Yezidə (l.ə.) lənət etmək olarmı?

 
Yezidə (l.ə.) lənət etmək olarmı?

Yezid ibni Müaviyəyə (l.ə.) lənət etmək olarmı?

lənət” sözünün mənası nifrin etmək, ayrı olmağın nişanəsi, haqq və batil yolların bir-birindən uzaqlıq əlamətidir. Müqəddəs Quran kitabında 25-dən çox ayədə Allahın, mələklərinin və möminlərin kafirlərə, zalimlərə lənəti barədə söhbət edilmişdir. Məsələn:

1. Əhzab 64: Allah kafirlərə lənət etmişdir və onlar üçün şiddətli od hazırlamışdır.
2. Nisa 47: “Biz bəzi üzləri əyib arxalarına çevirməyimizdən və onlara “Şənbə” gününün səhabələri”nə etdiyimiz kimi lənət etməzdən əvvəl, nazil etdiyimiz və əlinizdəki kitabları təsdiq edən Qurana iman gətirin.
3. Maidə 13: “Əhd-peymanlarını pozduqları üçün onları lənətlədik”
4. Nisa 93: Allah, mömini qəsdən öldürən şəxsə qəzəb edər, lənətləyər.
5. Nisa 118: Allah ona (iblisə) lənət etmişdir.
6. Maidə 60: (Cəzası ən ağır olanlar) Onlardır ki, Allah onlara lənət etsin, qəzəb etsin, meymun və donuzu döndərsin, tağutun (şeytanın, zalimin) qulu etsin.
7. Bəqərə 88: Allah onların küfrlərinə görə lənət etmişdir.
8. Nisa 52: Onlar Allahın lənət etdiyi şəxslərdir, Allahın lənət etdiyi şəxsə isə əsla kömək edən tapa bilməzsən.
9. Nisa 46: Lakin Allah onlara küfrlərinə görə lənət etmişdir.
10. Tövbə 68: Allah (münafiqlərə) lənət etdi.
11. Əhzab 57: Allaha və Rəsuluna (s.) əziyyət edənlərə Allah dünya və axirətdə lənətləmişdir.
12. Muhəmməd 22-23: (Münafiqlər) Allahın lənət etdiyi, qulaqlarını kar, gözlərini kor etdiyi kimsələrdir.
13. Fəth 6: Allah (münafiqlərə) qəzəb edib, lənətləyib və onlar üçün cəhənnəmi hazırlamışdır.
14. Əhzab 61: (Münafiqlər) Məlundurlar. Harada tapılsalar tutulub dəryhal öldürülməlidirlər.
15. Bəqərə 159: (Həqiqəti) gizlədənlərə həm Allah, həm də bütün lənət edə bilənlər lənət edərlər.
16. Maidə 78: Bəni israilin kafirləri Davud (ə.) və İsa Məryəm oğlunun (ə.) dilindən lənətlənmişdirlər.
17. Maidə 64: (Allahın əlləri bağlanmışdır, xəsisdir) dediklərinə görə (yəhudilərə) lənət olsun.
18. Nur 23: Namuslu mömin qadınlara zina böhtanı atanlara dünya və axirətdə lənətlənmişlər.
19. Bəqərə 89: Allahın lənəti kafirlər üzərinədir.
20. Bəqərə 161: Allahın, mələklərin və bütün insanların lənəti kafirlərə və kafir halında ölənlərə olsun.
21. Əraf 44: Allahın lənəti zalımlar üzərinə olsun.
22. Ali-İmran 61: (Peyğəmbər (s.)) Xristianlarla lənətləşmədə dedi: Allahın lənət etməsini yalançılara istəyək.
23. Ali-İmran 87: (həqiqəti inkar edənlərin) cəzası Allahın, mələklərin və bütün insanların lənətinə gəlməkdir.
24. Hud 18: Xəbərdar olun ki, Allahın lənəti zalımların üzərinədir.
25. Rəd 25: Allahla əhdi pozanlara, Allahın birləşdirilməsinə əmr etdiyi əlaqələri qıranlara və yer üzündə fəsad edənlərə lənət var və onların pis aqibətləri olacaq.

