görə onunl birlikdə oturulması sevilməyən (istənilməyən) kəsdir. Görəsən xalqı üz üstə cəhənnəm atəşinə atan, dilin məhsullarından başqa bir şeydirmi? Axmaq sözləri tərk etmək, adamın dininin gözəl olduğunu göstərər."
(Biharul-Ənvar, c. 78, s. 310)

37. "Ey Hişam! Bəndəni Allaha yaxınlaşdıracaq ən gözəl vəsilə (vasitə), namaz qılmaq; ana və ataya yaxşılıq etmək; həsəd, kibr və öyünməyi tərk etməkdir."
(Tuhaful- Uqul, s. 807)

38. "Ey Hişam! Dili doğru söyləyənin əməli təmiz olar; yaxşı niyyətli olanın ruzisi çoxalar; qardaşlarına və ailəsinə yaxşılıq edənin də ömürü uzanar."
(Tuhaful- Uqul, s. 801)

39. "Kim Allahın künhü (zatı) haqqında danışsa həlak olar; kim rəyasət tələb etsə həlak olar; kim eqoizmə qapılsa həlak olar."
(Tuhaful- Uqul, s. 851)

40. "İnsanlara özünü sevdirmək ağılın yarısıdır. Çoxlu qəm, qocalıq gətirər. Tələskənçilik axmaqlıqdandır. Ailə azlığı iki asanlıqdan biridir (digər asanlıq isə adamın zəngin olmasıdır). Ana və atasını incidən, onlara qarşı üsyankarlıq etmişdir."
(Tuhaful- Uqul, s. 835)

İmam Kazimdən (ə) 40 mənəvi hədis


Geri dön

esi .i.

  • 2 may 2012 21:42
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
MARAQLIDI HEMDE COX

EnD of TiMe

  • 5 aprel 2012 15:43
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
tesekkurler xebere gore....

★Miss Love★

  • 5 aprel 2012 14:10
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
deуerli ve maraqli xebere gore sagol)

...BARSA FANATI....

  • 5 aprel 2012 13:43
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
"Ağıllı kəs, yalanlamasından qorxduğu şəxsə bir şey söyləməz; rədd edəcəyindən narahatçılıq duyacağı kəsə ağız açmaz, gücü çatmayan şeyi vəd verməz, arzu etməklə qınandığı şeyi arzulamaz və aciz qalacağından qorxduğu işə təşəbbüs göstərməz."


.....tskkkk........

111_Shawmn Michaelais_111

  • 5 aprel 2012 13:34
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
Allaha razi olsun

--------------------


_Flower_

  • 5 aprel 2012 12:50
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
deyerli xebere gore twk.......

--------------------
[thumb]http://legend.az/uploads/posts/2012-04/1333612440_301108_160349847380174_100002154793651_325499_230868_n.jpg[/thumb]

Nuray2012

  • 5 aprel 2012 12:50
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol .........

--------------------

✰Dгeaм✰

  • 5 aprel 2012 12:42
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox uzun oldu,amma Allah senden razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 55
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}