Və həmçinin Quranda İbrahim peyğəmbər (ə.) haqqında deyilir (Mumtəhinə 4): “İbrahim (ə.) və onunla birlikdə olanlar sizin üçün gözəl bir nümunədir. O zaman ki, öz qövlərinə dedilər: “Biz həqiqətən, sizdən və Allahdan qeyri ibadət etdiyiniz şeylərdən uzağıq. Biz sizdən bizarlıq edirik. Siz tək olan Allaha iman gətirməyincə, bizimlə sizin aranızda əbədi nifrət və düşmənçilik olacaqdır”.

Ucaq Allah İbrahim peyğəmbəri (ə.) və ona itaət edənləri tərif edib öyür, onları möminlərə ölçü qərar verir, çünki onlar Allah düşmənlərinə qarşı düşmən oldular. Və əgər biz də kafirlərə fəsadın nümunəsi olduqları üçün lənət etsək və dildə-sözdə onlardan uzaq dursaq, onda tədricən onların getdikləri yoldan uzaq duracağıq.

İstər şiə məzhəbinin kitablarında, istərsə də sünni məzhəbinin kitablarında Yezidin (l.ə.) tövbə etməsinə aid bir dəlil mövcud deyil, bəlkə onun ziddinə hər iki tərəfdən rəvayətlər nəql olunmuşdur. Yezidə (l.ə.) lənət etməyin əksinə çıxanlar bircə bunu deyə bilirlər ki, bəlkə də ömrünün sonunda tövbə etmişdir.

Yezidə (l.ə.) lənət edilməsi barədə gərək onu da deyək ki, sünni alimlərinin əksəriyyəti ona lənət edilməsini caiz (icazəli) və hətta vacib bilmişlər: Əhli sünnənin böyük alimlərindən olan ibni Couzi bu haqda kitab yazmışdır: “Ər-rəddu aləl-mutə-əssibil-ənidil-münkəri-lil-ləni Yezid”. O kitabında yazır:

“Həqiqətən ibn Teymiyyənin o napak bir şəxsə pis söz deyilməsinin caiz olmasını və o məlun şəxsə lənət deyilməsini inkar etməsi, onun açıq-aşkar cahilliyidir. Çünki böyük alimlərdən olan Əhməd ibni Hənbəl ona lənət deməyi caiz bilmişdir. Və Əhməd ibni Hənbəl Yezid (l.ə.) haqqında bir cümlə işlətmişdir ki, lənət deməkdən də ağır bir sözdür. O, yazır: Bir dəstə camaat onu lənət etmək xüsusunda dayanıb durmuşlar, halbuki onlar Yezidi zalım bilirlər. Uca Allah demişdir: “Xəbərdar olun ki, Allahın lənəti zalımlar üzərinədir”. Əhməd ibni Hənbəldən Yezid (l.ə.) barəsində soruşduqda dedi: O, elə bir şəxsdir ki, nə eləyibsə, eləyibdir. (bu söz Yezidin (l.ə.) günahlarının çox böyük olmasına eyham (işarə) etməkdir ki, o günahlar barədə danışmaq belə pis bir işdir, qəbihdir)”. Oğlu Saleh atasına dedi: bir dəstə insan var ki, bizi (sünniləri) Yezidi sevənlərdən hesab edirlər. İbn Hənbəl dedi: Ey oğlum! Allaha və qiyamət gününə imanı olan kimsə, heç Yezidi sevərmi? Oğlu dedi: Bəs niyə ona lənət demirsən? Atası cavab verdi: Mən Allahın Quranda lənət dediyi şəxsə necə lənət deməyim ki?
(Muhamməd surəsi, ayə 22-23):

“(Ey münafiqlər!) Əgər hökmranlıq əlinizə düşsə yerdə fitnə-fəsad salarsınız və qohumluq bağlarını qırarsınız. Bunlar Allahın lənət etdiyi, qulaqlarını kar və gözlərini kor etdiyi kimsələrdir”. Görəsən peyğəmbər (s.a.v.v.) şəhərini qarət etməkdən, əhalisini də əsir etməkdən, Qureyşdən və Ənsardan 700 nəfər öldürməkdən, azad ya qul olması bilinməyən 10 minlərlə insanı qətlə yetirməkdən böyük fəsad ola bilərmi? O qədər qan axıtdılar ki, qan peyğəmbərin (s.a.v.v.) qəbrinə qədər yetişdi və ətrafı qanla doldu, sonra Kəbə evini mancanaqla atəşə tutdular, oranı xaraba qoyub yandırdılar. Peyğəmbərimiz (s.a.v.v.) öz nəvəsi haqqında Huseyn (ə.) haqqında belə demişdir: “Həqiqətən Huseynin qatilini cəhənnəm odunun içərisində olan tabutda yerləşdirərlər, ona cəhənnəm əhlinin əzabının yarısını dadızdırarlar” yenə də peyğəmbər (s.a.v.v.) demişdir ki, Allahın və mənim qəzəbim şiddətli olar o kəsə ki, mənim ailəmin qanını tökər və övladlarıma əziyyət edər. Ona görə də Yezidə deyilən lənət, onun kimi zalım padşahlara, xəliflərə və onların bənzərinə deyilən lənət kimi bir şeydir.
(Sənəd: Əl-Muntəqi min minhacul-etidal zəhəbi cild 1 səh 289)

İbn Əmmad Hənbəli adlı sünnə alimi deyir: Təftəzani (adlı alim) “Şərhul əqaidun-nəsəfiyyə” əsərində yazır: “hamı bu fikirdədirlər ki, kim Huseyni qətl edibsə və ya bu işə əmr edibsə və ya bu işə icazə veribsə və ya bu işə razı olubsa ona lənət demək caizdir. Haqq söz budur ki, Yezid Huseynin qətlinə razı olmuşdur. Onun bu qətlə razı olması və peyğəmbər (s.a.v.v.) Əhli-Beytinə xəyanət etməsi elə bir mətləbdir ki, hətta mənəvi təvatür (etibar) həddinə çatmışdır, baxmayaraq ki, (bizim hədis alimlərimiz yanında) bu barədə gələn rəvayətlər vahid-xəbərlərdir (xəbəre vahiddir). Buna əsasən biz Yezidin barəsində sükut etmirik, onun küfr etməsi və ya imanlı olması barədə şəkk etmirik. (və deyərik) Allahın lənəti ona, köməkçilərinə və dəstək verənlərinə olsun.”

Əziz möminlər, yuxarıda qeyd etdiyimiz kəlamlar Əhməd ibni Hənbəl, Zəhəbi, İbni Əmmad Hənbəli və ibni Couzi Hənbəli kimi “hənbəli” məzhəbinin böyük alimlərinin kəlamlarıdır ki, Yezidə (l.ə.) lənət deməyi caiz blmişlər, onu imam Huseyn ağanın (ə.) qatili hesab etmişlər. Buradan belə bir nəticəyə gəlirik ki, Əhli-sünnənin böyük alimlərinin nəzəri budur ki, Yezid (l.ə.) əslində tövbə etməmişdir.


Geri dön

enigmatic_girl

  • 5 may 2012 00:58
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Sitat: EnD of TiMe
Coox maraqliydi...tesekkurler xebere gore

--------------------

seadet iwigi

  • 21 aprel 2012 10:38
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
{awards}
ALLAHU TEALA yezide lenet elesin, min lenet!!!

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

Ku-ku

  • 5 aprel 2012 17:27
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Selena.Gomez

  • 5 aprel 2012 15:55
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Allah razi olsun..

✰Dгeaм✰

  • 5 aprel 2012 15:35
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun dosi.

Nuray2012

  • 5 aprel 2012 15:35
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol maraqlidi

--------------------

★Miss Love★

  • 5 aprel 2012 15:18
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
marqli meqaleуe gore тewekkur edirem...

EnD of TiMe

  • 5 aprel 2012 15:09
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Coox maraqliydi...tesekkurler xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}